Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü Bu cəza verildi
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib.
Məlum olub ki, F.Poladov bacısı ilə Ramalın münasibətini öyrənib. O, “Tiktok” sosial şəbəkəsində bacısının Ramalla əl-ələ fotosunu görüb, həmçinin həmin şəxsin tez-tez “Vaz” markalı avtomobillə yaşadığı evin qarşısına gəldiyini bilib.
Bundan sonra F.Poladov Ramalı yaşadıqları evin yaxınlığına çağırıb. Gecə saat 02 radələrində baş tutan görüş zamanı yeniyetmə oğlan Ramala avtomobildə bıçaqla hücum edərək zərbələr endirib. R.Quliyev kəskin qan itirmədən ölüb.
Məhkəmənin hökmü ilə F.Poladova 9 il 6 ay həbs cəzası verilib.
Fotoda Ramal Quliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 07 Sentyabr 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















