Azpulun maliyyə göstəriciləri pisləşib
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Azpul" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, kredit təşkilatı ötən il 11,8 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 5,5 dəfə azdır.
Bu ilin əvvəlinə "Azpul"un aktivləri ötən ilin əvvəlinə nisbətən 16,1% az - 64,9 milyon manat, o cümlədən kredit portfeli 2,3 dəfə az - 23,05 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 1,2 milyon manat (5,5 dəfə az), balans kapitalı isə 63,7 milyon manat (10,2% az), o cümlədən nizamnamə kapitalı 0,3 milyon manat (dəyişməyib) olub.
Qeyd edək ki, "Azpul" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçisi Rusiya vətəndaşı Vladimir Radostovetsdir.
“Azpulmat” aparatları vətəndaşların şəxsiyyət vəsiqəsinin sürəti və barmaq izi əsasında 30 saniyə ərzində 20 manatdan başlayaraq borc təklif edir. Burada kredit məbləği 20-500 AZN arasında dəyişir. İlk 5 gün faiz hesablanmamaq şərti ilə 45 günlük müddətə gündəlik 0.3% faiz hesablanır
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 28 May 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















