Ermənistan “Metsamor” AES i əvəz edəcək yeni enerji bloku tikəcək
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Ermənistan Baş naziri Nikol Paşinyan Atom Enerjisi Təhlükəsizliyi Şurasının iclasında ölkədə yeni atom enerji blokunun tikintisinin zəruri olduğunu bildirib.
Teleqraf xəbər verir ki, yeni blok istismar müddəti başa çatdıqdan sonra mövcud “Metsamor” Atom Elektrik Stansiyasını (AES) əvəz edəcək.
Paşinyanın sözlərinə görə, Ermənistan hökuməti 2027-ci ildə bu məsələ ilə bağlı dəqiq qərara gəlməyi gözləyir:
“Ermənistanda mövcud enerji blokunun istismardan çıxarılmasından sonra onu əvəz edəcək yeni atom enerji blokunun tikilməsi son dərəcə aktual və vacibdir. Bu, gələcəkdə ölkəmizin təhlükəsizliyini təmin etməyə imkan verəcək yeganə yoldur”.
Baş nazir Ermənistan AES-in ikinci enerji blokunun istismar müddətinin uzadılması istiqamətində görülən işlərin gedişi barədə də məlumat verib. Enerji blokunun layihə üzrə istismar müddəti 2016-cı ildə başa çatıb, bundan sonra hökumət həmin müddəti 10 il uzadıb:
“Həmin istiqamətdə əvvəlcədən planlaşdırılmış tədbirlər siyahısına uyğun olaraq bir sıra texniki işlər həyata keçirilib və proqram tam şəkildə yerinə yetirilib”.
Nikol Paşinyanın sözlərinə görə, hökumət beynəlxalq təcrübəni nəzərə alaraq ikinci enerji blokunun istismar müddətini ikinci dəfə - 2026-cı ildən 2036-cı ilədək uzatmaq qərarına gəlib, bu məqsədlə əlavə texniki işlərin görülməsi nəzərdə tutulur:
“Hökumətin müvafiq qərarları ilə bu işlərə dövlət büdcəsindən 160 milyon dollar ayrılıb. İşlərin təxminən 60 faizi artıq başa çatıb, qalan hissəsi isə davam etdirilir”.
Yeni enerji blokunun tikintisinə toxunan Nikol Paşinyan hökumətin 2027-ci ildə layihənin növbəti mərhələləri ilə bağlı artıq aydın təsəvvürə malik olacağına ümid etdiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 28 Noyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















