Icma.az
close
up
RU
Ruhin Tağıyevin məhkəməsi başladı

Ruhin Tağıyevin məhkəməsi başladı

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Tağıyevin cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmiş qismində tanınan Müdafiə Nazirliyinin nümayəndəsinin dəyişdiyi məlum olub.

Nazirliyin yeni nümayəndəsi Musa Fərzəliyev iştirakçılara təqdim olunub. Lakin təqsirləndirilən şəxs nümayəndəyə etiraz edib:

“İş araşdırılan zaman əvvəlki nümayəndə bütün proseslərdə iştirak edib, mən indiki nümayəndəyə etiraz edirəm”.

Hakim Günel Səmədova bildirib ki, məhkəməyə nümayəndənin göndərilməsi Müdafiə Nazirliyinin hüququdur, əvvəlki nümayəndənin prosesə çağırılması ilə bağlı vəsatət qaldırıla bilər.

Təqsirləndirilən şəxsin vəkili Orxan Hacıyev müvəkkili ilə bağlı bəzi sənədlərin alınması üçün Müdafiə Nazirliyinə sorğu verilməsini istəyib.

Dövlət ittihamçısı cinayət işi materiallarında həmin sənədlərin mövcud olduğunu, amma sənədlərin tədqiqi mərhələsində göstərilən hallara yenidən baxıla biləcəyini deyib.

Vəsatət baxılmamış saxlanılıb.

Daha sonra Ruhin Tağıyev ailə üzvlərinə etibarnamə verilməsi üçün notarius əməkdaşının təcridxanaya buraxılması ilə bağlı vəsatət verib. Vəsatət təmin edilib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxs xidməti vəzifəsinin icrası zamanı bəzi hərbi qulluqçuların Vətən müharibəsi zamanı xəsarət almaları ilə bağlı sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib və onların əlillik dərəcəsinin verilməsi üçün arayış verib.

Bununla da o, iki nəfərin hərəsindən 6 min, başqa şəxsdən 3 min, digərindən 7 min, daha bir nəfərdən 5 min manat rüşvət alıb. Eyni zamanda, o, Hərbi Tibb Məntəqəsində işləyən N.Hümbətovaya əmək müqaviləsinin uzadılması barədə vəd verib və ondan 1500 manat alıb.

Ruhin Tağıyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Daha sonra o, jurnalistlərin prosesdə iştirakına etiraz edərək deyib ki, səsləndirəcəyi ifadələrin, sensasiya sayılacaq məlumatların mətbuatda dərc edilməsini istəmir.

Onun vəkilləri də vəsatətinin təmin olunmasını istəyib.

Məhkəmə prosesin açıq keçirildiyini, mətbuat nümayəndələrinin iştirak edə biləcəyini bildirib.

Bundan sonra təqsirləndirilən şəxs və vəkilləri prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət verib.

Dövlət ittihamçısı da prosesin qapalı keçirilməsi təklifinə etiraz etməyib.

Daha sonra məhkəmə müşavirəyə gedib, iclasların qapalı keçirilməsi barədə qərar qəbul edilib.

Proses fevralın 24-də davam etdiriləcək.

Qeyd edək ki, ibtidai istintaqla Ruhin Tağıyevin 2021-2023-cü illərdə sözügedən vəzifələrdə işləyərkən ona müraciət etmiş hərbi qulluqçuların adlarının ambulator xəstələrin qeydiyyatı kitabına qanunsuz olaraq daxil edilməsi və bunun əsasında xəsarət almaları haqqında arayışların verilməsi müqabilində bir neçə şəxsdən külli miqdarda pul vəsaitlərini rüşvət qismində təkrarən almasına, habelə hərbi qulluqçuların təkrar şəhadətləndirilmələrinə köməklik göstərilməsi müqabilində isə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini alaraq nüfuz alveri törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ruhin Tağıyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Fevral 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see499

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see429

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see268

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see268

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see252

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see234

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see226

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see224

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see224

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see217

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see204

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see188

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see187

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see184

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see183

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see183

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see182

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see178

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri