Icma.az
close
up
RU
Bağça direktorunun ağlasığmaz əməlləri: Rüşvət, dələduzluq...

Bağça direktorunun ağlasığmaz əməlləri: Rüşvət, dələduzluq...

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Dələduzluqda təqsirləndirilən "Moon Kids" uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın məhkəmə prosesi davam etdirilib.

Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən növbəti iclasda zərərcəkənlər ifadə veriblər.

Zərərçəkən Ə.N bağçada müəllimə işləmək üçün təqsirləndirilən H.Rüstəmovaya müraciət etdiyini bildirib:

"O, bunun üçün məndən 4 min manat pul istədi. Aprel ayında təcrübə üçün kurs keçdim, sonra işə qəbul edildim. Şikayətçi deyiləm. Nə əhəmiyyəti var, pulu qaytaracaq ki?"

Digər zərərçəkmiş Zamiq Hüseynov isə bacısının nümayəndəsi kimi ifadə verərək təqsirləndirilən şəxsə 3 min manat pul verdiyini deyib:

"Bacım cəmi 3-4 gün işə gəldi. İlkin olaraq əmək müqaviləsi bağlamaq üçün 5 min manat istənildi. Bacım kollektivdən informasiya topladı ki, orda əmək haqqı vaxtında verilmir və 6 ay da maaş almırlar. Müttəhim 2 min manatımızı qaytarıb, min manat qalıb. Qalan pulumu istəyirəm".

Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, "Moon Kids" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) yol verilən qanunsuzluqlarla bağlı Nizami Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Havvaxanım İmamət qızı Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə, təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

"Moon Kids" uşaq bağçasının fəaliyyəti dayandırılıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Fevral 2026 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri