Icma.az
close
up
RU
Azyaşlılar üçün sosial şəbəkə təhlükəsi

Azyaşlılar üçün sosial şəbəkə təhlükəsi

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün sosial şəbəkələr müasir dünyanın ayrılmaz hissəsi hesab olunur. Lakin bu platformaların geniş yayılması xüsusilə azyaşlılar üçün bir sıra təhlükələr yaradır. Valideyn nəzarətinin zəifliyi və hüquqi mexanizmlərin yetərincə tənzimlənməməsi bu riskləri daha da dərinləşdirir.

Sosial şəbəkələr bir yandan azyaşlıların psixoloji sağlamlığına mənfi təsir göstərir. Digər tərəfdən, sosial şəbəkələrdə yayılan zərərli və yaşa uyğun olmayan məlumatlar uşaqların mənəvi inkişafına mənfi təsir edir. Bundan əlavə, sosial şəbəkələrdə həddindən artıq vaxt keçirmək uşaqların dərs fəaliyyətinə və fiziki inkişafına da təsir göstərir. Uzun müddət telefon və ya kompüter qarşısında oturmaq sağlamlıq problemlərinə, o cümlədən görmə zəifliyinə, onurğa problemlərinə və fiziki passivliyə səbəb olur. Eyni zamanda, dərslərə maraq azalır, diqqət dağınıqlığı yaranır.

Mütəxəssilər deyir ki, sosial şəbəkələrdə tanımadıqları şəxslərlə ünsiyyət, şəxsi məlumatların paylaşılması və müxtəlif fırıldaq halları uşaqlar üçün real təhlükə yaradır. Onlar təhlükəni düzgün qiymətləndirmək bacarığına malik olmadıqları üçün daha tez aldana bilirlər. Bütün bunları nəzərə alaraq demək olar ki, azyaşlıların sosial şəbəkələrdə nəzarətsiz və uzun müddət vaxt keçirməsi yolverilməzdir.

Hazırda bir çox dünya ölkələrində uşaqların sosial şəbəkədən istifadəsinə məhdudiyyətlər və ya tam qadağalar tətbiq edilir.

Bu günlərdə Avstraliya və Fransada da uşaqların sosial şəbəkə istifadəsini qadağan edilir. Bununla bağlı artıq aşağı palata qanunu birinci oxunuşda qəbul edib. Yaş həddi 15 yaş müəyyən ediləcək. Əlavə olaraq, qanun məktəblərdə telefon istifadəsini də məhdudlaşdıracaq.

Bu kimi məsələlərin tətbiqi Türkiyə ilə paralel olaraq Azərbaycanda da müzakirə edilməyə başlayıb. Ehtimal olunur ki, yaxın müddət ərzində Azərbaycanda da belə bir qanunun qəbulu mümkün ola bilər və 16 yaşa qədər uşaqların sosial şəbəkə istifadəsi qadağan edilə bilər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, azyaşlı istifadəçilərin əhəmiyyətli bir hissəsi kompüter haqqında zəruri məlumata sahib olmadan sosial şəbəkələrə üzv olur. Eyni zamanda azyaşlı istifadəçilərin bir qismi sosial şəbəkələr üzərindən heç tanımadıqları insanlarla ünsiyyətə girir, bir qismi isə həmin insanlarla hətta üz-üzə görüşürlər. Bu da bu səhifələrdə ən xırda təfərrüata qədər öz şəxsi informasiyasını paylaşan azyaşlı istifadəçilərin psixoloji və sosial təhlükələrlə qarşılaşması riskini artırır. Belə ki, bu cür tanışlıqları öz bədnam məqsədləri üçün istifadə etmək istəyən şəxslərin sayı heç də az deyil: "Başqa böyük təhlükə isə sosial şəbəkələrdən bir növ asılı vəziyyətdə olan uşaqların vaxt itkisidir. Belə ki, yeniyətmə və uşaqların sosial şəbəkələrdəki profillərini davamlı təqib etmək istəmələri, "dostum nə paylaşmış, qrupda hansı müzakirə olmuş" marağı ilə sıx-sıx şəbəkədəki səhifələrini ziyarət etmələri uzun vaxt itkisinə səbəb olur".

Təhsil eksperti Elçin Əfəndinin fikrincə, son illər müşahidə olunan bir sıra təhsil problemlərinin kökündə şagird və tələbələrin sosial platformalardan və rəqəmsal mühitdən düzgün istifadə etməməsi dayanır. Bu platformalar bəzən onların etik davranışlarına, mənəvi dəyərlərinə və ümumi dünyagörüşlərinə mənfi təsir göstərir. Müasir dövrdə texnologiya adi məişət aləti kimidir: onu necə və hansı məqsədlə istifadə etməyimiz nəticəni müəyyən edir. Lakin nəzarətsiz və məqsədsiz şəkildə rəqəmsal vasitələrdən istifadə edən gənclər zamanla təhsil göstəricilərində, ünsiyyət mədəniyyətində və sosial davranışlarında geriləmələrlə üzləşirlər. Bu təhlükənin qarşısının alınması üçün sistemli və məsuliyyətli yanaşma zəruridir. Şagirdlərin təhsil aldıqları mühitdə müvafiq nəzarət mexanizmləri gücləndirilməli, rəqəmsal savadlılıq və etik davranış mövzuları təlim-tərbiyə prosesinin ayrılmaz hissəsinə çevrilməlidir.

Millət vəkili Hicran Hüseynova hesab edir ki, sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu dövrdə, uşaqların psixoloji sağlamlığı üçün nəzarətsiz istifadənin qarşısının alınması vacibdir: "Hazırda müxtəlif  informasiya resurslarından, o cümlədən, sosial şəbəkələrdən istifadə edirik. Bu, günümüzün reallığıdır. Lakin internetin, müasir texnologiyaların müsbət cəhətləri ilə yanaşı, insanların davranışlarına, düşüncəsinə, xüsusi ilə, uşaqların sosial inkişafına ziyan vuran bəzi mənfi məqamları da var. Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar, internetdə və mətbuatda yayımlanan bəzi video və filmlər, televiziya verilişləri yeniyetmələrin düşüncəsinə, dünyagörüşünə mənfi təsir edir. Belə hallar yeniyetmələri təhsildən yayındırır, onları başqa zərərli vərdişlərə aludə edir. Bir çox hallarda aqressiv davranmalarına və nəticə etibarilə qanunazidd hərəkətlərə yol vermələrinə səbəb olur".

H.Hüseynova bildirib ki, uşaqların sosial şəbəkəyə girişinə nəzarət vacibdir: "Həm ailə, həm məktəb, həm də cəmiyyət olaraq  birgə fəaliyyət  aparılmalıdır. Uşaqları daha zərərsiz və təhlükəsiz vərdişlərə, oyunlara, məşğuliyyətlərə yönəltmək lazımdır. Valideynlər övladlarına qarşı daha həssas və diqqətli olmalıdırlar. Onların gündəlik həyat tərzi, düşüncələri, hadisələrə yanaşmaları ilə bağlı söhbətlər aparmalıdırlar".

İKT üzrə ekspert Elvin Abbasovun sözlərinə görə uşaqları sosial şəbəkələrdəki uyğunsuz məzmunlardan qorumaq üçün ən effektiv texnoloji üsul cihaz və şəbəkə səviyyəsində tətbiq edilən valideyn nəzarəti sistemləridir. "Apple"ın "Screen Time" və "Google"un "Family Link" tətbiqləri vasitəsilə uşaqların hansı proqramları yükləyə biləcəyinə yaş həddi qoymaq, uyğunsuz saytları filtrdən keçirmək və axtarış sistemlərində "SafeSearch" rejimini məcburi etmək mümkündür. Daha köklü qorunma üçün isə evdəki Wi-Fi router (istiqamətləndirici) səviyyəsində DNS filtrləmə tətbiq edilə bilər; bu texnologiya evdəki bütün cihazların zərərli və ya yaşa uyğun olmayan veb-resurslara girişini şəbəkə səviyyəsində bloklayır. Digər bir texnoloji yol isə süni intellekt əsaslı monitorinq və analiz tətbiqlərindən istifadə etməkdir. "Bark" və ya "Qustodio" kimi proqramlar uşağın yazışmalarını və qarşısına çıxan videoları real vaxt rejimində analiz edərək zorakılıq, kiberbulinq və ya digər riskli məzmunlar aşkar etdikdə dərhal valideynə xəbərdarlıq göndərir. Bundan əlavə, sosial şəbəkələrin öz daxilində təklif etdiyi "Məhdud Rejim" (Restricted Mode) və "Ailə Mərkəzi" funksiyalarını aktivləşdirmək uşağın alqoritmik olaraq təhlükəli kontentlərlə qarşılaşma ehtimalını minimuma endirir. Lakin unutmaq olmaz ki, texnoloji vasitələr yalnız düzgün tənzimləndikdə və mütəmadi nəzarət edildikdə tam effektiv olur".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Fevral 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see278

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see274

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see273

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see267

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see263

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see256

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see256

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see252

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see241

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see238

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see227

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see224

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see220

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see220

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see218

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see207

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see207

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see207

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see204

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri