Badminton üzrə yarış keçirildi
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə badminton üzrə oğlanlar və qızlar arasında hazırlıq - yoxlama yarışı keçirilib.
Fanat.Az xəbər verir ki, tədbirdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, xüsusi və yardımçı internat məktəblərinin, eləcə də autizm və Daun sindromu mərkəzləri və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Turnirdə “Yelo Bank”ın nəzdində fəaliyyət göstərən bədminton klubunun uşaqları da iştirak edib. Klub ötən ilin sentyabrında Azərbaycan Badminton Federasiyasının təşəbbüsü, “Yelo Bank” və DOST Agentliyinin dəstəyi ilə yaradılıb.
Ümumilikdə 50-yə yaxın idmançı mübarizə aparıb.
Qalib gələn iştirakçılar medal, diplom və hədiyyələrlə təltif olunublar. Tədbir iştirakçıların bacarıqlarının artırılmasına və inklüziv idmanın təşviqinə xidmət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 13 Mart 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















