Icma.az
close
up
RU
“B2B GROUP” il ərzində ƏƏSMN dən 12 milyonluq tender udub ARAŞDIRMA

“B2B GROUP” il ərzində ƏƏSMN dən 12 milyonluq tender udub ARAŞDIRMA

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Dövlət qurumlarının öz ehtiyaclarını qarşılamaq, lazım olan avadanlıq və digər məhsulları almaq üçün tender keçirməsi qanunun tələbidir. Tribunainfo.az xəbər verir ki, bu tenderlərin bəzilərində ortaya çıxan mənzərə isə sanki hanısas şirkətlərin məhz bir dövlət qurumunun tenderlərini udmaq üçün yardıldığı təsəvvürü yaradır.
Qeyd edək ki, son bir ildə ən çox tender udan şirkətlərdən biri də “B2B GROUP” MMC-dir. 2024-cü il ərazində 31 tenderə qatılan və qalib olan şirkət, 13 milyon 284 min 525 manatlıq satınalma müqaviləsi imzalayıb.
Məsələnin maraqlı tərəfi odur ki, həmin 31 tenderdən 11-i yalnız bir nazirliyin keçirdiyi müsabiqələrdən ibarət olub.
Tribuunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırmalar zamanı məlum olub ki, “B2B GROUP” MMC ümumi tenderlərin 1/3-i məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi müsabiqələrdən ibarət olub.
Məsələn, ƏƏSMN-in tabeliyində olan DOST Mərkəzi ilə sözügedən şirkət arasında ötən il ərzində 4 tender keçirilib. Bu satınalma müqavilələrinin ən kiçik rəqmlisi 294 min manat təşkil edib. Ümumilikdə isə DOST-la , “B2B GROUP” MMC arasında 4 milyon 735 min 553 manat alış-veriş olub. Bu isə ümumi tenderlər üzrə olan məbləğin 30 faizinə bərabərdir.
Lakin açıq mənbələrdə yayılan daha bir məlumat var ki, həmin satınalma məsələsi rəsmi tender saytında qeydə alınmayıb. Söhbət ötən ilin fevralında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) ilə “B2B Group” MMC arasında 5 milyon 389 min 546 manat təşkil edən Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzi və Sumqayıt DOST Mərkəzində istifadə olunacaq İT və yardımçı avadanlıqların satın alınmasından gedir. Hərçənd bu məlumatın rəsmi tender saytında olmaması təəccüblüdür. Bu rəqəmi də ümumi tenderlərə şamil etsək, o zaman tender sayının 33 olduğu, ümumi məbləğin isə 18 milyon 600 manat trəşkil etdiyi aydınlaşacaq.
Belə olan təqdirdə, “B2B GROUP” MMC-nin təkcə DOST-la bir ildə 6 satınalma müqaviləsi imzlayıb ki, onun da ümumi dəyəri 10 milyon manata bərabərdir. Bu isə keçirilən ümumi tenderlərin 18 faizi, ümimi məbləğin isə 56 faizi deməkdir.
Amma “B2B GROUP” MMC ƏƏSMN-in başqa qurumları, eləcə də nazirliyin birbaşa özü ilə də satınalma müqavilələri imzalayıb. Məsələn, ƏƏSMN-in tabeliyində olan Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyi ilə şirkət arasında iki anlaşma əldə olunub. Ki, bu da 2 milyon 68 min 82 manat təşkil edib.
ƏƏSMN-in bir başqa qurumu olan Sosial Xidmət Agentliyi də sözügedən şirkətlə iki satınalma müqaviləsi imzalayıb. Bunun üçün nazirliyin qurumu MMC-yə 334 min manat pul ödəyib.
Tribuunainfo.az bildirir ki, ƏƏSMN-in tabeliyindəki Dövlət Əmək Müfəttişliyi də “B2B GROUP”la müqaavilə bağlayıb. Bunun müqabilində isə 81 min 724 manat pul alıb. Analoji hal Dövlət Sosial Müdafiə Fondu ilə də yaşanıb. Lisenziyaların və sertifikatların satın alınması işlərinə görə, “B2B GROUP” MMC ilə 479 min 898 manatlıq razılaşma əldə olunub.
Yekun olaraq bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də “B2B GROUP” MMC-dən maşın və avadanlıqlar satın alıb və bunun müqabilində 47 min 277 manat ödəyib.
Maraqlı məqamlardan biri də odur ki, bu ilin əvvəlindən martın 15-nə kimi “B2B GROUP” MMC ƏƏSMN-in keçirdiyi daha 3 tenderin qalibi olub. Onlardan ikisi DOST Mərkəzinə aid olub və ümumi dəyəri 670 min manat təşkil edib. Digəri isə Dövlət Məşğulluq Agentliyinin keçirdiyi tenderdir ki, onun üçün də sözügedən şirkət 399 min 471 manat pul alıb.
Bu müsabiqə və tenderlərin təhlilindən belə başa düşülür ki, “B2B GROUP” MMC-nin il ərzində udduğu 18 milyon 600 min manatlıq tenderlərin 70 faizi (12 milyon 813 min manat) məhz bir nazirliyə məxsus olub. Maraqlıdır, həmin tenderlərin hamısı ən bahalı olanlardır. Halbuki digər dövlət qurumları ilə (MN-i çıxmaq şərti ilə) bir dənə də olsun milyonluq tender satınalmasına dair müqavilə bağlamayıb. Və ya həmin tenderləri uda bilməyib. Elə bunun özü kifayət qədər şübhələrə yol açır.
B2B GROUP MMC-nin Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Qəzənfər Musabəyov (Rəsulzadə qəsəbəsi), ev 91 ünvanında yerləşir. Lakin şirkətin oturduğu faktiki ofis isə Nərimanov r-nu, Əhmədbəy Ağaoğlu küç, 45 ünvanındadır. MMC-nin qanuni təmsilçisi isə Bəşirov Ramal Bəşir oğludur.
Mediada gedən məlumatlara görə, Ramal Bəşirov əvvəllər 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş mərhum Fazil Məmmədova məxsus olduğu iddia edilən “Caspel” şirkətində çalışıb. Həmçinin “B2B Group” MMC-nin də sahibinin keçmiş məmur olduğu bildirilir. İddialara görə, şirkətin sahibi 2015-ci ildə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Səbail Rayon İdarəsinin keçmiş rəisi, daha sonra isə nazir müavini vəzifəsində çalışmış general-mayor Elçin Əliyevdir. Elçin Əliyev də “MTN işi” çərçivəsində tutduğu vəzifədən azad edilib. Lakin “B2B Group” MMC-dən bu barədə mediaya verilən açıqlamada şirkətin Elçin Əliyevə məxsus olduğu barədə məlumat təkzib edilib.
Yazıda adı keçən dövlət qurumları və sözügedən şirkətin mövqeyini də dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 17 Mart 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri