Icma.az
close
up
RU
AZSTAND nümayəndələri Çində beynəlxalq seminarda iştirak ediblər

AZSTAND nümayəndələri Çində beynəlxalq seminarda iştirak ediblər

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri Çin Xalq Respublikasının Çendu və Şençjen şəhərlərində “İnkişaf etməkdə olan ölkələr üçün iqlim dəyişikliyi sahəsində standartlaşdırmanın gücləndirilməsi” mövzusunda beynəlxalq seminarda iştirak ediblər.

AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, Çin Xalq Respublikası Ticarət Nazirliyi, Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası, Beynəlxalq Rəsmi Şəxslər üçün Akademiya (AIBO) və Çendu Standartlaşdırma İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən seminarın məqsədi Çin və inkişaf etməkdə olan ölkələr arasında iqlim dəyişikliyinə uyğunlaşmanın artırılması və əməkdaşlığın təşviq edilməsindən ibarətdir.

Seminar zamanı Çinin yaşıl məhsul sertifikatlaşdırma sistemi və inkişaf etməkdə olan ölkələrdə iqlimə uyğunlaşma imkanlarını asanlaşdıran “Bir kəmər və bir yol təşəbbüsü”, iqlim dəyişikliyi sahəsində tətbiq edilən avtomobil standartları, plastik materialların əvəzlənməsi üçün bambu məhsullarının istehsalının artırılması, beynəlxalq standartlaşdırmanın əsasları və inkişaf strategiyaları barədə məlumat verilib. Həmçinin karbon izi etiketinin sertifikasiyası üzrə pilot layihə, iqlim dəyişikliyinə adaptasiya ilə bağlı qaydalar, texniki standartlaşdırma sistemi və beynəlxalq əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bundan əlavə, iqlim dəyişikliyi sahəsində texnologiyaların təsnifatı, xüsusiyyətləri, hazırkı inkişaf vəziyyəti və tətbiq olunan standartlar barədə fikir mübadiləsi aparılıb.

Seminarın praktiki hissəsi sual-cavab sessiyası ilə davam etdirilib, sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri