Icma.az
close
up
RU
Aztəminatlı ailələrin körpələrinə 6 ay dövlət hesabına uşaq qidaları verilməsi təklif olunub

Aztəminatlı ailələrin körpələrinə 6 ay dövlət hesabına uşaq qidaları verilməsi təklif olunub

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üzrə büdcəsinin layihəsi ölkəmizin dinamik inkişafının göstəricisidir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fatma Yıldırım bildirib.

Deputat deyib ki, ölkəmizdə iqtisadi inkişaf nəticəsində sosial ayırmaların həcminin artırılması, əhalinin ümumi rifah halının yüksəldilməsi dövlət sosial siyasətinin prioritet sahəsi kimi diqqət mərkəzindədir: “Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meylləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir. Bütün bu amillər 2025-ci ilin dövlət büdcəsində, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun büdcəsində öz əksini tapır. 2025-ci ildə əhalinin əmək haqlarının, pensiyalarının və digər sosial ödənişlərin artırılmasının nəzərdə tutulması da bu baxımdan xüsusi vurğulanmalıdır. O cümlədən, Azərbaycanda şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan sosial siyasətin əsas qayəsini ünvanlılıq, ədalətlilik və bərabərlik təşkil edir. Məhz bu siyasətin nəticəsidir ki, cəmiyyətdə ünvanlılığa, ədalətə və bərabərliyə əsaslanan güclü sosial müdafiə sistemi yaradılıb. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Yeni sosial layihələrin həyata keçirilməsi də çox təqdirəlayiqdir”.

Fatma Yıldırım təkliflərini də açıqlayıb: “Yaxşı olardı ki, aztəminatlı ailələrdə yeni doğulan körpələrə ən azı 6 ay ərzində dövlət hesabına uşaq qidaları verilsin. Çünki aztəminatlı ailələrin bu xərci qarşılamaq üçün maddi imkanları məhduddur. Bir sıra ölkələrdə də belə bir təcrübə var. Bu məsələdə dövlətin yardımı həmin ailələrə sosial dəstək olmaqla yanaşı demoqrafik vəziyyətimizə də müsbət təsir göstərə bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Noyabr 2024 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see215

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see215

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see174

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see145

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see144

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see143

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see139

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see138

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see134

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see133

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see133

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see128

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see126

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see125

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see125

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see124

Salyanda ağır qəza: yaralılar var

26 Oktyabr 2025 00:46see123

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see122

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see121

Luvr soyğunu ilə bağlı iki şübhəli saxlanıldı “Le Figaro”

26 Oktyabr 2025 15:29see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri