Bağçalardakı süni qiymət artımı ilə bağlı AÇIQLAMA
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu məktəbəqədər təhsil sahəsində valideyn-özəl-dövlət əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi nəticəsində bağçalarda süni qiymət artımı məsələsinə münasibət bildirib.
Redaktor.az “Azərbaycan müəllimi”nə istinadla xəbər verir ki, V.Yaqublu bildirib ki, özəl müəssisə xidmət haqqını artırdıqca onun müsabiqə qalibi olma, təhsil alan uşaq qazanmaq şansı azalır: “Bunu özəl müəssisələr yaxşı bilirlər. Və burada hesab edirəm ki, elə bir güclü qiymət artımı olmayacaq”.
Direktor müavininin sözlərinə görə, valideynlərin daha çox seçimi olacaq ki, bir neçə müəssisə arasından daha uyğun xidmət haqqı təklif edənlə müqavilə bağlasınlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 20 İyul 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















