Icma.az
close
up
RU
İcra hakimiyyəti sistemini birdəfəlik ləğv etmək lazımdır Natiq Cəfərli

İcra hakimiyyəti sistemini birdəfəlik ləğv etmək lazımdır Natiq Cəfərli

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Onlarla icra başçısının həbs olunması, işdən azad edilməsi və ya vəzifədən kənarlaşdırılması bu qurumlarda müsbət dəyişiklik yaratmayıb

Son illərdə icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı narazılıqlar getdikcə artmaqdadır. Vətəndaşlar problemlərinin vaxtında həll olunmamasından, şəffaflığın təmin edilməməsindən və idarəetmədəki səmərəsizlikdən şikayətçidirlər. Prezident İlham Əliyevin sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovun vəzifəsindən azad edilməsi də ölkədə icra hakimiyyətlərinin institut olaraq artıq effektivliyini itirdiyini göstərən bariz nümunədir. 

Məlumat üçün bildirək ki, Elxan Oqtay oğlu İbrahimov bu ilin noyabrın 12-si Prezidentin sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. 43 yaşlı E.İbrahimov Nəsimi rayonundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı idi.

ReAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında bildirib ki, icra hakimiyyətlərinin uğursuzluğu artıq sistemin özündən qaynaqlanır və onların ləğvi ilə yerli idarəetmə səlahiyyətlərinin bələdiyyələrə verilməsi zəruridir:

“Mən sözügedən başçının bu qədər qısa müddətdə vəzifəsindən azad edilməsinin dəqiq səbəblərini bilmirəm, çünki hələlik bu barədə ictimaiyyətə rəsmi açıqlama verilməyib. Yəqin ki, dövlət orqanlarının bu qərarda haqlı əsasları vardır. Lakin bu hadisə bir daha göstərir ki, icra hakimiyyəti idarəetmə institutu artıq öz miladını doldurub və bu sistemi birdəfəlik ləğv etmək lazımdır. Mümkün deyil ki, icra hakimiyyətlərində yaşanan sistematik problemlər yalnız konkret şəxslərin səhvlərindən və ya nöqsanlarından qaynaqlansın. Onlarla icra başçısının həbs olunması, işdən azad edilməsi və ya vəzifədən kənarlaşdırılması bu qurumlarda müsbət dəyişiklik yaratmayıb. Bu isə göstərir ki, məsələ daha çox institutsional strukturlardan, idarəetmə mexanizmlərindən və şəffaflıq çatışmazlıqlarından irəli gəlir.

Göründüyü kimi problemi yalnız fərdlər üzərindən həll etməyə çalışmaq qeyri-effektivdir. Bu baxımdan, icra hakimiyyətlərinin ləğvi və onların səlahiyyətlərinin seçilmiş orqanlara, yəni bələdiyyələrə verilməsi zəruridir. Bələdiyyələrin səlahiyyətlərinin artırılması, vətəndaşların birbaşa seçdiyi yerli nümayəndələr vasitəsilə yerli məsələlərdə qərarvermə prosesinə cəlb olunması, həm şəffaflığı artırar, həm də yerli problemlərin operativ həllinə imkan verər.

İctimaiyyət bu dəyişiklikləri uzun müddət gözləyir, çünki effektiv və vətəndaş mərkəzli idarəetmə yalnız institutsional dəyişikliklərlə mümkündür. İcra hakimiyyətlərinin uzun illərdir davam edən yetərsiz fəaliyyəti göstərir ki, fərdi yanaşmalarla nəticə əldə etmək qeyri-mümkündür və sistemin köklü islahatlara ehtiyacı vardır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Dekabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri