Icma.az
close
up
RU
Aztvnews un rəhbəri həbsdə qaldı

Aztvnews un rəhbəri həbsdə qaldı

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

Məhkəmə sahibkarları və direktorları şantaj edən sayt rəhbərlərini həbsdə saxladı

Şəki Apellyasiya Məhkəməsinə "Aztvnews.az" saytının baş direktoru Seymur Məmmədov, "Qaynar-xett.az" saytının baş direktoru Zaur Əhmədov, "Postbaku.net" xəbər saytının baş direktoru Eldəniz Mejdunov, "Aja.az" saytının baş direktoru Elvin Qurbanovun apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd: Təqsirləndirilən şəxslər ayrı-ayrı rayonlarda kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri şantaj edərək onlardan pul almaqda ittiham edilirlər.

Onlar barəsində çoxsaylı şikayətlər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) daxil olub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1 (Hədə-qorxu ilə tələb etmə; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

İstintaqla müəyyən edilib ki, "Aztvnews.az" saytının baş direktoru Seymur Məmmədov zərərçəkmiş kimi tanınan şəxslərdən pul istəyərkən özünü “AzTV” dövlət televiziyasının əməkdaşı kimi təqdim edib.

Seymur Məmmədov və digərləri Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən pendir sexinin sahibini şantaj ediblər. Sahibkara qanunsuz fəaliyyət göstərdiyini, sex ərazisində anti-sanitariya olduğunu və ekoloji qaydaların pozulduğunu deyiblər. Buna görə ondan 100 manat alıblar. Bu hal bir neçə dəfə təkrarlanıb. Sahibkar 2020-ci ildən etibarən şantaj edildiyini deyib.

Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən taxta emalı sexinin sahibinə qanunsuz olaraq kəsilmiş meşə ağaclarından istifadə etdiyini deyiblər. 200 manat tələb edib 40 manat ala biliblər. Təqsirləndirilən şəxslər bir neçə dəfə birlikdə və ayrı-ayrı gələrək sahibkardan müxtəlif məbləğlərdə pul alıblar.

İstintaqla müəyyən edilib ki, "Aztvnews.az" saytının baş direktoru Seymur Məmmədov daha əvvəl eyni əmələ görə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, cəzasını çəkdikdən sonra azadlığa çıxıb.

İmişli rayonu, Otuzikilər kəndi ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanasının sahibi də təqsirləndirilən şəxslərin qurbanlarından olub. Ondan karxanada qanun pozuntularının olduğunu, Araz çayının məcrasının dəyişdirdiyini deyərək ilk dəfə 200 manat alıblar. Daha sonra isə müxtəlif vaxtlarda 200-500 manat arası məbləğləri də eyni yolla ələ keçiriblər.

İmişli rayonu, Xubyarlı kəndi ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanasının sahibindən də eyni qaydada pul tələb edərək ilk dəfə 50 manat, daha sonra isə müxtəlif məbləğlər alıblar.

Tovuz rayonu, Əyyublu kəndində yerləşən kömür sexinin sahibinə isə deyiblər ki, istehsal nəticəsində əmələ gələn tüstü normadan artıqdır, ekologiyaya ciddi ziyan vurur. Bu barədə məlumat dərc etməmək üçün ondan pul alıblar. Əvvəlcə 200 manat, sonra isə müxtəlif məbləğlər tələb ediblər.

Zərərçəkmişlərdən biri də Ağstafa rayonu, Göycəli kəndində yerləşən taxta emalı sexinin sahibidir. Ona da deyiblər ki, istifadə etdiyi ağacları qanunsuz olaraq meşələrdən kəsərək əldə edir. Buna görə də ondan bir neçə dəfə 100-200 manat arası məbləğdə pul alıblar.

Seymur Məmədovun Şəmkir rayonu, Kür qəsəbəsi, H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbin direktorundan 300 manat tələb etdiyi də aşkar edilib. Direktora deyib ki, qanun pozuntularına yol verib, məktəbdə olan nəzarətsizlik nəticəsində şagirdlər təhsildən kənar qalıb.

Şəmkir rayonu, Kür qəsəbəsi, İ.Aznaurov adına Kür qəsəbəsi 1 saylı tam orta məktəbin direktorundan da eyni qaydada 300 manat istəyib.

Zaqatala rayonu, Yuxarı Tala kəndində fəaliyyət göstərən beton zavodunun direktorundan isə çap etdirdiyi kitabı almasını tələb edib. Əks halda zavodla bağlı neqativ yazılar yazacağını bildirib. Sahibkardan 70 manat pul alıb.

Seymur Məmmədov həmçinin qaynarxett.az saytının da rəhbəri olduğunu bildiribmiş.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə "Aztvnews.az" saytının baş direktoru Seymur Məmmədov 7 il, "Qaynar-xett.az" saytının baş direktoru Zaur Əhmədov 7 il, "Postbaku.net" xəbər saytının baş direktoru Eldəniz Mejdunov 6 il, "Aja.az" saytının baş direktoru Elvin Qurbanov isə 5 il azadlıqdan məhrum edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://pravda.az
archiveBu xəbər 08 Aprel 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtkin düşən azyaşlı tapıldı FOTO

12 Aprel 2025 23:13see133

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see130

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see130

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see130

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see127

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see126

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see126

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see125

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see123

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see120

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see120

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see119

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see119

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see118

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see118

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see116

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see115

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see108

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri