Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Azyaşlılar sosial şəbəkələrdə olmamalıdırlar İKT üzrə mütəxəssis

Azyaşlılar sosial şəbəkələrdə olmamalıdırlar İKT üzrə mütəxəssis

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə başladı, Azərbaycan da hərəkətə keçməlidir

“Əgər valideyn razıdırsa, övladı sosail şəbəkə istifadəçisi olsun, yaşına uyğun doğru, faydalı məlumatlara çıxış əldə etsin, o zaman düzgün şəxsi məlumatlar əsasında azyaşlının öz hesabı olmalıdır ki, orada sosial şəbəkə məhdudiyyətləri tətbiq edilə bilsin”

Türkiyə 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini bu ildən etibarən qadağan etməyi planlaşdırır. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu "CNN Türk" telekanalının efirində bildirib. “Biz istəyirik ki, 16 yaşadək uşaqlarımız sosial mediadan uzaq olsunlar. Bu onlara niyə lazımdır? Onsuz da orada onlar üçün faydalı heç nə yoxdur”, deyə, nazir bildirib. Nazirin sözlərinə görə, son vaxtlar Türkiyədə sosial şəbəkə istifadəçisi olan uşaqlarla bağlı xoşagəlməz hadisələr baş verib. “İnşallah, 2025-ci ildə biz bir sıra tənzimləyici tədbirlərin görülməsi üçün səy göstərmək istəyirik” - deyə, Uraloğlu vurğulayıb. Qeyd edək ki, azyaşlılara sosial şəbəkədən istifadə məhdudiyyətlərinin tətbiqi məsələsi bir müddət əvvəl Türkiyə Böyük Millət Məclisində də müzakirəyə çıxarılıb. Hazırda Türkiyə Böyük Millət Məclisinin Uşaq Hüquqları Komissiyası bu məsələ üzərində işləyir. Dünyadakı mövcud təcrübəyə görə, azyaşlılar valideynlərinin icazəsi ilə telefondan istifadə edə bilər və ya yalnız günün müəyyən saatlarında onlara telefondan istifadə etməyə icazə verilir. Bəzi sosial media platformaları da azyaşlıların (müxtəlif ölkələrdə yaş kateqoriyası fərqlidir) sosial mediaya girişini qadağan edir. Türkiyədə də sosial media platformalarında uşaqları təhlükələrdən qorumaq üçün həll yollarının axtarışına başlanılıb. Bununla bağlı Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi araşdırma aparır. Türkiyə Böyük Millət Məclisinin azyaşlıların problemləri ilə məşğul olan Alt Komitəsinə məlumat verən adıçəkilən idarənin sədr müavini Əbdülkərim Gün ABŞ-nin Florida ştatında 13 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edildiyini, Avstraliyada isə məhdudlaşdırıcı qaydalar tətbiq edildiyini, 16 yaşından kiçik uşaqlar üçünsə tənzimləmə qaydalarının qüvvəyə minmək üzrə olduğunu bildirib. Ə.Gün bildirib ki, “İnternetdə yayımlanan nəşrlərin tənzimlənməsi və bu nəşrlər vasitəsilə törədilən cinayətlərə qarşı mübarizə haqqında” 5651 saylı Qanuna dəyişiklik edilməsi ilə bağlı sosial media proqramlarına və sosial şəbəkələrə nəzarət altında olan şəxslərin çıxışını qadağan etmək üçün çalışırlar. Ə.Gün, “hazırda 13 yaşından kiçik şagirdlərin, yəni orta məktəb uşaqlarının, başqa sözlə orta məktəbi tamamlayan bir şagirdin sosial media tətbiqlərinə və sosial şəbəkələrə girişini qadağan edəcək bir araşdırma üzərində işləyirik. Türkiyənin “Sabah” qəzetindən Öndər Yılmazın xəbərinə görə, Uşaq Xidmətləri Ümumi Müdirliyinin Qoruyucu və Profilaktik Xidmətlər Şöbəsinin müdiri Eda Şirnevai, uşaqların smartfon istifadəsini məhdudlaşdırmaq üçün Türkiyə Böyük Millət Məclisi ilə birlikdə çalışdıqlarını açıqlayıb. Komissiyaya təqdimatla çıxış edən professor  Tuncay Dilçi, bir çox ölkədə 13 yaşdan kiçik uşaqlar üçün smartfonların qadağan edildiyini bildirərək, Türkiyədə də oxşar təcrübənin gündəmə gətirilməsini təklif edib. Şöbə müdiri Şirnevai isə bununla bağlı TBMM Uşaq Hüquqları Komissiyası ilə birgə işlədiklərini deyib. Ailə və Sosial Xidmətlər Nazirliyinin uşaqların sosial şəbəkələrdən və sosial şəbəkələrdən istifadə etməsi ilə bağlı dünya nümunələrini araşdırdığı da qeyd edilib. Uşaqların sosial şəbəkə və internet resurslarından istifadəsinə dair bir sıra ölkələrdə müxtəlif qadağalar mövcuddur. Məsələn, Çində 16 yaşından kiçik uşaqların valideynlərinin icazəsi ilə sosial media hesabı açması tələb olunur. Çində saat 22:00-dan 06:00-a qədər mobil cihazlara və internetə giriş də qadağandır. ABŞ-nin bəzi ştatlarında 14 yaşından kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən qanun təsdiqlənib, 2025-ci ildən qüvvədə olacaq. Fransada 15 yaşdan aşağı olanlara sosial şəbəkələrə daxil olmaq üçün valideyn icazəsi tələb edilir. Cənubi Koreyada 16 yaşından kiçik uşaqlar üçün gecə saat 24:00-dan 06:00-ya qədər onlayn oyun oynamaq qadağandır. Böyük Britaniyada və Rusiyada yaşı 13-dən aşağı olanlara onlayn platformalarda hesab açmaq qadağandır. İtaliyada 14 yaşından kiçik şəxslərin mobil telefona sahib olması, 16 yaşından kiçiklərin isə sosial şəbəkələrdə profil açması qadağandır. Avstraliyada 14 yaşdan kiçik insanlar üçün sosial media qadağası var. Qadağaya əməl etməyənlərə qarşı ciddi cəzalar və sanksiyalar tətbiq olunur. İrlandiyada isə yaşı 16-dan aşağı olanların smartfonlardan istifadəsinə tam qadağa qoyulması müzakirə olunur. Göründüyü kimi, bir sıra ölkələr azyaşlıların internet resurslardan istifadəsini və ya məhdudiyyətsiz, icazəsiz istifadəsinin qarşısını almağa çalışır. Yəni ölkələr sosial şəbəkələrin, internet resursların azyaşlılara mənfi təsirini minimuma endirmək istəyirlər. Bəs ölkəmizdə vəziyyət necədir, azyaşlıların internet resurslarına əlçatanlığını məhdudlaşdırmaq zərurəti varmı?


İKT üzrə mütəxəssis Elvin Abbasov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, bir çox sosial şəbəkələr azyaşlıların istifadəsinə müəyyən məhdudiyyətlər tətbiq edir:


 - Məsələn, əvvəlki dönəmlərdə feysbuk sosial şəbəkəsini araşdırmışdım və məlum olmuşdu ki, 13 və ya daha az yaşdan aşağı bir istifadəçi bu platformada qeydiyyatdan keçirdisə, çat bölməsi aktiv deyildi və platforma məhz o yaşa uyğun kontektləri önə çıxarırdı, 18 yaş və ya 16 yaşüstü kontektlər orada çıxmırdı, görünmürdü. Həmçinin digər sosial şəbəkələr də müxtəlif daxili qaydalarla azyaşlıları nəzərə alırlar. Ölkələrə görə bu qaydalar dəyişkəndir. Məsələn, Almaniyada, Niderlandda müxtəlif yaş kateqoriyalarını azyaşlı hesab edirlər. Bəzisində 13, bəzisində 14-15 və ya 16 yaş azyaşlı hesab olunur və limitlər tətbiq olunur. Müxtəlif ölkələrin qanunvericiliyində azyaşlıların internetdən istifadəsini tənzimləyən qaydalar mövcuddur. Təbii ki, Türkiyədə, Avropa ölkələrində bu məsələ dəfələrlə gündəmə gəlib. Həm ümumi, həm də xüsusi şəbəkələrdə azyaşlıların fəaliyyəti beynəlxalq standartlarla tənzimlənir, müxtəlif şəbəkələr bu standartlara istinadla qaydalar tətbiq edir və bu qaydalara görə azyaşlıların hansı tip kontekt və məzmunlara baxıb izləyə biləcəkləri qeyd olunur. Problem nədədir, əgər uşaqlar öz valideynlərinin telefonlarından sosial şəbəkəyə daxil olurlarsa, orada məhdudiyyət tətbiq edilə bilmir, çünki sosial şəbəkə platforması öz istifadəçisinin məlumatlarını tanıyır. Məlumatlarda isə yetkin insanın datalarıdır. Sosial şəbəkə valideynin adından uşağın platformaya daxil olduğunu bilmir, ona görə də azyaşlılara qadağa qoyulan kontekt və məzmunlar açıq olur. Əgər valideyn övladının sosial şəbəkədən faydalı şəkildə istifadə etməsini istəyirsə, övladına öz telefonunu deyil, uşağın adına olan telefonlarda sosial şəbəkə açmalıdır ki, orada uşağın yaş kateqoriyası dəqiq göstərilsin. Bundan sonra həmin yaşa uyğun məzmun  tənzimlənməsi mümkün olacaq. Uşaqlar valideynlərinin telefonlarından, böyüklərin adına alınmış telefonlardan və böyüklərin istifadə etdikləri sosial platformalara daxil olduqları üçün sosial şəbəkə istifadəçisinin həqiqi məlumatları ilə tanış ola bilmir, nəticədə manipulyasiya baş verir.


E.Abbasov azyaşlılar üçün sosial şəbəkə platformalarının uyğun olmadığını dedi:

- Mən də bu fikirdəyəm ki, azyaşlılar sosial şəbəkələrdə olmamalıdırlar. Bu, onlar üçün uyğun deyil. Onlar üçün faydalı məzmunlar emal edən xüsusi platformalar var ki, uşaqların psixoloji durumlarına, püxtələşməsinə, inkişafına faydalı məlumatlar orada yerləşdirilir. Digər istiqamətlərdə isə ölkələrin fəaliyyətləri daxili qanunvericiliklə və digər asılı qanunvericiliklərlə birgə təhlil olunmalıdır. Mən bu fəaliyyəti dəstəkləyirəm. Və hesab edirəm ki, Azərbaycanda da uşaqların sosial şəbəkələrdən istifadəsi istiqamətində maariflənmə prosesi aparılmalıdır. Əgər valideyn razıdırsa, övladı sosial şəbəkə istifadəçisi olsun, yaşına uyğun doğru, faydalı məlumatlara çıxış əldə etsin, o zaman düzgün şəxsi məlumatlar əsasında azyaşlının öz hesabı olmalıdır ki, orada sosial şəbəkə məhdudiyyətləri tətbiq edilə bilsin. Əks halda isə mən də tərəfdarı deyiləm ki, azyaşlılar sərbəst şəkildə feyk hesablarla sosial şəbəkələrdən istifadə etsinlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:349
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Fevral 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri