Aztəminatlı ailələrə mənzil verilsin Mexanizm hazırlana bilər KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Aztəminatlı ailələrin yaşayış sahəsi ilə təmin edilməsi mexanizminin işlənib hazırlanması, əhalinin maddi imkanına uyğun mənzillərin tikilib istifadəyə verilməsi ehtiyacı olan ailələrin mənzil hüququnun təmin edilməsində əhəmiyyətli rol oynaya bilər.
KONKRET.az xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, mənzil hüququnun daha səmərəli təmin edilməsi məqsədilə real bazar qiymətləri və əhalinin alıcılıq qabiliyyəti nəzərə alınmaqla güzəştli ipoteka kreditinin şərtlərinə yenidən baxılması, kreditin maksimal məbləğinin artırılması, ilkin ödəniş məbləğinin minimuma endirilməsi, kredit müddətinin uzadılması, faiz dərəcəsinin aşağı salınması, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququna malik şəxslərin siyahısının genişləndirilməsi məqsədilə qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 03 Mart 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















