Aznur mübarizəni dayandırdı
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Aznur" minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsində mübarizəni dayandırıb.
"Cebheinfo.az" xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçi olduğu komanda F qrupundakı sonuncu matçını Macarıstan təmsilçisi "The Private Rooftop"a qarşı keçirib.
Bu görüşdə "Aznur" 4:0 hesablı qələbə qazanıb. Azərbaycan klubunun heyətində Elməddin Hüseynzadə (7), Mirkamil Əliyev (11), Mehdi Rəsulov (14) və Pərviz Qaraxanov (33) fərqləniblər.
Qələbəyə baxmayaraq komanda İspaniyanın Kambrils şəhərində təşkil olunan turnirlə vidalaşıb.
Qeyd edək ki, "Aznur" ötən gün keçirdiyi ilk görüşdə Polşa təmsilçisi "Sokil"ə 0:2, ikinci qarşılaşmada isə İngiltərənin "Bukovina Badeuti" kollektivinə 2:3 hesabı ilə yenilmişdi.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:90
Bu xəbər 24 Sentyabr 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















