AzTU Gürcüstan universitetləri ilə əməkdaşlıq müqavilələri imzalayıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Texniki Universiteti (AzTU) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən I Azərbaycan–Gürcüstan Rektorlar Konfransı çərçivəsində Gürcüstanın bir sıra ali təhsil müəssisəsi ilə əməkdaşlıq müqavilələri imzalayıb.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, əməkdaşlıq müqavilələri Gürcüstan Texniki Universiteti, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Biznes və Texnologiya Universiteti, Şota Rustaveli adına Batumi Dövlət Universiteti, Akaki Tsereteli Dövlət Universiteti və Qafqaz Universiteti ilə imzalanıb.
İmzalanan sənədlər iki ölkənin ali təhsil müəssisələri arasında akademik və elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, tələbə və müəllim mübadiləsinin inkişafı, birgə elmi layihələrin həyata keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsi üçün yeni imkanlar yaradır. Əməkdaşlıq çərçivəsində mühəndislik və texnologiya sahələrində birgə tədqiqatların təşviqi, beynəlxalq layihələrdə tərəfdaşlığın inkişaf etdirilməsi və universitetlərin elmi potensialından qarşılıqlı faydalanılması nəzərdə tutulur.
Yeni əməkdaşlıq əlaqələri AzTU-nun Gürcüstanın ali təhsil müəssisələri ilə tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsinə, regional elmi-akademik əlaqələrin gücləndirilməsinə və beynəlmiləlləşmə istiqamətində fəaliyyətinin inkişafına töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 18 Noyabr 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















