Icma.az
close
up
RU
B vitaminlər qrupu: Nə ilə yaxşı mənimsənilir, nə zaman qəbul edilməlidir?

B vitaminlər qrupu: Nə ilə yaxşı mənimsənilir, nə zaman qəbul edilməlidir?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"B" vitaminlər qrupu maddələr mübadiləsi və sinir sisteminə vacibdir, lakin onların faydalı olması üçün düzgün qəbul qaydalarına əməl etmək lazımdır.

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı endokrinoloq Nataliya Şvedova bəyan edib.

Onun sözlərinə görə, "B3" vitamini (niasin) yemək zamanı və ya dərhal sonra qəbul edildikdə daha yaxşı mənimsənilir, həmçinin ürəkbulanma və dəridə qızartı kimi yan təsirləri azaldır.

"Bu vitaminin günün birinci yarısında qəbul olunması məsləhətdir, çünki axşam qəbul yuxu pozuntusuna səbəb ola bilər. Niasinin mənimsənilməsi üçün orqanizmdə kifayət qədər maqnezium olmalıdır. Maqnezium mənbələri: qoz-fındıq, toxumlar və yarpaqlı göyərtilərdir. Alkoqol və bəzi dərmanlar (xüsusilə antikoaqulyantlar və xolesterin əleyhinə preparatlar) ilə birlikdə qəbul edildikdə, niasinin yan təsirləri arta bilər", - deyə o bildirib.

Həkim bildirib ki, "B5" vitamini də yeməklə birlikdə və günün birinci yarısında qəbul olunmalıdır.

"Maqnezium onun aktiv formaya çevrilməsinə kömək edir. Bu vitaminin mübadiləsi üçün sistein amin turşusu da vacibdir (toyuq əti, brokkoli, sarımsaqda olur). Bəzi maddələr, məsələn, tetrasiklin qrupundan olan antibiotiklər, "B5"in mənimsənilməsinə mane olur - bu halda 2-3 saatlıq fasilə vermək lazımdır. Kofein çoxluğu (gündə 400 mq-dan artıq) "B5" səviyyəsini azalda bilər.

Ekspert hər iki vitaminin protein, taxıl, tərəvəz və qoz-fındıqla zəngin balanslı qidalanma fonunda daha yaxşı sorulduğunu qeyd edib.

"Onlar "B1", "B2" və "B6" ilə birlikdə qəbul edildikdə effektlidir. Amma "B3", "B5" və "B7" (biotin) vitaminlərinin yüksək dozada eyni anda qəbulu aralarında rəqabətə səbəb ola bilər. Həmçinin kalsium və dəmirin yüksək miqdarı maqnezium və sinkin mənimsənilməsini azalda bilər".

Endokrinoloq bildirib ki, ən yaxşı nəticə üçün vitaminləri sabit və yumşaq formalarda qəbul etmək tövsiyə olunur (məsələn, B3 - nikotinamid, B5 - kalsium pantotenat).

"Xroniki xəstəlik və ya dərman qəbulu varsa, mütləq həkimlə məsləhətləşmək lazımdır", - deyə o sözlərini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Aprel 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri