Icma.az
close
up
RU
Baba Vəziroğlu OD PÜSKÜRDÜ: Nə gündəsiniz?

Baba Vəziroğlu OD PÜSKÜRDÜ: Nə gündəsiniz?

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Televiziya bizi göstərir, Aydan, Marsdan gələnləri yox” – Baba Vəziroğludan cəmiyyətə sərt mesaj

Bakıvaxtı.az xəbər verir ki, musavat.com-un əməkdaşı tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə söhbətləşib.

Müsahibəni təqdim edirik:

– Sosial mediada Kəmalə Günəşlinin rayonlardan birində səhnədə çıxış etməsi ilə bağlı paylaşımınızı gördüm. Paylaşımda “Yazıq millət, nə gündəsən” şərhini yazmısınız. Bəs sizcə, millət niyə bu günə gəlib çıxıb?

– Siz deyirsiniz ki, oxuyan Kəmalə Günəşlidir... Mən də elə düşündüm ki, odur. Amma hədəfim o deyil. Mənim hədəfim oraya yığışan minlərlə insan və onu həmin tədbirə dəvət edənlərdir. Hansısa rayonda açılış olur, onu dəvət edirlər, millət də yığışıb ora. Mənim sualım millətədir ki, nə gündəsiniz? Görün, millət hara gəlib çıxıb! Sən axı Şövkət Ələkbərovanın, Rəşid Behbudovun, Üzeyir bəyin xalqısan, millətisən. Sən niyə indi gəlib belələrinin xalqı oldun? Təsəvvür edin, necə böyük bir həvəslə bu cür ifaçıları qəbul edirlər. Necə bir coşqu ilə, hay-həşirlə, nə bilim, anşlaqla...Bəs bu millət niyə belə bir günə düşüb? Çünki təhsil sistemi onu tamamilə məhv edib. Bu gün sosial şəbəkələrə girin, görün. Adi, cəmi dörd hərfdən ibarət sözü belə düzgün yaza bilməyən bir cəmiyyət formalaşıb. Bunlar, yəni, birinci sinif şagirdi qədər savadı, təhsili olmayan insanlardır. Təbii ki, onların zövqü də bu cür ifaçılar olacaq. İstəyirsən TikTok-da normal bir şey paylaşasan, gəlib qabağa bunlar çıxır. O biriləri də bahalı maşınlardan düşürlər, toy qiymətlərini qaldırıblar hara...Bu məsələdə televiziyaları qınayırıq. Televiziyalar bizim güzgümüzdür. Televiziyalar Aydan, Marsdan gələnləri göstərmir, bizi göstərir. Bu da bizik. Ona görə televiziyada pis bir şey görəndə dönüb özünə bax: sən nə gündəsən ki, televiziya səni belə göstərir? İnsan ilk növbədə özündən başlamalı, özünü düzəltməlidir. Sən düz olandan sonra televiziya səni necə əyri göstərə bilər?

– Bir müddət əvvəl Alim Qasımovun Baləli ilə birlikdə meyxana oxumasını təklif etməyiniz də geniş müzakirələrə səbəb oldu. Halbuki vaxtilə meyxananı qumar və mənfi vərdişlərlə müqayisə etdiyiniz fikirləriniz də vardı. Mövqeyiniz dəyişib, yoxsa Baləlinin yaradıcılığında fərqli məqam görürsünüz?

– Onu da çox tərs yozdular. Ancaq başlığı oxuyurlar ki, “Baba Vəziroğlu deyir ki, Alim Baləli ilə də bir duet oxusun”. Amma heç kim yazını oxumur ki, görsün, mən orada nə demişəm... Sosial şəbəkələrin bədbəxtliyi, bizim savadsızlığımız da elə budur: başlığı oxuyurlar, mətni isə oxumurlar. Mən 100 dəfə demişəm: ay balam, Alim Qasımov da bizimkidir, Baləli də, Üzeyir Mehdizadə də bizimkidir. Bu bizik, bizim cəmiyyətimizdir. Sən necə deyə bilərsən ki, Üzeyir Hacıbəyov bizimdir, Üzeyir Mehdizadə bizim deyil? Elə deyil axı. Bu xalqın Alimi də, Baləlisi də var...Üzeyirlə duet oxumaq üçün isə gərək əvvəlcə Alim olasan. Alim Qasımov artıq hər şeyin haqqını qazanıb. O, muğamda eksperimentlər ustasıdır. Əgər eksperiment etməsəydi, muğam oxuyanda eyni notlar, eyni çərçivə olardı, seçilməzdi, Alim olmazdı. Alim Qasımov muğama özünəməxsus zəngulələr qatdı, eksperimentlər, variasiyalar, improvizasiyalar etdi və gəlib Alim oldu. Bir daha təkrarlayıram: bir gün Alim Qasımov Baləli ilə duet oxusa, mən bunu alqışlayaram. Tutaq ki, Alim haradadır, Baləli haradadır... Amma hər ikisinin materialı sözdür və musiqidir. Ola bilsin ki, onların dueti çox maraqlı bir nəticə ortaya çıxarsın. Mən də məhz buna görə belə demişdim. O ki qaldı meyxanaya, konkret olaraq Baləlinin adını həmişə çəkirəm. Çünki o, bir koloritdir. Özü səhnə üçün maraqlı tipajdır. Coşğusu var, ritm duyğusu, musiqi duyumu çox güclüdür. Həm də bədahətən, yerindəcə çox hazırcavabdır. Mən həmişə Baləlini bu xüsusiyyətlərinə görə qeyd etmişəm. Meyxana da folklordur. Bunu da dana bilmərik. Necə ki, aşıq musiqisini, muğamı folklorumuz hesab edirik, meyxana da bizim folklorumuzdur. Üzeyir Mehdizadəni nə edək, gedib başqa millətə çıxaraq ki, bu bizim deyil? Bu bizimkidir. Bizim gözəl, cənub zonasından olan, mərifətli, qanacaqlı, gecə-gündüz özünü musiqiyə həsr edən, araşdırmalar aparan bir gəncdir. Nə bilirsiniz ki, onun gələcəyi necə olacaq? Hətta bildiyim qədərilə, bir çox ölkələrdə, Mərkəzi Asiyada, Türkiyədə və başqa yerlərdə onu ayaqüstə qarşılayırlar, on minlərlə dinləyici qarşısında çıxış edir. Bizimkidir də, bundan niyə fəxr etməyək?

– Bu günlərdə Elza Seyidcahanın şeirinin Kərkükdə “Kərkük” qəzetində çap olunması diqqət çəkdi. Bəs sizin şeirləriniz Kərkükə qədər gedib çıxıbmı?

– Bu heç bir göstərici deyil. Mənim kitablarım İranda, Türkiyədə, Avropada çap olunub. İndi mən özüm deyim ki, dünya şöhrətli şairəm? Kitabdır da, çıxıb. Bir qrup insanın xoşuna gəlib, bəlkə də pul qazanmaq üçün deyiblər ki, “Şeirlərini göndər, burada çap edək”. Hə, nə olsun ki? Sən bununla dünya populyarlığı qazanmısan? Tutaq ki, mənim Amerikada jurnalda işləyən dostum var. Xahiş edir ki, mənə bir-iki şeir göndər, jurnalda çap edim. Mən də göndərirəm. Nə oldu, mənim nəyim dəyişdi? Amerika şairi oldum? Yaxud dünya şöhrətli, dünya çapında şairə çevrildim? Mənim üçün əsas olan Azərbaycanda tanınmaq və sevilməkdir. Mən həmişə bunun tərəfdarı olmuşam: insan ilk növbədə öz vətənində, öz yurdunda, öz məmləkətində tanınmalı və sevilməlidir. Mən fəxr edirəm ki, Azərbaycanda tanınıram, sevilirəm və rəğbətlə qarşılanıram. Mənim üçün ən böyük göstərici də elə budur.

– Kino İttifaqında bir müddət əvvəl yaşanan gərginlikdən sonra vəziyyət hazırda necədir? Problemlər həqiqətən aradan qalxıb, yoxsa səssiz şəkildə davam edən narazılıqlar var?

– Gərginlik artıq keçib. Məşhur bir söz var: “Külək idi, əsdi, keçdi”. İndi bizdə də elə oldu. Dövlət, qeyri-dövlət qurumlarında baş verən, nə bilim, o kiçik intriqa, bir stəkan suda qopan fırtına artıq arxada qalıb. Ötdü-keçdi. Şükür Allaha, bizim konfransımız da baş tutdu. Həm yetərsayımız oldu, həm də İdarə Heyətinin qərarı ilə yeganə, vahid namizədimiz Şəfiqə xanım sədr oldu. Deməyim ki, yekdilliklə seçildi. Təbii ki, etiraz edənlər də öz baxışlarında haqlı idilər. Onların da fikri fərqli idi, olsun. Bu, normaldır. Amma nəticədə kino xadimlərinin böyük əksəriyyəti Şəfiqə xanımı vahid namizəd kimi gördü və ona səs verdi. Artıq bütün sənədlər qaydasındadır, İttifaqda hər şey öz yerindədir. Qarşıda həll olunası məsələlər var və inşallah, onları da yavaş-yavaş yoluna qoyacağıq. Yəni artıq o çay öz məcrasına qayıdıb. Sel-sular çəkilib gedib, hər şey öz axarına düşüb.

– Bir müddət əvvəl Şeyx Əbdüllə aranızda ciddi fikir ayrılığı yaşanmışdı. Hazırda münasibətləriniz hansı vəziyyətdədir? Şeyx Əbdül səhhətində ciddi problemlər olduğunu, müalicəyə ehtiyac duyduğunu və maddi çətinlik çəkdiyini bildirir. Bu barədə məlumatınız varmı, onun vəziyyəti ilə maraqlanmısınızmı? Kino İttifaqının ona hər hansı formada dəstək göstərməsi gündəmdə ola bilərmi?

– Nə deyim, vallah? Allah kömək olsun. Mən nə deyə bilərəm ki? Biz onunla tonlarla çörək kəsmişik, gecə-gündüz bir yerdə olmuşuq. İndi arada bizim arxamızca, rəhmətlik Rasim Balayevlə mənim əleyhimə ifadələr işlədib. Mən isə hələ bir dəfə də ona cavab verməmişəm. Çünki hər dəfə nəsə demək istəyəndə, kəsdiyimiz o çörək gəlib gözümün qabağında dayanıb. Ona görə də deyirəm: Allah şəfa versin. Allahın salamını veririk, salamını da alırıq. Bir iclasda iştirak edirik, konfransda iştirak edirik. Həyat davam edir. Kino İttifaqının da, vallah, elə böyük imkanları yoxdur. Mən bilən, 1000-2000 manat Prezident təqaüdü alır, yaşa görə pensiyası da var. Heydər Əliyev Fondu çox sağ olsun, ona dəstək olub və mənə elə gəlir ki, bundan sonra da olacaq. Biz də əlimizdən nə gəlirsə, onu edəcəyik. Bir daha təkrar edirəm: Kino İttifaqının maddi vəziyyəti elə də geniş deyil. Əlimizdə olan kiçik imkanlardan, hətta bəzən heç olmayan imkanlardan belə istifadə edib Şeyxə kömək etməyə çalışacağıq. Mən istəyirəm ki, o əvvəlki Şeyxi yenidən sıralarımızda görək – cavan, qamətli, aktiv, o özünəməxsus enerjisi ilə. O qaynar, civə kimi yerində dayanmayan, ona-buna söz atan, sözünü əsirgəməyən Şeyxi yenidən görmək istəyirəm. Bu, mənim arzumdur. Bir daha deyirəm, Allah ona can sağlığı versin. Bizim edə biləcəyimiz nə varsa, əlimizdən gələni edəcəyik. Həm Şəfiqə xanım, həm mən, həm də bütövlükdə kollektiv olaraq onun yanındayıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Sentyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see158

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Ən bahalı Ayfonlarda bu qüsur AŞKARLANDI

28 Sentyabr 2026 23:20see146

İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

29 Sentyabr 2026 01:23see145

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu YENİLƏNİB

29 Sentyabr 2026 01:05see145

Harvardda proqram keçib, 4 dil bilir Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası

28 Sentyabr 2026 21:08see142

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Yığmaya rəhbərlik edən məşqçilər arasında ən zəif nəticələrdən biri

29 Sentyabr 2026 00:20see142

İrandan nüvə proqramı ilə bağlı gözlənilməz addım: Tehran razılaşdı

28 Sentyabr 2026 22:53see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri