Icma.az
close
up
RU
Aztəminatlı ailələrə kommunal güzəştlər edilə bilər KONKRET

Aztəminatlı ailələrə kommunal güzəştlər edilə bilər KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda bir sıra sosial kateqoriyalara kommunal ödənişlər və ictimai nəqliyyatda gedişhaqqı ilə bağlı güzəştlər tətbiq olunur və bu mexanizm mövcud qanunvericiliklə tənzimlənir. Bəs gələcəkdə aztəminatlı və çoxuşaqlı ailələr kimi yeni qrupların da bu siyahıya daxil edilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, Azərbaycanda kommunal ödənişlər və ictimai nəqliyyatda güzəşt tətbiq olunan kateqoriyaların genişləndirilməsi hüquqi baxımdan mümkündür və bu, birbaşa dövlətin sosial siyasətindən asılıdır.

“Hazırda güzəştlər əsasən konkret sosial statusa malik şəxslərə, şəhid ailələrinə, müharibə əlillərinə və digər həssas qruplara şamil edilir və bu mexanizm qanunvericiliklə müəyyən olunub. Yeni kateqoriyaların, o cümlədən aztəminatlı və çoxuşaqlı ailələrin siyahıya əlavə olunması üçün qanunvericiliyə dəyişikliklərin edilməsi və ya yeni normativ qərarların qəbul olunması tələb olunur”.

İqtisadi tərəfə toxunan A.İbrahimov vurğulayıb ki, belə addımlar prinsip etibarilə mümkündür, lakin əsas amil dövlət büdcəsinin imkanlarıdır:

“Əgər dövlət sosial müdafiə tədbirlərinin genişləndirilməsini prioritet hesab edərsə, xüsusilə aztəminatlı ailələr üçün kommunal subsidiyalar və nəqliyyat güzəştlərinin tətbiqi real və effektiv sosial dəstək mexanizminə çevrilər. Bu cür qərarlar bir tərəfdən həssas əhali qruplarının xərclərinin azalmasına, digər tərəfdən isə sosial bərabərliyin güclənməsinə xidmət edir”.

Onun fikrincə, son illər yaşayış xərclərinin artdığı şəraitdə əlavə sosial güzəştlərin tətbiqi sosial sabitliyin qorunması baxımından da mühüm rol oynaya bilər.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Fevral 2026 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri