AzTU professorunun həmmüəllifi olduğu məqalə beynəlxalq elmi jurnalda nəşr olunub
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Azərbaycan Texniki Universitetinin (AzTU) Biotibbi Mühəndislik İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Nuran Abdullayevin süni intellektin tibb sahəsində tətbiqi mövzusunda həmmüəllifi olduğu elmi məqalə “European Journal of Radiology Artificial Intelligence” jurnalında nəşr olunub.
Avtosfer.az xəbər verir ki, “European Journal of Radiology Artificial Intelligence” jurnalı klinik radiologiyada süni intellektin irəliləyişlərini əhatə edən aparıcı elmi nəşrlərdəndir və tibb sahəsində ən son yenilikləri oxucuların diqqətinə çatdırır. Profilinin əsasən klinik radiologiyada süni intellektin tətbiqləri olan elmi jurnal həm klinisyenlər, həm də mühəndislər üçün aktual məlumat bazasıdır. Məqalədə süni intellektin tibbi görüntüləməsi, radiologiyada və klinik qərarvermə proseslərində qərəzsiz istifadəsi, eləcə də Avropa standartlarına uyğunlaşdırılmasından bəhs olunur. AzTU-nun adının ilk dəfə belə nüfuzlu jurnalda elm mərkəzi kimi yayımlanması Azərbaycan elmi üçün əhəmiyyətli nailiyyətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 26 Noyabr 2025 23:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















