Badminton üzrə inklüziv idman yarışı
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə oğlanlar və qızlar arasında badminton üzrə hazırlıq və yoxlama yarışı keçirilib.
Badminton Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, xüsusi və yardımçı internat məktəblərinin, eləcə də autizm və Daun sindromu mərkəzləri və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Turnirdə ümumilikdə 50-yə yaxın idmançı mübarizə aparıb. Qalib gələn iştirakçılar medal, diplom və hədiyyələrlə təltif olunublar.
Tədbir iştirakçıların bacarıqlarının artırılmasına və inklüziv idmanın təşviqinə xidmət edib.
Bu mövzuda digər xəbərlər:Qızlar arasında badminton yarışı keçirilib
08 Mart 2025 15:04
Badminton üzrə yarış keçirildi
13 Mart 2026 15:25
Badminton üzrə hazırlıq və yoxlama yarışı təşkil olunub FOTO
13 Mart 2026 16:04
Məhkumlar arasında badminton yarışı keçirilib FOTOLAR
05 İyul 2025 10:02
Qubada yeniyetmələr arasında badminton yarışı keçiriləcək
04 May 2026 12:03
Baxış sayı:76
Bu xəbər 13 Mart 2026 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















