Icma.az
close
up
RU
Azyaşlılar sosial şəbəkələrdə olmamalıdırlar Mütəxəssis

Azyaşlılar sosial şəbəkələrdə olmamalıdırlar Mütəxəssis

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Z nəsli"nin telefon aludəçiliyi böyük problemlər yaradır

Valideynlər uşaqlarını başqa məşğuliyyətlərə yönəltməli, onların bacarıqlarının inkişafına çalışmalıdırlar



Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri Birol Akgün "Texnologiya geosiyasəti” mövzusunda keçirilən akademik seminarda hər bir valideyni, ümumilikdə cəmiyyətimizi düşündürməli olan mövzuya toxunub. Səfir qeyd edib ki, hazırda texnologiya dünyasının gələcəkdə insan həyatına necə təsir edəcəyinə dair araşdırmalar aparan çox sayda insan var. "Yeni nəsil - "Z" nəsli olan uşaqların əlində smartfonlar var. Biz professorlar, psixoloqlar olaraq, bu məsələnin həlli yolları üzərində çalışırıq. Diqqət etsəniz, uşaqlar arasında intihar hallarının artdığını görə bilərsiniz. Telefon aludəçisi olan azyaşlılarda getdikcə sosial fobiya yaranır. Bu problemi həll etməli, uşaqların sosiallaşma səviyyəsini artırmalıyıq",- səfir vurğulayıb.

Müasir texnologiyaların sosial bəlaya çevrildiyi acı reallıqdır. İnternet, hər yerdən və hər şeydən xəbər verən sosial şəbəkələr, müxtəlif  platfotrmalar, smartfonlarda istifadəçiyə cazibəli formada təqdim olunan oyunlar insanları “xəstə” edib, “mobilmaniya”, “intermaniya”ya çevirib. Dərd burasıdır ki, smartfondan asılı qalan böyüklər – valideynlər övladlarını da buna alışdırır, vərdiş etdirir. Ağlamasın deyə körpənin əlinə, sakit dayansın deyə uşağın əlinə smartfon verirlər. Etiraz edənlərə də, “sizin vaxtınızda telefon yox idi, indi uşaq anadan olandan telefon istəyir” kimi özünə bəraət qazandıran sərsəm cavab verilir. Kimsə də boynuna almır ki, uşaq onun əlində telefon görüb, telefonun kamerasını zaman-zaman uşağa tərəf çevirib deyə, uşaq da yavaş-yavaş telefonla “dostlaşıb”. Bir valideyni övladının günün böyük hissəsini gözünü smartfona zilləməsi və orada “qaçdı-tutdu” oyunu izləməsi  narahat etmirsə və bunun qarşısını almağa çalışmırsa, o uşağın böyüdükcə aqressivləşəcəyi məlumdur. Aqressiv uşaq başqasına da xəsarət yetirə bilər, özünə də. Son illərdə oğlan və qızların gah “sevgilisinə görə”, gah “imtahandan aşağı qiymət aldığına görə”, gah da hansısa istəyi yerinə yetməyib deyə intihar etdiyi, həmyaşıdını bıçaqladığı, fiziki zor tətbiq etdiyi, təhqir etdiyinə az rast gəlmədik. Bəlkə də, deyilənlərlə hansısa formada əlaqəsi yoxdur, amma dünən faciəli bir hadisə baş verib. Nizami rayonundakı 210 saylı orta məktəbin 9-cu sinif şagirdinin özünü yaşadığı binanın 16-cı mərtəbəsindən ataraq intihar etdiyi xəbəri yayılıb. Deyilənə görə, buna səbəb onun məktəbdə keçirilən imtahanda aşağı nəticə göstərməsi olub. Məsələ ilə bağlı 210 saylı məktəbdən şagirdin vəfat etdiyini təsdiqləsələr də, hadisənin intihar olduğunu təkzib ediblər: "İntihar etməyib, yalan söhbətdir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər, araşdırma aparılır".

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarat Məmmədov Bakupost.az-a bildirib ki, fevralın 15-də şagird evində vəfat edib: "Hadisənin səbəbi barədə məlumatımız yoxdur. Bununla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Həmin şagirdi rayona aparıb dəfn ediblər".

Təki yalan olsun, intihar xəbəri. Amma oxşar hadisələr tez-tez baş verir, təəssüf ki. Niyə əvvəllər olmurdu və ya az-az baş verirdi bu cür hallar? Həqiqətənmi sosial şəbəkələr, aqressiv internet-oyunlar, tiktok kimi platformalar buna təhrik edir uşaqları, yeniyetmələri? 


Təhsil məsələləri üzrə mütəxəssis Elçin Süleymanov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, səfirin söylədiklərində kifayət qədər həqiqət var: 


- Hazırkı “Z” adlanan nəsil anadan olandan - 1-2 yaşından smart mobil telefonları və internet oyunlarla böyüyən uşaqlardır. Bu aludəlik körpənin böyüdülməsi, ona qulluq prosesində valideynin də müəyyən qədər işinə “yarayır” deyə, uşaqların əlinə telefon verir, beləliklə, onları mobil telefondan asılı vəziyyətə salırlar, istəyərək, yaxud istəmədən. Bu, uşaqların xarakterinə ciddi təsir edir, mənfi fəsadlar yaradır. Uşaq orta təhsilə başlayan zaman onda diqqət əskikliyi, bir yerdə sakit otura bilməmək (buna hiperaktivlik də deyirlər) xüsusiyyəti formalaşır. Hazırkı uşaqların əksəriyyəti belədir. Təhsil və təlimdə bunu nəzərə alacaq sistem yaranmalıdır. Müasir dövrün müəllimi dərsini 45 dəqiqə danışaraq keçirməməlidir. Müəllim dərsini interaktiv, əyləncəli formada keçməlidir. Dərsi hissələrə bölməlidir. Müəyyən hissəni ev tapşırıqlarını yoxlamağa həsr edirsə, sonra arada fasilə verib uşaqların faydalı şəkildə əylənməsinə çalışmalıdır. Uşaqların səbirsizliyini aradan qaldıracaq formada. Sonra yenə dərsə davam etməlidir. Valideynlər də uşaqlarını başqa məşğuliyyətlərə yönəltməli, onların bacarıqlarının inkişaf etməsinə çalışmalıdırlar. Rəsm dərnəyi, musiqi, idman... Uşaqların inkişafına müsbət təsir göstərir. Uşaqların aqressiyadan uzaqlaşması, smartfonlardan asılılığının azalması valideyn və müəllimlərin, məktəb psixoloqlarının öhdəsinə düşür. Çalışmalıdırlar ki, uşaqlar sosial çevrədən yararlana bilsin, sosial bağları möhkəmlənsin. Bəzən uşağın öz otağına çəkilməsi, dərsləri ilə məşğul olması valideyni arxayınlaşdırır. Sanır ki, sakit uşaqdır, dərsləri ilə məşğuldur. Uşağın uzun müddət tənha qalması da ziyandır. Valideyn hər zaman diqqətli olmalı, övladını kənardan izləməli və onunla birgə çox vaxt keçirməyə çalışmalıdır. Unutmaq olmaz ki, şəxsi otaqlar, internet və smartfonlar uşaqlar üçün  dünyaya pəncərədir. Orada aqressiya da var, zorakılıq da, mənfi təzahürlər də. Bunlar uşaqların xarakterinə mənfi təsir göstərir. Valideyn övladı ilə vaxt keçirməli, onun maraqlarını, kimlərlə dostluq etdiyini bilməlidir. Telefona bağlı uşağın sosiallaşması çətindir. İnsan cəmiyyət daxilində sosiallaşır. İnsanlarla yaxınlıq etdikcə, dostlar qazandıqca, valideynlərinin, nənə-babaların həyatını (normal şərtlər daxilində), məişətini seyr etdikcə sosiallaşır, cəmiyyətin bir fərdinə çevrilir. İnternetə, smartfonlara bağlılıq nəinki uşaqları, ümumiyyətlə, insanları bir-birindən uzaqlaşdırır, yadlaşdırır. 


İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov “Sherg.az”a açıqlamasında uşaqlara müəyyən yaş həddində internetdən istifadəyə məhdudiyyət qoyulmalı olduğunu dedi:

 - Texnologiyalarsız mümkün deyil. Amma ziyanları minimuma endirmək, faydaları artırmaq tamamilə mümkündür. Uşaqların yaş kateqoriyası isə mütləq nəzərə alınmalıdır. Ölkələrə görə bu qaydalar dəyişkəndir. Məsələn, Almaniyada, Niderlandda müxtəlif yaş kateqoriyalarını azyaşlı hesab edirlər. Bəzisində 13, bəzisində 14-15 və ya 16 yaş azyaşlı hesab olunur və limitlər tətbiq olunur. Müxtəlif ölkələrin qanunvericiliyində azyaşlıların internetdən istifadəsini tənzimləyən qaydalar mövcuddur. Təbii ki, Türkiyədə, Avropa ölkələrində bu məsələ dəfələrlə gündəmə gəlib. Həm ümumi, həm də xüsusi şəbəkələrdə azyaşlıların fəaliyyəti beynəlxalq standartlarla tənzimlənir, müxtəlif şəbəkələr bu standartlara istinadla qaydalar tətbiq edir və bu qaydalara görə azyaşlıların hansı tip kontekt və məzmunlara baxıb izləyə biləcəkləri qeyd olunur. Problem nədədir, əgər uşaqlar öz valideynlərinin telefonlarından sosial şəbəkəyə daxil olurlarsa, orada məhdudiyyət tətbiq edilə bilmir, çünki sosial şəbəkə platforması öz istifadəçisinin məlumatlarını tanıyır. Məlumatlarda isə yetkin insanın datalarıdır. Sosial şəbəkə valideynin adından uşağın platformaya daxil olduğunu bilmir, ona görə də azyaşlılara qadağa qoyulan kontekt və məzmunlar açıq olur. Əgər valideyn övladının sosial şəbəkədən faydalı şəkildə istifadə etməsini istəyirsə, övladına öz telefonunu deyil, uşağın adına olan telefonlarda sosial şəbəkə açmalıdır ki, orada uşağın yaş kateqoriyası dəqiq göstərilsin. Bundan sonra həmin yaşa uyğun məzmun  tənzimlənməsi mümkün olacaq. Uşaqlar valideynlərinin telefonlarından, böyüklərin adına alınmış telefonlardan və böyüklərin istifadə etdikləri sosial platformalara daxil olduqları üçün sosial şəbəkə istifadəçisinin həqiqi məlumatları ilə tanış ola bilmir, nəticədə manipulyasiya baş verir. Mən də bu fikirdəyəm ki, azyaşlılar sosial şəbəkələrdə olmamalıdırlar. Bu, onlar üçün uyğun deyil. Onlar üçün faydalı məzmunlar emal edən xüsusi platformalar var ki, uşaqların psixoloji durumlarına, püxtələşməsinə, inkişafına faydalı məlumatlar orada yerləşdirilir. Digər istiqamətlərdə isə ölkələrin fəaliyyətləri daxili qanunvericiliklə və digər asılı qanunvericiliklərlə birgə təhlil olunmalıdır. Mən bu fəaliyyəti dəstəkləyirəm. Və hesab edirəm ki, Azərbaycanda da uşaqların sosial şəbəkələrdən istifadəsi istiqamətində maariflənmə prosesi aparılmalıdır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Fevral 2025 00:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri