Icma.az
close
up
RU
Bağça müdiri 7 işçinin adına KREDİT GÖTÜRDÜ: Dələduzluqda ittiham edilir FOTO

Bağça müdiri 7 işçinin adına KREDİT GÖTÜRDÜ: Dələduzluqda ittiham edilir FOTO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda fəaliyyət göstərən “Evim” uşaq bağçasının müdiri dələduzluqda ittiham edilir.

Avtosfer.az xəbər verir ki, yanvarın 22-də bizim.media-da ““Evim” uşaq bağçası ilə bağlı QALMAQAL – Müdir işçidən xəbərsiz adına KREDİT GÖTÜRÜB?” başlıqlı yazı dərc ediləndən sonra redaksiyamıza sözügedən bağçanın daha bir neçə işçisi müraciət edərək, onların da adına kredit götürüldüyünü iddia ediblər. Onların bildirdiklərinə görə, bağça müdiri Xanım Əliyeva Rüxsarə Əliyevadan əlavə, bağçada işləyən daha 6 nəfərin adına da onlardan xəbərsiz “Azpulmat” və “Manato” kredit təşkilatı vasitəsilə kredit götürüb.

Həmin 6 nəfərdən biri, “Evim” uşaq bağçasında müəllim işləmiş Səbirə Nəcəfovadır. O bu gün öyrənib ki, adına “Azpulmat”-dan 70 manat, “Manato”-dan isə 235 manat kredit götürülüb.

Səbirə Nəcəfova Bizim.Media-ya açıqlamasında deyib ki, zərərçəkən Rüxsarə Həsənova vəziyyət barədə onu xəbərdar edib, o da bundan sonra “MilliÖn” aparatından borcunun olub-olmadığını yoxlayıb, görüb ki, adına 98 manat 51 qəpik borc var. Bu gün isə “Azpulmat”-ın ofisinə gedərək məlumatı dəqiqləşdirib və məlum olub ki, 14 noyabr 2024-cü ildə adına kredit  götürülüb”.

Səbirə Nəcəfova da krediti Xanım Əliyevanın götürdüyündən əmindir. Çünki təşkilat ona pulun götürüldüyü gün təqdim olunan şəkillərini göstərib. Səbirə Nəcəfova görüb ki, bu müdirin otağında çəkilən fotolardır.
“Ötən ilin oktyabr ayından həmin bağçada işləyirdim. Xanım Əliyeva noyabrın 14-ü otağına çağırıb dedi ki, işlə bağlı müqavilə üçün SİMA proqramından qeydiyyatdan keçməliyik, şəxsiyyət vəsiqəsinin və mənim şəklimi çəkdi. Daha sonra isə müqavilənin yenilənməli olduğunu, diplomun şəklinin düşmədiyini və s bahanələr deyərək məni yenidən otağına çağırıb şəklimi çəkdi. Pulu həm mənim nömrəmlə, həm də mənim telefonumla götürüb. Çünki telefonu məndən alıb dedi ki,  şifrəsini aç burada qalsın, mən qeydiyyatı həll edəcəm. Sən də get, uşaqlarla maraqlan. Mən də müqaviləni həll edəcəyi üçün güvəndim, telefonu orada qoydum.

Telefonuma “Azpulmat”-dan şifrə də gəlib, o özü həll edib, mesajı silib. Mesajlar bölməsinə baxdım, şifrənin gəldiyi mesajı tapa bilmədim. Təxmini dekabr ayının sonu, yanvar ayının əvvəli yenidən otağına çağırdı. Mənə dedi ki,  müqaviləni yeniləyirik, bu dəfə  isə şəklimi öz telefonuyla çəkdi. Şəxsiyyət vəsiqəmi üzümün yanında tutmağımı, sağa-sola baxmağımı istədi”.

“Bəs sizin nömrənizlə qeydiyyatdan keçilibsə, borc ödənmədiyi günlərdə sizə zəng gəlməyib” sualına gəlincə Səbirə Nəcəfova “əlavə məbləğ ödənərək tarix uzadıldığı üçün mənə zəng edilməyib”,-deyə müsahibimiz açıqlayıb.

Səbirə Nəcəfovanın sözlərinə görə aylardır əməkhaqqı almır, üstəlik aldadıldığını bildiyi üçün bu gün işdən ayrılıb:

“Azpulmatın ofisindən çıxdıqdan sonra bağçaya getdim, çünki hələ də orada işləyirdim. Amma bu hadisədən sonra  bu gün işdən çıxdım. Bağçada dedilər ki, müdir xəstədir gəlməyib. Ancaq anası  Leyla Əliyeva  orada idi, deyilənə görə, onun bu olanlardan xəbəri yoxdur. Bizə dedi ki, borcunuz bu gün ödəniləcək, sabah isə 2 aydır atılmayan maaşınız köçürüləcək.  Çünki maaşım ən son noyabr ayında ödənib. Digər işçilərdən 3-4 aydır ki, maaşını almayanlar var.

Orada aşpaz işləmiş Yeganə xanımla danışdım, onun adını “Azpulmat”-da yoxladıq, borc çıxmadı. Ancaq  “Manato”da 352 manat 88 qəpik  məbləğdə borcu var. Müdirə  zəng etdim və  haqqımı tələb edəcəyimi bildirdim. İşçilərin tez-tez işdən çıxmasının səbəbi maaşların gecikdirilməsidir. Çıxanların da maaşlarını vermədən yola salır”.

Xatırladaq ki, Xanım Əliyeva dünən saytımıza açıqlamasında iddiaları rədd etsə də, sonradan şikayətçi Rüxsarə Həsənovanın adına olan borcu ödəyib. Bu gün isə Səbirə Nəcəfovayla danışarkən əməli boynuna alıb. Hətta gün ərzində hər kəsin borcunu ödəyəcəyini vəd edib.

Maraqlıdır, Xanım Əliyeva 6 nəfərin adına xırda məblğlərdə niyə kredit götürüb? Məqsədi nə olub?

Bu suallar açıq qalır...

Onu da bildirək ki, ötən gün sözügedən məsələ ictimailəşdiyinə görə Xanım Əliyeva “İnstagram”dakı səhifələrində “Evim” uşaq bağçasının adını dəyişərək, “Nağıllar dünyası” adı ilə əvəzləyib. Bu gün müdirin valideynlərə verdiyi məlumata əsasən isə bağça sabahdan fəaliyyətini dayandırır.

Qeyd edək ki, şikayətçilərin bir neçəsi artıq hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət ediblər.

Yazıda qarşı tərəfin növbəti dəfə mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Yanvar 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri