Icma.az
close
up
RU
AzTV də Xocalı. Son toy filminin müzakirəsi: Hər şey bir fotodan başladı

AzTV də Xocalı. Son toy filminin müzakirəsi: Hər şey bir fotodan başladı

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Xocalı. Son toy" filminin ideyası bir fotodan yaranıb. Həmin foto Xocalıda yarımçıq qalmış sonuncu toyda çəkilmişdi.

BAKU.WS xəbər verir ki, bu sözləri filmin ideya və ssenari müəllifi Niyam Şirinov Azərbaycan Televiziyasında yayımlanan "Günə davam" verilişində söyləyib.

"Xocalı ilə bağlı çəkilmiş bir çox görüntülər var, ən məşhuru isə Xocalıda yarımçıq qalan sonuncu toydan olan və filmin yaranmasına səbəb olan foto idi. 2020-cil il fevralın 26-da məhz həmin gün mən həmin gəlini tapdım və müsahibə aldım. Elə orda söz verdik ki, bu söhbətimizin davamını torpaqlarımız azad olunandan sonra Xocalıda – elə doğma yurdlarında edəcəyik. Torpaqlarımız geri qaytarıldı və bizim müsahibədəki söhbətimiz reallaşdı".

Filmin quruluşcu rejissoru Yusif Ələkbərzadə bildirib ki, film "Global Media Group" un və Report İnformasiya Agentliyinin dəstəyi ilə reallaşıb.

O qeyd edib ki, film 2 hissədən ibarətdir, bədii hissə Ağsunun Ləngəbiz kəndində, digər hissə isə Xocalıda, fotoda olan, eyni zamanda həmin toyda iştirak etmiş 40-a yaxın Xocalı sakinin iştirakı ilə çəkilib.

"Musiqiçilərdən tutmuş, xonça bəzəyənlərə həmin adamları axtarıb taparaq Xocalıya aparıb çəkiliş etmişik. Bir - iki nəfərlə Xocalıya getmək ayrı, 33 il əvvəl Xocalını görmüş 40 insanla getmək və onların təəssüratlarına şahidlik etmək sözlə ifadə olunmayacaq duyğulardır".

Y.Ələkbərzadə bildirib ki, filmdə həmin hadisələr barədə indiyə qədər heç yerdə göstərilməyən videokadrlar da yer alıb:

"Xocalı hadisələrini o dövrdə iki operatorumuz Çingiz Mustafayev və Seyidağa Mövsümov lentə almışdı. Amma bu filmi çəkəndə məlum oldu ki, Xocalı sakinlərindən birinin- Şakir Məmmədovun kamerası olub və onda heç bir yerdə olmayan kadrlar var. Belə ki, faciə anında da kamerasını yanından qoymayıb onu da çəkməyə başlayıb. Sağ olsun ilk dəfə arxivini bizim üçün açdı və filmimizdə insanların ilk dəfə görə biləcəyi kadrlardan istifadə olundu".

Qeyd edək ki, filmin layihə rəhbəri "Global Media Group" İdarə Heyətinin sədri Elnur Nazim oğlu Abdullayev, ideya və ssenari müəllifi Niyam Şirinov, quruluşçu rejissoru Yusif Ələkbərzadə, prodüseri isə Fuad Hüseynəliyevdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Mart 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri