Babək Ələkbərov ən gənc general leytenant OLDU
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prezidentin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin 3 general-mayoruna “general-leytenant” ali hərbi rütbəsi verilib.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, rütbəsi yüksəldilən zabitlər arasında 1987-ci il təvəllüdlü Babək Mürsəl oğlu Ələkbərov xüsusi diqqət çəkir.
Belə ki, 2023-cü ildən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı vəzifəsini tutan Vətən Müharibəsi Qəhrəmanı B.Ələkbərov ən gənc yaşda general-leytenant olan zabit kimi önə çıxır. Belə ki, ölkəmizdə daha əvvəl 39 yaşında bu rütbəyə yüksələn şəxs olmayıb.
Qeyd edək ki, Babək Ələkbərovun 39 yaşı bu ilin dekabrında tamam olacaq.
Xatırladaq ki, B.Ələkbərova 2023-cü ilin avqustunda 35 yaşında “general-mayor” ali hərbi rütbəsi verilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 17 Avqust 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















