Icma.az
close
up
RU
Azyaşlı Nərminlə bağlı Ali Məhkəmədə araşdırmalar: İlkin Süleymanovun sabaha təyin olunan məhkəməsi təxirə salındı

Azyaşlı Nərminlə bağlı Ali Məhkəmədə araşdırmalar: İlkin Süleymanovun sabaha təyin olunan məhkəməsi təxirə salındı

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Oktyabrın 14-də Ali Məhkəmədə 6 il əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra isə kənddə yandırılmış meyitin tapılması ilə əlaqədar həbs olunaraq, 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun işinə baxılmalı idi. Lakin məhkəmə prosesi təxirə salınıb.

Bu barədə Bizimyol.info xəbər portalına İlkin Süleymanovun ailə üzvləri məlumat verib.

“Dəqiq nə vaxta təxirə salındığını bilmirik. Vəkilimizə bildirilib ki, təyin olunduğu vaxtda – oktyabrın 14-də olmayacaq. Çox güman ki, gələn aya qalır. Amma dəqiq vaxt barədə vəkilə məlumat veriləcək”, - İlkin Süleymanovun qardaşı Adil Süleymanov bildirib.

Qeyd edək ki, İlkin Süleymanovun kassasiya şikayətinə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyilə baxılacaq.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə ittiham olunan 1973-cü il təvəllüdlü İlkin Süleymanov 2020-ci il yanvarın 6-da – Dondar Quşçu kəndində yanmış meyit tapılan gün həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham verilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

İlkin Süleymanov ittihamı qəbul etmir, işgəncə altında etiraf ifadəsi verdiyini deyir. O bildirib ki, azyaşlı Nərminin 47 gün onların evində olması, onu öldürməsi və meyitini yandırması barədə ittihamda yazılanların hamısı yalandır.

Baş Prokurorluq isə İlkin Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, prokurorluqdan bildirilib ki, işgəncə barədə deyilənlər araşdırılıb və iddialar təsdiqini tapmayıb.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 Oktyabr 2025 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri