AzTV də struktur islahatı gedir: nələr dəyişir?
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də bəzi şöbələrin birləşdirilməsi ilə bağlı struktur dəyişiklikləri həyata keçirilir.
Sherg.az Trend-ə istiandla xəbər verir ki, əsas məqsəd daha kompakt və effektiv idarəetmə sisteminin formalaşdırılmasıdır.
Məsələ ilə bağlı qurumdan bildirilib ki, həm administrativ, həm də yaradıcılıq istiqamətlərində format dəyişikliyi aparılır.
Qeyd olunub ki, aparılan islahatlar çərçivəsində bəzi şöbələr digər şöbələrlə birləşdirilir və daha güclü kadr potensialının formalaşdırılmasına üstünlük verilir.
Bildirilib ki, müasir dövrün tələbləri 10-20 il əvvəlkindən ciddi şəkildə fərqlənir.
Qurumdan əlavə olunub ki, ictimaiyyətin maarifləndirilməsi, məlumatlandırılması, mədəni təfəkkürün inkişafı və idmanın faydalarının təbliği kimi əsas istiqamətlər daha da inkişaf etdiriləcək.
“Bu dəyişikliklər nəticəsində izləyicilərə daha maraqlı və keyfiyyətli kontent təqdim olunacaq”, – deyə məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 20 Aprel 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















