Icma.az
close
up
RU
Badam südünü hər kəs içə bilərmi?

Badam südünü hər kəs içə bilərmi?

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Badam südü suda isladılmış badamların üyüdülərək süzülməsi ilə hazırlanan süd alternatividir.
Pravda.az xəbər verir ki, bəzi hallarda ona şəkər və ya bal kimi şirinləşdiricilər əlavə olunur.
Bazarda satılan badam südlərinin tərkibində adətən daha az badam, daha çox su olur. Bəzi növlərinə isə vitamin və minerallar əlavə edilir. Belə badam südündə orta hesabla 4 qram protein və 120 milliqram kalsium mövcuddur. Bəs badam südü həqiqətən sağlamlığa faydalıdırmı? Hər kəs badam südü içə bilərmi?


Badam südünün beş əsas faydası:
 

1. Süd məhsulu tərkibində yoxdur və vegandır
 

Badam südü bitki mənşəli olduğu üçün inək südünə allergiyası olanlar və ya veganlar tərəfindən rahatlıqla istehlak edilə bilər.
2. Təbii olaraq laktozasızdır
 

Heyvan mənşəli südlərdə olan laktoza fermenti hər kəs tərəfindən asanlıqla həzm edilmir. Badam südü təbii olaraq laktozasızdır və laktoza dözümsüzlüyü (intoleransı) olanlar üçün yaxşı alternativdir.
3. Aşağı kalorilidir
 

Digər "süd" növləri ilə müqayisədə badam südünün kalorisi daha azdır. 100 millilitr badam südünün kalorisi 30-55 arasında dəyişir. Bu xüsusiyyət onu aşağı kalorili qidalanmaq istəyənlər üçün əlverişli seçim edir.
4. Yaxşı kalsium mənbəyi ola bilər
 

Tərəvəz əsaslı və ya vegan qidalananlar üçün zənginləşdirilmiş badam südü kalsium qəbulunu artırmağın yaxşı bir üsuludur. Belə məhsullarda adətən hər 100 millilitr üçün 120 milliqram kalsium olur ki, bu da inək südü ilə eyni miqdardadır. Böyüklərə gündə 700 milliqram kalsium tövsiyə edilir. Lakin ev şəraitində hazırlanan badam südlərinə heç bir qatqı əlavə edilmədiyi üçün kalsium ehtiyacını tam qarşılamaya bilər.
5. Vitaminlərlə zəngindir
 

Badam E vitamini baxımından yaxşı mənbədir. E vitamini immun sistemini dəstəkləməklə yanaşı, dəri və göz sağlamlığı üçün də mühüm antioksidantdır. Bəzi sənaye istehsalı olan badam südlərinə D vitamini də əlavə edilir ki, bu da bədənin kalsiumu mənimsəməsinə kömək edir. Bundan əlavə, B12 vitamini, əsasən heyvan mənşəli qidalarda tapıldığından, bitki əsaslı südlərə əlavə olunur.
Hər kəs badam südü içə bilərmi?


Əksər insanlar badam südünü təhlükəsiz şəkildə istehlak edə bilər. Lakin nəzərə alınmalı bəzi məqamlar var.
 

Qoz-fındıq allergiyası olanlar üçün uyğun deyil. Əgər belə bir allergiyanız varsa, badam südünü istehlak etmək tövsiyə olunmur.
 

Bir yaşdan yuxarı uşaqlara verilə bilər, lakin məhdud miqdarda. Dadlandırıcı əlavə edilməmiş badem südü balanslı qidalanmanın bir hissəsi kimi bir yaşından etibarən uşaqlara verilə bilər. Lakin onun kalorisi, protein və yağ tərkibi az olduğu üçün uşaqların əsas qida mənbəyi kimi tövsiyə edilmir.


Veganlar və bitki əsaslı qidalananlar qatqı əlavə edilmiş versiyalara üstünlük verməlidirlər.
Qeyd: Badam südü bir çox insan üçün faydalı və sağlam seçim olsa da, mütəmadi istehlak edilərsə, mütəxəssislə məsləhətləşmək faydalı olar.
Əminə Bayramova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Mart 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see298

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see149

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see123

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin etmək iqtidarındadır...

06 İyun 2025 00:17see123

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see121

Rusiya Nigeriya matçı azərbaycanlı hakimə həvalə olundu

06 İyun 2025 03:57see120

Xronika: Paşinyan seçkidə əlavə 10 faiz səsi Qərbi azərbaycanlılardan toplamağa çalışır?

05 İyun 2025 23:17see117

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see117

Bu liseyin şagirdi də ən yüksək bal topladı FOTO

06 İyun 2025 03:15see116

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see116

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see116

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see115

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see115

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see115

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see113

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see112

Putin Rusiyadakı müsəlmanlara jest etdi

06 İyun 2025 11:10see112

Allahşükür Paşazadə: Yeni Roma papası ilə görüşümüz nəzərdə tutulub

06 İyun 2025 09:37see112

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see111

Bakının inkişafı: “Heydər Əliyevdən İlham Əliyevə”

05 İyun 2025 23:39see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri