Icma.az
close
up
RU
Azyaşlılar sosial şəbəkələrdə olmamalıdır Elvin Abbasov

Azyaşlılar sosial şəbəkələrdə olmamalıdır Elvin Abbasov

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycanda da uşaqlaırn sosial şəbəkələrdən istifadəsi istiqamətində maariflənmə prosesi aparılmalıdır"

Fransa parlamentində 2026-cı il 1 sentyabr tarixindən etibarən 15 yaşdan kiçik şəxslər üçün sosial şəbəkələrin qadağan olunmasını nəzərdə tutan qanun layihəsi müzakirə olunur. Teleqraf xəbər verir ki, bu barədə "BILD" məlumat yayıb. Qanun layihəsinin müəllifləri sosial şəbəkələrin asılılıq yaratması, kiberzorakılıq, zərərli məzmun və yuxu pozuntuları kimi ciddi risklərə dair araşdırmalara istinad edirlər. Yanvar ayında qəbul edilə biləcəyi ehtimal olunan layihəyə əsasən, təhsil müəssisələrində mobil telefonlardan istifadə ilə bağlı qadağalar da sərtləşdirilir. Belə ki, mobil telefonlardan istifadə yuxarı siniflərdə də qadağan ediləcək. Qeyd edək ki, ibtidai və orta məktəblərdə bu qadağa artıq 2018-ci ildən qüvvədədir. Fransa bu məsələdə Avstraliyanın təcrübəsini nümunə götürür. Avstraliya dekabr ayında dünyada ilk dəfə olaraq uşaqlar üçün sosial şəbəkələrə qadağa tətbiq edib. Kanberra hökuməti bu addımı psixi sağlamlığın qorunması naminə tarixi dönüş nöqtəsi kimi qiymətləndirib.

Qeyd edək ki, yetkinlik çatmayanların sosial şəbəkələrə girişinin qadağan olunduğu ölkələr çoxdur. Qardaş Türkiyə də 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etməyi planlaşdırır. 

İnformasiya-kommunikasiya sahəsi üzrə mütəxəssis Elvin Abbasov “Sherg.az”a açıqlamasında bildirdi ki, sosial şəbəkə platformaları azyalılar üçün uyğun deyil: 

- Mən də bu fikirdəyəm ki azyaşlılar sosial şəbəkələrdə olmamalıdır. Bu, onlar üçün uyğun deyil. Onlar üçün faydalı məzmunlar emal edən xüsusi platformalar var ki, uşaqların psixoloji durumlarına, püxtələşməsinə, inkişafına faydalı məlumatlar orada yerləşdirilir. Digər istiqamətlərdə isə ölkələrin fəaliyyətləri daxili qanunvericiliklə və digər müvafiq qanunvericiliklərlə birgə təhlil olunmaldıır. Uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdıran xüsusi proqramlar var, valideynlər bu proqramları smartfonlara yükləyərək uşaqların zərərli məzmunlara daxil ola bilməyəcəyinə əmin ola bilərlər. Əgər bunu istəyirlərsə, təbii ki. Hesab edirəm ki, Azərbaycanda da uşaqlaırn sosial şəbəkələrdən istifadəsi istiqamətində maariflənmə prosesi aparılmalıdır. Əgər valideyn razıdırsa övladı sosail şəbəkə istifadəçisi olsun, yaşına uyğun doğru, faydalı məlumatlara çıxış əldə etsin, o zaman düzgün şəxsi məlumatlar əsasında azyaşlının öz hesabı olmalıdır ki orada sosial şəbəkə məhdudiyyətləri tətbiq edilə bilsin. Əks halda isə mən də tərəfdarı deyiləm ki azyaşlılar sərbəst şəkildə feyk hesablarla sosial şəbəkələrdən istifadə etsinlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Yanvar 2026 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri