Icma.az
close
up
RU
Babamın papağı, nənəmin kəlağayısı kitabı

Babamın papağı, nənəmin kəlağayısı kitabı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda milli mənəvi dəyərlərimizdən bəhs edən, "Elm və təhsil" nəşriyyatında yenicə işıq üzü görmüş "Babamın papağı, nənəmin kəlağayısı" kitabının təqdimatı və milli üslubda qədimi, həm də  müasir baş geyimləri və örtüklərinin sərgisi keçirildi.

Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı tədbir iştirakçılarını salamladı, milli mənəvi dəyərlərimizən bəhs edən kitabın bu günkü gənclər və gələcək nəsillər üçün önəmli olduğunu vurğuladı.

Vətənimizin bütövlüyü, azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükutla anıldı. Azərbaycan himni səsləndirildi.

Söz kitabın redaktoru araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist Vaqif Osmanlıya verildi. O bildirdi ki, mili ruh hər bir xalqın milli simasıdı. Milli simasını, milli kimlyini qoruya bilməyən xalq  yaşaya bilməz. Milli kimliyi yaşadan da xalqın milli mənəvi dəyərləridir. Mirvarid Dilbazi Poeziya Məclisi yarandığı gündən məhz milli dəyərlərimizin keşiyindədir. Azərbaycan xanımların gözəllik, yaraşıq, abır-həya, ismət rəmzi kəlağayının ölkədə və ölkəmizdən kənarda tanıdılmasında, təbliğində İctimai Birliyin sədri, şairə, publisist Güllü Eldar Tomarlının xidmətləri danılmazdır. Artıq onun dəstəyi ilə yeni ədəbi janr - kələğayı ədəbiyyatı yaranmışdır.  Artıq papağın da təbliğinə başlamaq vaxtıdır. Bu məqsədlə çap olunan "Babamın papağı, nənəmin kəlağayısı" kitabında toplanan Türk kişisinin namus, qeyrət, qəhrəmanlıq rəmzi papağa və kəlağayıya aid ədəbi, tarixi yazılar gənc nəslin milli ruhda tərbiyəsində önəmli yer tutacaq.

Sonra neftçi  Turan İbrahimov, Əməkdar Mədəniyyət işçisi Solmaz Kosayeva, Əməkdar jurnalist Şəmsiyyə Kərimova, qurama ustası Aybəniz Camalova, şairlərdən - Sazlı, sözlü Borçalı Cəmiyyətinin sədri  Sədi Yaradanqulu, Brilyant Atəş, Güləmail Murad, Tofiq Həsrət, Sevda Səfərli, Könül İbrahimsoy, Səriyyə Dumanlı,  Zakir Ağdamlı, Afət Ömür İsmayıl, Mayil  Məmmədli, QHT rəhbərləri Dünya Əliyeva, Mehriban Abdullayeva, Hicran Həsənova, ziyalılarımızdan Rasim İmanov, Əli Nəsib Zərdabi, Sayalı Dadaşova milli dəyərlərimizdən, folklorumuzdan söhbət açdılar, şeirlər söylədilər.

Tədbirdə şəhid ailələri, kitabda imzası olan şair və yazıçılar, KİV nümayəndələri, QHT rəhbərləri, poeziyasevərlər iştirak etdilər.

Quramaçı Aybəniz Camalova  hazırladığı "Qurama Kəlağayı" kompozisiyasını Kəlağayı Muzeyinə hədiyyə etdi və tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Bu kompozisiya Güllü Eldar Tomarlının illərlə topladığı istifadəyə yararsız kəlağayıların naxışlarını qorumaq məqsədi ilə hazırlanıb.

Sonda  şəhid Zaur İsmayılzadənin anası Sevil xanım Hüseynovanı tədbir iştirakçıları ayaq üstə dinlədi. Şəhidlərimizin yad edilməsi, Azərbaycan himni ilə başlayan möhtəşəm tədbir  iştirakçılarının ifası ilə "Qarabağ" mahnısı ilə tamamlandı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 May 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see256

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see251

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see246

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see245

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see241

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see238

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see228

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see226

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see224

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see214

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see200

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see199

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see199

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see198

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see197

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see192

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see191

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see188

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see186

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri