Azərbaycan enerji keçidini kifayət qədər uğurla həyata keçirən dövlətlərdəndir RƏY
Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bakı Enerji Həftəsi Azərbaycanın potensialını və imkanlarını təqdim etməklə yanaşı aparıcı şirkət rəhbərlərinin, dövlət rəsmilərinin, eləcə də beyin mərkəzi təmsilçilərinin bir araya gəldiyi, müzakirələr apardıqları mühüm platformadır. Azərbaycan enerji ölkəsi olaraq regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Artıq Azərbaycan 12 dövlətə mavi qaz nəql edir. Onlardan onu Avropa ölkəsidir. Bütün bunlar 1994-cü ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə imzalanan "Əsrin Müqaviləsi", məhz həmin andan etibarən Azərbaycanda əsası qoyulan enerji strategiyasının nəticəsidir".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

"Ümumilli liderin uzaqgörən siyasəti, Azərbaycanın maliyyə imkanlarının məhdud olduğu dövrlərdə qəbul etdiyi strateji qərarlar bu gün Azərbaycanın regionda orta güc ölkəsinə çevrilməsinə gətirib çıxartdı. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın enerji siyasəti daha da təkmilləşdi. Cənab Prezidentin rəhbərliyi ilə müasir çağırışlara uyğun olaraq enerji siyasətinin şaxələndirilməsi həyata keçirildi. Artıq əsası ümummilli lider tərəfindən qoyulan enerji siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həm də innovativ istiqamətlərdə inkişaf etməkdədir. Azərbaycanın Avropaya yaşıl enerji ixrac etmək planları, bu istiqamətdə anlaşmalar da xəbər verir ki, Azərbaycan enerji keçidini kifayət qədər uğurla həyata keçirən dövlətlərdəndir", — deputat bildirib.
Aytəkin Qardaşova


