“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Veysəl Rzayev az şans qazandığı üçün “Turan Tovuz”dan ayrılıb.
O, klubla yolları qarşılıqlı razılıq əsasında ayırdıqlarını vurğulayıb.
“Turan Tovuz”dan ayrılmağımın xüsusi səbəbi yoxdur. Qarşılıqlı razılıq əsasında yolları ayırdıq. Daim oynamaq istəsəm də, az şans qazanırdım”, - deyə o, “Report”a açıqlamasında bildirib.
Futbolçu “Kəpəz”lə anlaşdığını bildirib:
“Kəpəz”də bacardığım qədər şans qazanmağa və daim oynamağa çalışacağam. Bu klubda daha çox şans qazana bilərəm”.
23 yaşlı yarımmüdafiəçi “Turan Tovuz”un fasiləyə qədəki matçlarını da dəyərləndirib:
“Turan Tovuz”un son oyunları haqqında yaxşı heç nə demək olmaz. Çünki komanda əlindən gələni etsə də, istənilən nəticəni qazana bilmir. Yəqin ki, daha çox çalışmaq, əziyyət çəkmək, səhvləri doğru dəyərləndirmək lazımdır”.
Qeyd edək ki, V.Rzayev 2022/2023 mövsümündən “Turan Tovuz”un formasını geyinirdi. O, bu müddət ərzində Premyer Liqada meydana çıxdığı 79 oyunda 2 qolla yadda qalıb.
Baxış sayı:116
Bu xəbər 31 Dekabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















