Azyaşlıların porno videolarını satanlar həbs olundu Kiberpolis əməliyyat keçirdi
Icma.az, Bakupost saytına istinadən bildirir.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları teleqramın anonim kanallarında azyaşlılara məxsus pornoqrafik məzmunlu videomaterialların yayılması və onlayn yolla satılması hallarına qarşı əməliyyatlar keçirib.
Bakupost.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin məlumatına görə, tədbir zamanı həmin kanalların adminləri – şərti adları Arif Muradov və Fərid Süleymanov kiberpolis tərəfindən saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılanlar Teleqramda kanallar yaradaraq, həmin profillərdə azyaşlıların iştirakı ilə çəkilmiş videomaterialların paylaşılmasını və onlayn satışını həyata keçiriblər.
Saxlanılan şəxslər pornoqrafik videoları satarkən müxtəlif insanların adına olan bank kartlarından istifadə ediblər. Onlar kartlarda toplanan pul vəsaitlərini sonradan nağdlaşdırıblar. Aşkar olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bir daha sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılıb ki, azyaşlıların iştirakı ilə qeydə alınan və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətləri özündə əks etdirən videogörüntülərin yayımı və satışı cinayət məsuliyyəti yaradır.
Bu məzmunlu videoların yayımı və satışına qarşı əməliyyat-texniki tədbirlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 13 Noyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















