Icma.az
close
up
RU
“Aztelekom” istehlakçıları aldadır? Və ya Azərbaycanda internetin sürəti nə qədərdir?

“Aztelekom” istehlakçıları aldadır? Və ya Azərbaycanda internetin sürəti nə qədərdir?

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Ötən il avqustun 15-də “Azrelekom” MMC ölkədə internet tariflərinin bahalaşmasının əsas səbəbi kimi istehlakçılara təqdim olunan minimal sürətin 100 Mbit/s təşkil edəcəyini açıqlamışdı.

“Şirkət GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq”– deyə, açıqlamada bildirilirdi.

Bundan sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bəyan etmişdi ki, internet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlayıb.

“...Nəticə etibarilə, müştərilər, o cümlədən istehlakçı üçün formalaşan minimum fiber optik internet xidməti tarifinin dəyəri kəskin yüksəlmiş olacaq. Bundan əlavə, daha aşağı internet sürəti (100 mbit/s-dən aşağı) seçmək istəyən müştərilərin seçim imkanlarının məhdudlaşdırılacağı və onların alıcılıq qabiliyyəti nəzərə alınmadan yüksək sürətli internet paketlərinin yüksək qiymətə təqdim ediləcəyi müəyyən edilib. Hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur”, - Dövlət Xidmətinin açıqlamasında qeyd olunurdu.

Bu araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə hər hansı açıqlama verilməyib.

İqtisadçı ekspert Toğrul Vəliyev bildirir ki, araşdırmalara kömək edə bilər: “Misal üçün, nazir Rəşad Nəbiyev öz sosial şəbəkə hesablarında qeyd edib ki, 2024-cü ildə ölkəmizdə sabit genişzolaqlı internetin orta sürəti 65.6 Mbit/stəşkil edib. Deyə bilərsiniz ki, bu illik ortadır və heç nə demir. Amma bununla bərabər "Ookla" analitik şirkəti də yanvar ayının nəticələrinə dair hesabatda qeyd edir ki, Azərbaycanda orta sürət 66-69 Mbit/s təşkil edir. Hələ qeyd etmək lazımdır ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyin İdarə Heyətinin sədri qeyd edib ki, "Ookla"-nın nəticələrində problem var, "internetin sürətinin ölçmə nəticələrinin 10-20%-dək təhrif olunmasına səbəb olur". Təxmin edirəm ki, təhrif olunma azalma yox, artım istiqamətində olur. Provayderlər sürəti göstərərkən, onu aşağı salsaydılar təəccüblü görsənərdi”.

İqtisadçı vurğulayır ki, heç ciddi araşdırma aparmadan xidmətlərin keyfiyyətinin ödənilən tarifə uyğun olmadığı aydın görünür: “Bəlli olmayan səbəbə görə statusu artmış qurum müvafiq sübutları hələ də toplaya bilmir. Yeri gəlmişkən, elə internet ilə bağlı elandan iki həftə sonra Xidməti Agentliyə çevirdilər və İqtisadiyyat Nazirliyindən çıxartdılar. Başqa tərəfdən, müvafiq bazarda faəliyyət göstərən şirkətlərin hesabatlarına baxarkən, təəccüblənməmək mümkün deyil. Düzdür, “Aztelekom” və “Baktelekom” heç 2023-cü ilə dair hesabatlarını belə paylaşmayıblar. Misal üçün, 2022-ci ilin hesabatına görə “Aztelekom”-un "ümumi, inzibati və digər xərcləri" birdən birə 33% artmışdı. Bunun müqabilində gəlirləri cəmi 8% artıb. Ona görə rəsmi olaraq zərəri də 2,5 dəfə artmışdı. Səbəb olaraq investisiyalar göstərilib, amma detallı məlumat verilməyib. “Baktelekom”-un isə sonuncu hesabatı ümumiyyətlə 2021-ci ilə aiddir”.

T.Vəliyevin sözlərinə görə, özəl şirkətlərə baxsaq görə bilərik ki, telekommunikasiya sahəsi mənfəət cəhətindən sərfəli bir sahədir: “Misal üçün, Delta Telekom 2022-ci ildə 82,3 milyon manatlıq dövriyyə (ƏDV-siz) ilə 35,6 milyon manat vergidən əvvəlki mənfəət əldə etmişdi. Nəticə etibarilə xalis mənfəəti satış dövriyyəsinin 35%-ni (!) təşkil etmişdi. 2024-cü ilin nəticələrinə görə ödədiyi vergi məbləği 2022-ci ilin təxmini səviyyəsində idi. Ona görə təxmin edə bilərik ki, ən azı mənfəəti də o səviyyədə qalmışdı. AG Telekom (KATV1) 2023-cü ilin nəticələrinə görə 9,24 milyon manat xalis mənfəət əldə edib. Müvafiq olaraq xalis satışlar ilə müqayisədə bu 25%-dir. Aaşağı olmasının səbəbi bəlkə də əlavə TV-xidmətlərinin göstərilməsi ilə bağlıdır. Digərlərinə dair məlumat tapmaq çətindir, amma təxmin edə bilərik ki, orada da mənfəət faizi eynidir”.

Ekspert vurğulayıb ki, müvafiq sahədə çalışan şirkətlər təxmini 25-35% xalis mənfəət əldə edirlər və prinsipcə pis yaşamırlar.

“Onlar hər hansı ciddi bir dəyişikliyin olmadığı halda birdən birə tarifləri artırmaq qərarına gəldilər. Bu sahəyə nəzarət edən qurumlar isə heç nə etmədilər”, - T.Vəliyev qeyd edib.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Mart 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri