Hörmüz boğazından 112 milyard kubmetrdən çox mayeləşdirilmiş təbii qaz keçib
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Beynəlxalq Enerji Agentliyinin 2025-ci il üçün hesablamalarına görə, Hörmüz boğazından 112 milyard kubmetrdən çox mayeləşdirilmiş təbii qaz keçib. Bu da qlobal ticarətin təxminən beşdə birini təşkil edir".
Newscenter.az Vedomosti-yə istinadən istinadən bildirir ki, bunları İranın xarici işlər naziri Abbas Araqçi deyib. O bildirib ki, lakin ABŞ və İsrailin İran İslam Respublikasına qarşı son hərbi təcavüzü və davam edən hərbi təhdidlər Hörmüz boğazının bağlanmasına və qlobal miqyasda, xüsusən də Asiyada qaz təchizatının pozulmasına səbəb olub:
"Nəticədə Avropada qaz qiymətləri kəskin şəkildə artıb, qış ehtiyatları isə ötən ilə nisbətən xeyli aşağı olaraq qalır. Oxşar vəziyyət dünyanın digər yerlərində də müşahidə olunur. Xüsusən də Hörmüz boğazından keçən tranzit qazın 90%-i Asiya bazarlarında istehlak edildiyindən.
İran XİN rəhbəri qeyd edib ki, enerji təhlükəsizliyi bu gün dünyanın ən böyük problemidir:
"Ərzaq təhlükəsizliyi ilə yanaşı, enerji təhlükəsizliyi problemi də ABŞ-ın bölgəmizdəki məcburi və təkəbbürlü hərəkətlərinin birbaşa nəticəsidir".
Araqçı onu da qeyd edib ki, İran-Rusiya əməkdaşlığı enerji təchizatı marşrutlarının şaxələndirilməsinə və valyuta gəlirləri üçün yeni imkanların yaradılmasına gətirib çıxarır.
Anar
Bu mövzuda digər xəbərlər:Hörmüz boğazından 10 Hindistan gəmisi keçib
20 Aprel 2026 15:40
BMT: Hörmüz boğazından 57 gəmi keçib
25 İyun 2026 22:44
Altı Çin tankeri Hörmüz boğazından keçib
13 May 2026 11:25
Çinin iki supertankeri Hörmüz boğazından keçib
20 May 2026 17:05
Hörmüz boğazından FOTOLENT
14 Mart 2026 15:10
Baxış sayı:109
Bu xəbər 26 Oktyabr 2026 02:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















