Icma.az
close
up
RU
Əziz Əlibəylinin həmmüəllifi olduğu məqalə beynəlxalq jurnalda dərc edildi FOTO

Əziz Əlibəylinin həmmüəllifi olduğu məqalə beynəlxalq jurnalda dərc edildi FOTO

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sosial Tədqiqatlar Mərkəzininin Media və Kommunikasiya Departamentinin rəhbəri, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin dissertantı, Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika fakültəsinin müəllimi Əziz Əliyevin həmmüəllif olduğu "The Impact of Military Allocations on Economic Development: Insights from the South Caucasus Region" adlı məqalə Scopus indeksli "International Journal of Economics and Financial Issues" jurnalında dərc edilib. 

Ölkə.Az xəbər verir ki, məqalədə son zamanlar xüsusi müşahidə olunan bir strateji bir nüans: hərbi amilin dövlətlərin yalnız siyasi deyil, eyni zamanda iqtisadi varlığı üçün önəmli olması yanaşması tətbiq edilir. 

Müəyyən regionlarda sülhün mövcudluğu iqtisadi gücü daha çox önə çıxarsa da, siyasi gərginliklərin olduğu bölgələrdə isə hərbi güc strateji önəm kəsb edir və hətta ölkənin hər şeyini, hətta ən əsas da iqtisadiyyatını qorumağa məsuliyyətli olur. Ümumən isə geopolitika amili çox önəmlidir və uzunmüddətli iqtisadi gücün, inkişafın saxlanması üçün zəruri əsasları şərtləndirir ki, bunlardan başlıcası hərbi gücdür. Təsadüfi  deyil ki, böyük iqtisadi, siyasi güclər böyük həcmdə hərbi xərclərə, investisiyalara və istehsallara malikdirlər. Bundan başqa, hərbi güc texnoloji innovasiyalarda da inqilabi yenilikləri yaradıb.

Azərbaycanın Cənubi Qafqaz regionunda geopolitik gücünün əsasında hərbi-iqtisadi amil dayanır. İqtisadi gəlirlər artdıqca hərbi gücə xüsusi önəm verilib, xərclər artırılıb, yerli hərbi-texnoloji istehsal və modernizasiya tədbirləri həayata keçirilib. Nəticədə işğalda olan torpaqlarımız,  təbii sərvətlərimiz azad edilmiş, eyni zamanda sadəcə siyasi suverenliyimiz bərpa olunmayıb, bundan başqa bir sıra ticari-iqtisadi təhdidlər, problemlər aradan qaldırılıb və gələcək iqtisadi dayanıqlılığımız üçün şərait yaradılıb. Geopolitik güc isə onsuzda kapitalın güvəncə altına alınması üçün ilkin amillərdəndir.

Hazırkı tədqiqat işində məhz Cənubi Qafqaz bölgəsi, xüsusən də Azərbaycan timsalında hərbi amillə iqtisadi potensialın təhlilləri daha çox metrik əsaslardan aparılsa da, içərisində nəzəri baxışlardan siyasi reallıqlara, geopolitika amillərdən innovasiyaya qədər önəmli nüanslara toxunulub.

Azərbaycan 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarını azad etməsi prosesinin yaratdığı postmüharibə dövrünün reallıqları etik mülahizələr hərbi qələbənin, siyasi ritorikanın və münaqişədən sonrakı humanitar aspektlərin mürəkkəb qarşılıqlı təsiri kimi ortaya çıxmasına nəzər salınıb. Uzun illərin davam edən hərbi-siyasi davranış mühiti nəticədə daxili və xarici siyasi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdirərək, yeni paradiqmalar doğurub.

Tədqiqatın ekonometrik testlərinin, eyni zamanda nəzəri-məntiqi əsaslandırmalarının nəticələri sadəcə Cənubi Qafqaz ölkələrindən Azərbaycan örnəyində hərbi güclə iqtisadi gücün müsbət əlaqəsini əks etdirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Aprel 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri