Bacısı ilə davasından danışıb ağladı Video
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı “YouTube” proqramının qonağı olub.
“Qafqazinfo” xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib.
O, 2018-ci ildə menecerliyini edən bacısı Hülya Açıkgöz ilə yollarını ayırdıqdan sonra yaşanan hadisələr barəsində üstüörtülü danışıb və ağlayıb.
“Aramızda bir anlaşılmazlıq yaşandı, amma bu barədə danışa bilmirəm. Çünki onunla bu mövzuları müzakirə etməmək barədə razılaşmamız var. Artıq danışmırıq, amma mən onu çox sevirəm.
Yaşadığım travma ilə bağlı mütəxəssisdən dəstək aldım. Özümü inanılmaz dərəcədə tənha hiss etdiyim bir dövr idi. Ailəmizdə ciddi fikir ayrılıqları yaşanırdı. Anamı da çox görə bilmirdim, amma bu barədə əvvəllər heç vaxt danışmamışam.
Aramız yaxşı olmasa belə hər zaman onun yanında olacağam”, - Hadisə bildirib.
Xatırladaq ki, 8 il öncə Hadisə bacısı ilə yaşadığı münaqişəyə görə onu məhkəməyə vermişdi. Buna səbəb H.Açıközün “hadise.com”u icazəsiz satışa çıxarması, həmçinin 12 milyon lirəlik (412 800 manat) pulunu və mal-mülkünü ələ keçirməsi olub.




Baxış sayı:64
Bu xəbər 14 Oktyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















