Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Bağda ərik qurtardı ... Ukraynanı silahlandırmaq istəyən Avropa, ABŞ ın iqtisadiyyatına işləyəcəklər

Bağda ərik qurtardı ... Ukraynanı silahlandırmaq istəyən Avropa, ABŞ ın iqtisadiyyatına işləyəcəklər

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Parisdə keçirilən sammitdə Aİ liderləri Ukraynaya təhlükəsizlik təminatının verilməsi məsələsini öz üzərinə götürməyə hazır olduqlarını nümayiş etdirdilər. Bu barədə NATO-nun baş katibi Mark Rutte görüşdən sonra bildirib. "Hazır və istəkliyik. Bugünkü Paris görüşündən gəldiyim nəticə budur. Avropa addım atmağa hazırdır. Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsində liderlik etməyə hazırıq”, -Mark Rutte qeyd edib.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında Parisdə Avropa liderlərinin keçirdiyi görüş əslində çox əhəmiyyətli bir görüşdür və bunu tarixi bir görüş də adlandırmaq olar. Politoloqun fikrincə, əgər doğrudan da, orada müzakirə edilən məsələlər üzrə alınan qərarlar Ukraynanın bundan sonra da müdafiəsi istiqamətində real addımlar atılmasına təkan olacaqsa, bu görüşün tarixi əhəmiyyəti olacaq.

Oqtay Qasımov

“İlk öncə onu qeyd etmək lazımdır ki, Amerikanın yeni administrasiyası faktiki olaraq, özünün liderlik etdiyi 80 illik təhlükəsizlik sistemindən imtina etmiş kimi görünür və bu da Avropa dövlətlərini öz təhlükəsizlikləri ilə bağlı daha konkret addımlar atmağa məcbur edir. Amerikanın Avropanın təhlükəsizlik təminatçısı rolundan imtina etmək və ümumiyyətlə, bu dünya işlərinə daha çox qarışmamaq kimi bir siyasət yürüdüb, yürütməyəcəyini söyləmək çətindir. Bunu gələcək göstərər”-deyən Oqtay Qasımovun fikrincə, əslində Amerikanın yeni administrasiyasının siyasəti ondan ibarətdir ki, onlar bu cür addımlar atmaqla Avropa ölkələrini real Rusiya təhlükəsi ilə üz-üzə qoyaraq, əslində öz ətrafında daha sıx şəkildə birləşmək və Amerikanın iradəsinə tabe etdirmək istəyirlər.

“Donald Trampın “Avropa Ukraynanı silahlandırmaq üçün bizdən silah alacaqsa, biz silahı onlara satacağıq” deməsi də bunun göstəricisidir”-deyə Oqtay Qasımov əlavə edib.

Politoloq qeyd edib ki, faktiki olaraq, Avropaya qarşı bu sərt siyasətin kökündə dayanan əsas məsələ də Donald Trampın Avropa ölkələrinin müdafiə xərclərinin ümumi daxili məhsulun 5 faizə qədər artırılması tələbindən sonra baş verməkdədir.

“Avropalılar bu təklifi indiyə qədər qulaq ardına vurmaqla məşğul idilər. Donald Tramp bu addımı atmaqla onların real təhlükə ilə üz-üzə qaldıqlarını göstərərək, onları bir daha öz siyasətlərinə yenidən baxmağa məcbur etmək istəyir”-deyən Oqtay Qasımov bildirib ki, Avropa İttifaqı Ukraynaya dəstək verə bilər.

“Nəzərə alsaq ki, Amerika Birləşmiş Ştatları Ukraynanın arxasından Rusiya ilə müəyyən danışıqlar apararaq, öz maraqlarını Rusiyaya qəbul etdirmək, eyni zamanda Rusiyanın da işğalçılıq iddialarını müəyyən qədər təmin etmək istəyir. Təbii ki, Donald Trampın əsas qeyd etdiyimiz kimi Amerikanın maraqlarının təmin olunması və Ukraynanın yeraltı zənginliklərindən istifadə olunmasıdır. Amma Avropa ölkələri həqiqətən Ukraynaya kömək etmək istəyəcəklərsə, onlar daha çox maliyyə vəsaitləri ayırmaqla Amerikanın istehsal etdiyi silah-sursatdan alaraq Ukraynaya ötürə bilərlər ki, bu da Ukraynanın müqavimət gücünü artıra bilər”-deyən politoloq qeyd edib ki, bu baxımdan Avropanın rəhbərləri doğrudan da real addım atacaqlarsa, onun müəyyən nəticələri olacaq və ya özlərinin ideologiyalarını qəbul etdirmək üçün ölkələrə təzyiq etmək yolunu tutacaqlarsa, o zaman bunun nəticəsi olmayacaq.

Politoloqun fikrincə, bütün hallarda Rusiya ilə savaş üçün real və konkret addımlar atılmalıdır və bu addımların da kökündə duran əsas məsələ, çoxsaylı maliyyə yardımının edilməsidir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Fevral 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri