Icma.az
close
up
RU
Babasilin, qəbizliyin, xərçəngin qarşısını alan ucuz təbii vasitə

Babasilin, qəbizliyin, xərçəngin qarşısını alan ucuz təbii vasitə

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Müasir insanlar qidanın dadına və xarici görünüşünə xüsusi diqqət yetirir. Lakin bir çox dadlı yeməklər insan orqanizmi üçün heç də faydalı deyil.

Əksinə isə "tullantı" kimi qəbul etdiyimiz bəzi məhsullar orqanizm üçün əsl dərmandır.

Yarmalardan (buğa, arpa və s.) un hazırlandıqda yarmalar xüsusi emaldan keçir və bütün "lazım olmayan" qişalardan, rüşeymlərdən və s.-dən təmizlənir. Nəticədə biz sevdiyimiz ağappaq un əldə edirik. Lakin, təəssüf ki, bu un və ondan hazırlanmış dadlı yumşaq çörək və s. məmulatlar artıq kalorilərdən əlavə, bizə, demək olar,  heç nə vermir. Yarmaların bütün faydalı maddələri məhz "lazım olmayan" buğda və s. yarmaların kəpəyində qalır.

Saglamolun.az bildirir ki, kəpək çox faydalı müalicəvi məhsuldur. Qidalı liflərlə zəngin olan kəpək bağırsaqlarımız üçün əsl dərmandır. Bağırsaqlara düşdükdə kəpək burada yığılmış toksinləri, şlakları və s. ziyanlı maddələri özünə "qubka" kimi hopdurur  və çölə çıxardır. Bunun nəticəsində bağırsaqlar yaxşı təmizlənir.

Kəpək bağırsaqların mikroflorasını yaxşılaşdırmaq və bərpa etmək xüsusiyyətinə  malikdir. Disbakteriozdan əziyyət çəkənlar istənilən duru qidalara (sup, sıyıq) və tərəvəz salatlarına 1-2 çay qaşığı kəpək əlavə edə bilərlər. Bu disbakteriozun müalicəsində çox yaxşı kömək edəcək.

Ümumiyyətlə sağlam insanlar da buğda kəpəyinin müalicəvi və profilaktik xüsusyyətlərindən istifadə edə bilərlər.

Kəpək qəbizliklə mübarizədə ən yaxşı təbii vasitələrdən biri sayılır. Kəpək bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Qəbizlikdən əziyyət çəkən insanlar üçün təbii müalicəvi vasitənin resepti - 1 stəkan qatığa 1 xörək qaşığı kəpək əlavə edin, qarışdırın və qəbul edin.

Bir çox hallarda qəbizlikdən əziyyət çəkən insanlarda babasil inkişaf edir. Bu səbəbdən bağırsaqların vəziyyətini yaxşılaşdıran kəpək həmçinin babasilin profilaktikasında da kömək edir.

Xroniki qəbizlikdən əziyyət çəkən insanlarda düz bağırsağın xərçəng xəstəliyinin riski artmış olur. Düz bağırsaqda yığılan və tərkibində toksinlər və s. ziyanlı maddələr olan nəcis kütlələri vaxtında orqanizmdən çölə çıxmadıqda bağırsağın selikli qişasından geri sovrulur. Bu isə düz bağırsaq xərçənginin riskini artırır.

Kəpək ürək-damar sistemi üçün də çox faydalıdır - orqanizmdə pis xolesterinin səviyyəsini aşağı salır.

Buğda kəpəyinin daim qəbulu dərinin, saçların, dırnaqların vəziyyətini yaxşılaşdırır, sinir və immun sisteminə müsbət təsir edir.

Gün ərzində 2-3 xörək qaşığı buğda kəpəyini qəbul etmək olar.

Buğda kəpəyinı iri supermarketlərdə tapmaq olar.

Nəzərə almaq lazımdır ki, buğda kəpəyi bəzi mədə-bağırsaq sistemi xəstəliklər zamanı ziyan vura bilər. Bu xəstəliklər arasında - mədə və 12 barmaq bağırsağı xorası, xoralı kolit və s.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri