Icma.az
close
up
RU
Babək prospektində Group Motors” satış və servis mərkəzi açıldı Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq

Babək prospektində Group Motors” satış və servis mərkəzi açıldı Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq

Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda Subaru, Mitsubishi, Honda, Mazda, Toyota, Ford və BYD markalarının rəsmi təmsilçisi olan “Group Motors” şirkəti Bakıda Babək prospektində yeni satış və servis mərkəzini istifadəyə verib.

Marja.az-ın məlumatına görə, 17 Noyabr 2025-ci il tarixində mərkəzin açılışı tədbiri baş tutub.

Tədbirdə “Group Motors” MMC-nin Marketinq direktoru Aşur Cəbiyev çıxış edərək bildirib ki, çalışdığı Şirkətin əsas məqsədi hər ailəni avtomobillə təmin etməkdir:

“Şirkətimizin missiyasına görə, hər ailənin avtomobili olacaq. “Group Motors” avtomobil mərkəzinin açılması da bu missiyanın bir hissəsidir. Biz Bakı şəhərinin kənarında, Abşeron rayonu ərazisində, Bakı-Sumqayıt şossesi 6-cı kilometr ünvanında fəaliyyət göstəririk. Müştərilərimizə daha yaxın olmaq üçün Babək prospekti 33 ünvanında yeni mərkəzimiz fəaliyyətə başlayır. Bizim Babəkdə yerləşən mərkəzimizdə Mazda, Mitsubishi, Ford və Subaru brendləri üzrə avtomobillərin satışı və servis xidmətləri həyata keçiriləcəkdir”.

“Group Motors”un tarixindən danışan Aşur Cəbiyev qeyd edib ki, Şirkət 2006-cı ildən Subaru, 2007-ci ildə Mitsubishi, 2008-ci ildə Honda, 2009-cu ildə Mazda brendinin Azərbaycanda distribyuterliyini qazanıb. “Group Motors” 2016-cı ildə Toyota brendinin, 2021-ci ildən Ford brendinin Azərbaycanda rəsmi dileri olub. 2025-ci ildə şirkətin portfelinə daha bir brend - BYD də əlavə edilib, yəni Azərbaycanda BYD-nin də rəsmi dileri olub”.

“Group Motors” MMC-nin Marketinq direktorunun sözlərinə görə, şirkətin müştəri bazası 70 mindən çox müştəridən ibarətdir. “Group Motors”da 293 nəfər çalışır, onlardan 54 nəfəri peşəkar texnikdir.

Aşur Cəbiyev bildirib ki, hazırda “Group Motors” şirkətində müştəri məmnuniyyəti göstəricisi 94 faizdir:

”Bu o deməkdir ki, bizim mərkəzə gələn hər 10 müştəridən minimum 9-u mərkəzimizi razı şəkildə tərk edir. Müştərilərin geri dönüş göstəricisi isə 82%-dir. Salonumuza gələn hər 10 müştəridən 8-i satış, servis və ehtiyat hissələri üçün yenidən bizi seçir. Xüsusilə bu göstərici Toyota brendi üzrə daha yüksəkdir. Bu sahədə müştəri portfelini qoruyub saxlamaq kifayət qədər çətindir. Qeyd edim ki, Şirkətimizdə ən böyük müştəri portfeli Toyota-dadır”.

Aşur Cəbiyev öz çıxışda “Group Motors” şirkətinin yeni planlarına da yer ayırıb:

“Biz hazırda öz logistika şirkətimizi qururuq. Bu qiymətləri optimallaşdırmaq üçün atılan addımdır. Planlaşdırırıq ki, logistika xərclərini özümüz idarə edərək avtomobillərin satış qiymətlərini aşağı salaq, hər bir ailə, hər bir biznes avtomobilə sahib olsun”.

“Group Motors” şirkətinin Azərbaycanın 4 bölgəsində - Bakıda, Gəncədə, Lənkəranda və Horadizdə satış və servis mərkəzi fəaliyyət göstərir.

Yeni "Group Motors" avtomobil mərkəzi Babək pr, 33 ünvanında yerləşir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://marja.az
archiveBu xəbər 18 Noyabr 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see229

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri