Icma.az
close
up
RU
Bağırov Zeynəlabdin Tağıyevin kürəkənini də repressiyadan xilas edib?.. TARİXİN GİZLİNLƏRİ

Bağırov Zeynəlabdin Tağıyevin kürəkənini də repressiyadan xilas edib?.. TARİXİN GİZLİNLƏRİ

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türk ordusunun gəlişinədək Qubada sovet ordusuna qarşı mübarizə aparmış Triniç Əhmədi həbsdən himayə edərək “Respublika” qəzetinin redaktoru qoyub və ona dövlət mükafatı təqdim edib...

“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...

İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...

Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...

Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.

Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.

Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:

İstintaq materiallarından...

Əks-inqilabçı ünsurlərin məsuliyyətdən kənarlaşdırılması...

(Əvvəli burada:)

“...Bağırovun məsuliyyətindən xüsusilə qoruduğu və himayədarlıq etdiyi şəxslər arasında Triniç Əhməd Bədi xüsusi yer tutur. İstintaqdan məlum olub ki, əvvəllər Triniç türk ordusunun zabiti olub. Onun başçılığı altında bolşeviklərə qarşı Bakıda və Qubada fəal mübarizə aparılıb. Bundan sonra bir müddət gizlənib. 1919-cu ilin əvvəllərində isə “İttihad” partiyasının məsul katibi olub. Əsl tərcümeyi-halını gizlədən Triniç Azərbaycan K (b) P-na daxil ola bilib. Azərbaycan Respublikası mərkəzi arxivindəki işlərin arasında vaxtilə Triniçin Azərbaycan müsavat partiyası sədrinin adına öz dəsti-xətti ilə yazdığı ərizə aşkara çıxarılmışdır. Həmin ərizədə Triniç Quba şəhərinin komendantı olduğunu, Qubada könüllülər dəstəsi yaradıb, Azərbaycana türk ordusunun hücumunadək bolşeviklərə qarşı fəal mübarizəsini əsas tutaraq, Müsavat parlamentinin mühafizəsi üçün dəstə yaradılmasını ona tapşırmağı xahiş edirdi. Yalnız bundan sonra, Triniçinin tutulmasını tələb edən ərizələrin təsiri altında o, həbs edildi. Şahidlərin ifadələrindən də göründüyü kimi, Triniçlə Bağırov çox yaxın münasibətdə imişlər. Bağırov onu yüksək vəzifələrə işə çəkirmiş, hətta “Respublika” qəzetinin redaktoru kimi vəzifəyə təyin edibmiş...

Triniçin əks-inqilabi keçmişi barədə dəfələrlə siqnallar daxil olmasına baxmayaraq, Bağırov 1933-cü ildə onu hökümət mükafatına – ordenlə mükafatlandırmağa təqdim etdi. Triniç mükafata təqdim olunandan sonra Azərbaycan MİK-nin keçmiş sədri Baba Əliyev Bağırovun adına rəsmi ərizə yazıb, Triniçin keçmişdə cəllad olduğunu açıq-aşkar göstərmişdi. Bağırovun Triniçin cinayətkar keçmişindən xəbərdar olduğunu aşağıdakı fakt bir daha sübut edir. 1936-cı ilin 27 oktyabrında Triniçin bacısı- Nemət Kamal Məlikova qardaşının həbs edilməsi ilə əlaqədar ərizə yazıb Bağırova müraciət etmişdi. Həmin ərizədə deyilirdi: “Heç kim də olmasa, Triniçin Qubada və qəzada türk zabiti olarkən, keçirdiyi həyat şəraiti və fəaliyyəti Sizə yaxşı məlum olmalıdır”. Həmin ərizədə daha sonra o, Triniçin azad olunmasını israrla tələb edir və göstəridi ki, Triniç günahkar olsa belə, Bağırov onu azad etməlidir. Triniç əks-inqilabi fəaliyyətdə günahlandırılıb həbs edildikdən sonra onun işi baxılmaq üçün Azərbaycan SSRİ Ali Məhkəməsinin xüsusi kollegiyasına verildi. Triniç 1936-cı iln 16 oktyabrında xüsusi kollegiya sədrinin adına aşağıdakı məzmunda ərizə yazdı: “Düşmənlərimi ifşa etmək üçün mən bu ayın 7-də prokurora üz tutub, mənə açıq cavab yazmaq imkanı verilməsini xahiş etdim. Lakin mənim xahişim cavabsız qaldı, iş isə Sizə göndərildi. Diqqətinizi yuxarıda göstərilənlərə yönəldərək, həmin imkanın mənə verilməsini xahiş edirəm. Arxayın ola bilərsiniz, düşmənlərimin mənə lağ edib gülməsinə yol vermərəm, odur ki, məhkəmədə susacağam (qapalı məhkəmə iclası istisna olmaqla)”... 

Triniçin işinə 1937-ci ilin iyunun qədər baxılmadı, sonra isə Azərbaycan XDİK-nin tələbi ilə yenidən ora qaytarıldı. Triniçin sonrakı taleyi məlum deyil. Bağırovun dediyinə görə, Sumbatov Triniçin kamerada özünü asaraq öldürməsi barədə məlumat vermişdir... 

Keçmiş Bakı neft milyonçusu Şəmsi Əsədullayevin oğlu keçmiş milyoner Zeynəlabdin Tağıyevin kürəkəni, çar ordusunun poruçiki, fevral inqilabından sonra Bakıda “vəhşi diviziya” təşkil edən, 1918- ci ildə sovet ordusuna qarşı mübarizə aparan Əli Əsədullayev 1921-ci ilin dekabrında Gürcüstanda həbs olundu. Beriyanın imzaladığı 15 dekabr 1921-ci il tarixli məktuba əsasən Əsədullayevi Azərbaycan FK tələb etdi. Ə.Əsədullayev Beriyanın imzaladığı 30 dekabr 1921-ci il orderlə həbsdən azad edilib, Bağırovun sərəncamına göndərildi. İş üzrə heç bir təhqiqat aparılmayıb. Sonralar Əli Əsədullayev Bakıda Cıdır meydanında işləyirmiş, sonralar arvadı ilə birlikdə İrana qaçıb.

Müttəhim Bağırov bu barədə istintaq zamanı bildirdi ki, Əsədullayevin nə üçün istintaqa cəlb olunmaması və həbs edilməməsindən xəbəri yoxdur. Şahidlər Qasımov Əyyub Mikayıl oğlu, Mehdiyev Əliqulu Kür oğlu göstərdilər ki, Bağırovun Əli Əsədullayevlə münasibətləri çox yaxın imiş. Beləliklə, müəyyən olunub ki, Bağırov və onun əlaltıları sovet hakimiyyətinə və kommunist partiyasına sadiq kadrlara divan tutmaqla bərabər, fəal əks-inqilabçıları məsuliyyətdən uzaqlaşdırıb, onlara himayədarlıq etmişlər...”

Təqdim etdi:

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Noyabr 2024 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see159

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see133

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see119

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see119

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see117

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see115

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see112

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

15 Aprel 2025 11:56see112

Avropalılar Ukraynaya yardımda ABŞ ni ötdülər

15 Aprel 2025 11:19see112

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri