Icma.az
close
up
RU
Əsl Hacı Zeynəlabdin Tağıyev

Əsl Hacı Zeynəlabdin Tağıyev

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Heç şübhəsiz, Azərbaycan tarixində göründüyü kimi olmayan bir şəxsiyyət də Hacı Zeynəlabdin Tağıyevdir.

Əlbəttə, ümumi olaraq onu demək olar ki, azərbaycanlılar üçün bir pis əməli kimin etməyinin fərqi var. Daha dəqiq desək, xüsusilə “Şahsevən azərbaycanlılar” üçün gücü və pulu olan adam aşağı-yuxarı hər şey edə bilər.

Bu, tarixən də belə olub, müasir dövrdə də belədir.

Əgər gücü, pulu olan adam etdiyi pis əməllərin qarşısında bir-iki yaxşı əməl də edibsə, vəssalam, heç kim ona gözün üstündə qaşın var deyə bilməz.

Bəs həqiqətdə Tağıyev kimdir?

Qızlar məktəbi açan, xeyriyyəçilik edən Tağıyevin görməzdən gəlinən başqa hansı əməlləri var?

Məsələn, Hacı Zeynalabdin 1911-ci ildə görkəmli yazıçı Əbdürrəhim bəy Haqverdiyevi işdən çıxartdırıb. Özü də, təkcə onu da yox, həm də şirkətində işləyən bütün qarabağlıları.

Haqverdiyev özü də bu məsələ haqqında yazıb:

“1911-ci sənədə “Tağıyеv-Bеhbudov” kеyfiyyətindən dolayı qulluqdan olan qarabağlıları və o cümlədən məni paraxodstvadan xaric еtdilər”.

Maraqlıdır, Lütfəli bəy Behbudov kimdir?

Lütfəli bəy Behbudov Tağıyevin pulu ilə oxuyanlardan olub. Üstəlik, sonradan mühəndis olan Behbudovu Tağıyev öz şirkətində işə də götürmüşdü. Ancaq bundan sonra söhbət gəzir ki, guya Lütfəli bəy onu arvadı Sona xanımla eşq yaşayır.

Behbudov xatirələrində yazır ki, 1911-ci il mayın 15-də vacib görüşdən qayıdıb Tağıyevə məruzə edir. Evə qayıdandan bir az sonra Hacı Zeynalabdin mühəndisin arxasınca adam göndərir, ertəsi gün onun malikanəsinə gəlməli olduğunu bildirirlər. Behbudov gedir, Tağıyev onu qapıda qarşılayır, otaqları gəzməyə başlayırlar. Yataq otağına girəndə kənardan qəfil bir neçə nəfər çıxır, qapını arxadan bağlayıb onu döyməyə başlayırlar. Səbəbini soruşanda deyirlər ki, Hacının həyat yoldaşına sataşıb. Lütfəli bəy çox təhqir olunur. Onu diz çökdürürlər, üzünə tüpürürlər. Axırda faytonla gələn Behbudovu evinə at arabasında yola salırlar.

Lütfəli bəy çox sarsılır, işi belə qoymamaq qərarına gəlir. Şuşa ziyalısı milyonçunu məhkəməyə verir. Behbudov xatırlayır ki, sonradan cümhuriyyətin banilərindən olacaq Fətəli xan Xoyski onu dilə tutmağa çalışır, problemi məhkəmədə həll etməyi məsləhət görmür, amma Behbudov sözə baxmır. Bakı Dairə Məhkəməsi Lütfəli bəyin döyülməsində hər hansı şəkildə iştirak etmiş 7 nəfərə iş kəsib. Bir dəfə də məhkəmə iclaslarında görünməyən Tağıyevə 2.5 il, qalan şəxslərə 2 il iş verilib. Həmin adamların əksəri milyonçunun qohumları olub. Hacı Zeynalabdinin oğlu Sadıx, bacısının əri İrza bəy Məmmədbəyov, qardaşı oğlu Məmməd Rza Tağıyev Lütfəli bəyi alçaltmağı özünə şərəf bilib. Onların heç biri həbs həyatı yaşamayıb. Tağıyev təxminən 350 min rubl xərcləyərək buna mane olub. Hacı Zeynalabdinin bu davranışını hətta Lenin yazılarının birində tənqid edib, neft milyonçusu qudurğanlıqda ittiham olunub.

Məhkəmə çəkişməsi Tağıyevin nüfuzuna böyük zərbə vurub. Hacı Zeynalabdin hadisədən dərhal sonra şirkətlərində işləyən bütün qarabağlıları qovub. Şuşada doğulmuş Əbdürrəhim bəy Haqverdiyev də yerlisi Lütfəli bəyə görə işsiz qalıb.

Yaxşı, indi təkcə bu əməlin özü sübut etmirmi ki, Tağıyevın böyük şəxsiyyət yox, qolu zorba bir imkanlı adam olduğunu deyək? Heç bir sübutu olmayan bir söhbətə görə bu qədər qəddarlıq edən bir adam niyə tarixdə yaxşı xatırlanmalıdır? Məgər etdiyi yaxşılıqlar həm də amansız pisliklərinə haqq qazandırırmı? Yoxsa, “İdeal insan yoxdur” deməklə məsələni bağlamaq daha rahatdır?

O da hər kəs məlumdur ki, Sona xanım Tağıyevin ikinci həyat yoldaşıdır.

Tarixdən gizlin deyil ki, Tağıyev iki dəfə evlənib. Birinci həyat yoldaşı öz əmisi qızı Zeynəb, ikinci həyat yoldaşı general leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi.

Ərəblinskinin iki qızından böyüyü Tağıyevin oğlu İsmayılın həyat yoldaşı idi. Hacı oğlugildə olarkən Balakişi bəy Ərəblinskinin kiçik qızı Sonanı görüb bəyənmiş və onunla evlənib.

Yəni Hacı öz oğlu ilə bacanaq idi.

Onda isə Sona xanım 16, Tağıyevin 73 yaşı var idi.

Təsəvvür edin, müasir dövrdə hansısa kasıb kişi bunu edir. Adına pedofil, əclaf, nakişi və.s deyilməzdimi? Deyilərdi. Daşa basmazdılarmı? Basardılar. Üzünə tüpürməzdilərmi? Tüpürərdilər. Ancaq Tağıyev milyonçu idi və bir-iki yaxşı əməli var idi, ona görə də heç kim ona heç nə deyə bilməzdi. Hətta şahsevən azərbaycanlılar buna bəzən “o dövr başqa idi, nənəm 14 yaşın iki qarın doğmuşdu” kimi müdafiələr belə edirlər. Tağıyev bu evlilik üçün sənəddə yaşını da azaltmışdı.

Tağıyevin varlanması tarixdə “zəhmətkeş fəhlədən milyonçuya” nağılı kimi təqdim olunur. Reallıq isə fərqlidir. Tağıyev Bakı neft sənayesində fəhlə sinfinin ən ağır şərtlərdə işlədildiyi dövrdə böyük sərvət yığmışdı. Məsələn, o dövrdə Bakı mədənlərində 12–14 saatlıq iş rejimi, uşaq əməyinin istifadəsi, əmək haqqının gecikdirilməsi və ya kəsilməsi adi hal idi. Tağıyev isə bu sistemin əleyhdarı yox, birbaşa dəstəkləyəni idi.

Fakt budur ki, o, fəhlələrin qanı və tərindən milyonçu oldu, amma sonradan verdiyi sədəqələr bu istismarı “yumağa” xidmət etdi.

Tağıyevin xeyriyyəçiliyi çox vaxt mənəvi ucalıq kimi təqdim olunur, amma bu fəaliyyətin siyasi və sosial məqsədləri vardı.

Ümumiyyətlə, o, maarifləndirməni nəzarət altında saxlamaq istəyirdi. Onun dəstəklədiyi məktəblər radikal fikirli ziyalıları deyil, imperiyaya loyal, mülayim, itaətkar kadrları yetişdirirdi. O, inqilabi, sosialist və fəhlə yönlü təşəbbüslərə açıq düşmən idi.

Bu səbəbdir ki, Çar Rusiyasının məmurları ilə yaxın münasibət saxlayır, imperiya siyasətinə sədaqət nümayiş etdirirdi.

Bəli, Tağıyev müsəlman qızları üçün məktəb açdırdı. Amma bu təşəbbüs belə patriarxal çərçivədən kənara çıxmırdı, qadın azadlığı deyil, “maarifli ana” modeli önə çəkilirdi. Qadının ictimai-siyasi subyektə çevrilməsi yox, ailə daxilində “daha faydalı” olması hədəflənirdi.

Onun Əhməd bəy Ağaoğlunun başına gətirdiyi müsibətlər də hər kəsə məlumdur.

Sözsüz ki, xeyli faktlar sadalamaq, ancaq şahsevən azərbaycanlılar kimi bütün bu faktlara bəraət qazandırmaq da olar.

Əgər doğrudan da xalq üçün bir-iki yaxşı əməl etdikdən sonra məişət səviyyəsində istənilən iyrənc əməli etmək olarsa, o zaman yer üzündə bütün pisliklərə haqq qazandırmaq lazımdır. Onsuz da, hər kəsin özünə görə bir səbəbi vardır.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Yanvar 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see585

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see561

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see557

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see478

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see473

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see439

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see373

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see365

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see333

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see323

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see317

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see309

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see305

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see297

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see296

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see296

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri