Icma.az
close
up
RU
Bakıda ev almaq əlçatmaz arzuya çevrilir bahalaşmanın əsl səbəbi

Bakıda ev almaq əlçatmaz arzuya çevrilir bahalaşmanın əsl səbəbi

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Tikinti materialları bahalaşır, amma mənzil qiymətlərini uçuran əsas amil başqadır - ekspert torpaq bazarındakı vəziyyətə diqqət çəkir

Azərbaycanda tikinti materiallarının qiymətlərində artım davam edir. Bu bahalaşma mənzil və fərdi yaşayış evlərinin inşası xərclərinə də təsir göstərir. Artıq 100 kvadratmetrlik mənzilin tikinti üzrə maya dəyəri 42 min manatı keçib. Təkcə son bir ay ərzində bu ölçüdə mənzilin tikinti xərci 1150 manat artıb. Taxta, çınqıl və digər tikinti materiallarının bahalaşması tikinti sektorunda xərc yükünü daha da artırır.

Azərbaycan Qiymətləndiricilər Palatasının məlumatına görə, oktyabr ayında Tikinti İndeksi 113,5-ə yüksəlib. Bahalaşma tamamilə tikinti materiallarının qiymətlərindəki dəyişikliklərlə əlaqəli olub. Əmək və tikinti texnikası xərcləri isə sabit qalıb. İndeksin materiallar üzrə alt göstəricisi 117,8-ə çataraq aylıq 4,6 faiz artım nümayiş etdirib. Əmək indeksi 106,2, maşın-mexanizmlər indeksi isə 103,8 səviyyəsində dəyişməz qalıb. Beləliklə, oktyabr ayında tikinti sektorunda xərc artımının əsas mənbəyi məhz material bazarı olub.

Materialların bahalaşması əsasən taxta, qravil və şebenin qiymət artımı ilə izah olunur. Belə ki, taxtanın bir kubmetrinin qiyməti 380 manatdan 400 manata yüksələrək 5,3 faiz artıb. Qravilin qiyməti 32 manatdan 35 manata qalxıb ki, bu da ay ərzində ən yüksək artım göstəricisidir - 9,4 faiz. Şebenin qiyməti 35 manatdan 36 manata yüksəlib, atsepin qiyməti isə 35 manat səviyyəsində qalıb. Materiallar üzrə ümumi artımın təxminən 46 faizi taxtanın, 41 faizi qravilin, 13 faizi isə şebenin payına düşüb. İndeksdə materialların 65 faizlik çəkisi nəzərə alındıqda, onların bahalaşmasının ümumi göstəriciyə təsiri 3,3 bənd təşkil edib.

Tikinti materiallarının bahalaşması mənzil tikintisinin maya dəyərini artırmaqla yanaşı, daşınmaz əmlak bazarında qiymətlərin formalaşmasına da təsir göstərir. Xüsusilə Bakıda mənzil və fərdi yaşayış evlərinin qiymətlərinin əlçatanlıq həddini aşması ev sahibi olmaq istəyənlərin imkanlarını məhdudlaşdırır. Paytaxtda torpaq sahələrinin və daşınmaz əmlakın bahalaşması fonunda vətəndaşlar üçün ev almaq getdikcə daha böyük maliyyə yükünə çevrilir.

Ancaq tikinti xərclərinin artması əmlak bazarındakı bahalaşmanın yeganə səbəbidirmi? Tikinti materiallarının qiymətlərindəki yüksəliş evlərin satış qiymətinə nə dərəcədə təsir edir? Bakıda mənzil və fərdi yaşayış evlərinin qiymət artımını cilovlamaq üçün hansı amillər nəzərə alınmalıdır?

Mövzu ilə bağlı əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev “Yeni Müsavat”a danışıb: “Son illər ölkədə və dünyada müşahidə olunan inflyasiya digər məhsullarda olduğu kimi, tikinti materiallarının qiymətlərinə də təsir göstərib. Həm yerli istehsal, həm də xaricdən idxal olunan tikinti materiallarının satış qiymətlərində artımlar qeydə alınır. Bu isə təbii olaraq tikinti xərclərinin yüksəlməsinə səbəb olur.

Qiymətlərə nəzər saldıqda görürük ki, tikinti materiallarının satış qiymətlərində artım faiz ifadəsində o qədər də yüksək deyil. Lakin tikililərin, xüsusilə də fərdi yaşayış evlərinin bahalaşmasının əsas səbəblərindən biri onların inşa olunduğu torpaq sahələrinin qiymətindəki artımdır.

Məsələn, eyni ölçüdə fərdi yaşayış evi paytaxtın mərkəzində və ölkənin ucqar bölgələrindən birində tikildikdə tikinti xərcləri, demək olar ki, eyni olur. Hətta tikinti materiallarının bölgələrə daşınması xərclərini də nəzərə alsaq, bəzi hallarda tikinti bölgələrdə daha baha başa gələ bilər. Lakin mərkəzi ərazilərdə yerləşən torpaq sahələrinin kəskin bahalaşması həmin ərazilərdə inşa edilən fərdi yaşayış evlərinin satış qiymətinin də artmasına gətirib çıxarır".

Ekspertin sözlərinə görə, son illərdə tikinti materiallarının qiymətləri orta hesabla 5-15 faiz artıb: “Bu da 100 kvadratmetrlik tikintinin ümumi xərcində təxminən 500 manatdan 1000 manatadək fərq yarada bilər. Ancaq ümumilikdə əmlak bazarında satış qiymətlərinə baxdıqda daha kəskin bahalaşma müşahidə olunur.

Digər tərəfdən, tikinti materialları üzrə seçim imkanları da genişdir. Bazarda aşağı, orta və yüksək keyfiyyətli materiallar mövcuddur və onların satış qiymətləri arasında ciddi fərqlər var. Təbii ki, vətəndaş fərdi yaşayış evi tikərkən materialları həm keyfiyyətinə, həm də büdcəsinə uyğun seçir. Eyni ölçülü və eyni tipli tikili bir şəxs üçün bahalı materiallardan istifadə edildikdə daha yüksək xərcə başa gələ bilər, digər şəxs isə ucuz və ya orta seqmentli materiallardan istifadə etməklə tikintini daha münasib qiymətə başa çatdıra bilər.

Beləliklə, tikinti materiallarının qiymətlərindəki cüzi artım əmlak bazarında müşahidə olunan kəskin bahalaşmanı izah etmir. Əmlak qiymətlərinin ciddi şəkildə yüksəlməsinin əsas səbəbləri torpaq sahələrinin bahalaşması və ümumilikdə daşınmaz əmlak bazarında qiymət artımlarının davam etməsidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Noyabr 2026 08:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri