Icma.az
close
up
RU
Tağıyevin neft sevdası...

Tağıyevin neft sevdası...

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kinoteatrlardan tamaşaçı nəfəsinin kəsildiyi illəri xatırlayanda köks ötürməyə bilmirsən. Qorxurduq, deyirdik, ölkədə film sənayesi çökdü, kinoteatrlar kababxanaya çevrildi, tamaşaçı həvəsi öldü. Bu o illər idi ki, ölkə yenicə müstəqil olmuşdu, əlində-ovcunda təkcə yaralanmış-yarılanmış məmləkəti qalmışdı.
Nə yaxşı, yanıldıq. Məmləkət də bütövləşdi, film sənayesi də dirçəldi. Əziyyəti olanlara əbədi minnətdarlıq düşür. Bu sırada Bakı Media Mərkəzinin xüsusi rolu var. Mədəniyyətin ən çətin janrı olan kinomuzu yenidən ayağa qaldıra bildilər. Əlbəttə, xeyli sayda şirkətlər var və onların çəkdikləri də kino sənayesinə töhfə oldu. Hansı güclü idi, hansı zəif idi, hansının çəkdiyi daha baxımlı idi, bu barədə başqa yazılarda danışarıq. Əsas odur, meydana rəngarəng filmlər çıxdı.
Peşəkarlar bilir, film deyəndə xüsusən tammetrajlı ekran əsəri nəzərdə tutulur. Belə ekran əsərlərini yaratmaqda Bakı Media Mərkəzinin bacarığı alqışa layiqdir. Həmin alqışı “Tağıyev: neft” filminin final səhnəsində tamaşaçıların reaksiyasının nəticəsində eşitdim. Düzdür, alqış teatrda, konsertdə olar, belə münasibət film üçün yaddır, amma mahiyyətə varanda anlayırsan ki, tamaşaçı bəyəndiyini göstərmək istəyib. Nə fərqi var, necə göstərib.
Bəyənməmək mümkünsüzdür. Ssenaridən başlayıb, kütləvi səhnələri əks etdirən kadrlara qədər böyük əmək sərf olunduğu anındaca görünür. Aktyor oyununa söz ola bilməz. Filmdəki əksər rolların ifaçıları ilə yoldaşlıq münasibətim var. Filmə baxandan sonra onlara mesaj yazıb bizə yaşatdıqları zövqə görə təşəkkürümü bildirdim.
Filmin məzmun qayəsini inam təşkil edir. İki inanclı var, biri dinin, o biri hissin pəncərəsindən baxır. Hiss qalib gəlir - 4 ildən sonra neft fontan vurur. Xeyr, bu hadisə dinin uduzması anlamını vermir. Din müstəvisində molla uduzur. Mollalıq edən mollalar həmişə uduzublar. Ticarətçi fəhminin vacibliyi də filmdə qabardılır. Tağıyev böyük riskə gedərək hamının əlini üzdüyü barsız torpağı satın alır.
4 ildir ac-susuz, pulsuz neft axtaran fəhlələrin obrazlarını yaradan aktyorlar həqiqətən möhtəşəm rol ifa edirlər. Onların min əzabla məşəqqətə dözmələri azərbaycanlı xarakterinin - “... dar gündə atıb getməzlər” gerçəyinin nümayişidir.
Tağıyevin neft sevdasının ailə sevgisini üstələməsi faciə ilə nəticələnir. Gələcəyin milyonçusunun həyat yoldaşı kasıblıq xəstəliyinə - vərəmə qurban gedir. Yaşlanmış və hər şeyi əlindən alınmış Tağıyev obrazı xarici jurnalistin sualına cavab verəndə ailənin hər şeydən vacib olduğunu deyir. 
Xarici jurnalist də ailəsindən söz açır. O da anasızlığın, atasızlığın dərdini yaşayanlardandır. Hacının səmimi söhbəti jurnalisti də kövrəldir. Azərbaycanlı istiqanlıdır - filmdə bunu da görürük.
Ortada yoldan çıxmış, qoçuluq eşqinə düşmüş biri də var. Dözmür, hətta Tağıyevin oğlu ilə səmimi dost olmasına baxmayaraq, uşağın da sözünə məhəl qoymayıb barsız torpağı tərk edir. Çılğınlığımızı göstərən nümunə.
Filmdə xarici iş adamı ilə azərbaycanlı iş adamının fərqini də çox aydın görə bilirik. Xarici 4 ildən sonra “yaramaz ərazi”ni satır, bizimki inamının gücü ilə oranı alır.
Qızıl satan kişi obrazı da hərisliyin, görməmişliyin nümunəsidir. Əsl qızıl saatı gizlədib, müştəriyə saxta qızıl saatı sırayır.
Qəfil ölərək buxtanın ətrafına düşən qarğa da ərazidə neft olduğunun siqnalını verir. Hələ bir kiçik detal da var, adam ayağının altına baxmadan böcəyi əzib keçir. Dövrün amansızlığını göstərir - süründünmü, ayaq altında qalıb əziləcəksən.
Öz dininə uduzmuş mollanın Tağıyevin oğlunu tora salmaq istəyi də şarlatanlığın o dövrdəki dərəcəsindən xəbər verir. Ananın ölümünün atanın günahı olduğunu oğlun üzünə deyən mollalar bu gün məmləkətin qürur simvollarına çevrilənlərin həyatını cəhənnəmə döndərmişlərdən olublar.
“Xortdanın cəhənnəmdən məktubları” əsərini xatırlayıram. Mistikaya baxın, dünən Gənc Tamaşaçılar Teatrında eyniadlı əsəsrin tamaşasına baxdım. Tağıyev filmindəki mollanın obrazı həmin tamaşada da var idi. Sevgililərin onun evinə sığınmasından istifadə edən molla qızı özünə siğə etdirir. O molla yeriyəndə qarışqanı tapdalamasın deyə, yolları süpürürlərmiş. Ayağın altında qalmayan qarışqanı süpürgə əzib məhv edirmiş. Səhnədə cəhənnəmi göstərirlər, “qəhrəmanımız” ətrafı süpürür.
Beləsi, təbii ki, Tağıyevə qalib gələ bilməz. İki obraz var: biri Allahı hər yerdə görür, biri ancaq göydə. Kim daha haqlıdır? “Tağıyev: neft” filmində bu suala verilən cavab həm qəşəng, həm dəqiq, həm də bizimkidir.
“5 ildir neft axtarırsan” məzəmmətlərinə tələsik “4 ildir” cavabını verən Tağıyev, nefti həyatının faciəsinə sürüklənəcəyi günə 3 gün qalmış tapmalıydı. Hər anın qədrini bildik deyə 30 illik işğala 44 günə son qoyduq, 45-ci günə keçmədi.
“Öz filmimizi çəkək” deyənlərə şad xəbər: “Tağıyev: neft”  filmi məhz Azərbaycansimalıdır. Filmə baxan fransız, lap elə tərcüməsiz də azərbaycanlının hansı keyfiyyətlərə məxsus olduğunu görər, belə keyfiyyətli xalqa heyran da olar.
Ardı olacaq. “Tağıyev: neft” filminin ikinci bölümü çəkilir. Əminəm, 1920-ci il tarixindən bəhs edən səhnələr müstəqilliyi 23 ay çəkən Azərbaycanı 70 ildən sonra əbədi müstəqillk zirvəsinə çatdıran xalqın düşüncə tərzini, yaşam fəlsəfəsini yaradıcı heyətin bacarığı sayəsində ustalıqla göstərəcək. (Qafqazinfo)
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Dekabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür

16 May 2026 09:30see212

“Qarabağ” məşhur futbolçuları transfer edir RƏSMİ

16 May 2026 03:33see210

Ronaldonun pəhrizinin effektivliyi...

16 May 2026 02:02see188

Tramp Tayvanın müstəqillik elanına qarşı çıxdı

16 May 2026 04:45see184

Köhnə binalar söküləndən sonra mənzillər BAHALAŞACAQ? AÇIQLAMA

16 May 2026 05:13see180

İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb

16 May 2026 04:58see172

Bakı Xocalı Xankəndi Şuşa avtobus reysinin ilk sərnişinləri yol salınıb

16 May 2026 02:12see171

“Liverpul” yenə uduzdu

16 May 2026 01:42see170

Kral III Msvati Bakıya gəldi

17 May 2026 01:55see168

İran səfirliyindən “Avroviziya“ diplomatiyası“: Ermənistan sevgisini yenə gizlədə bilmədilər FOTO

16 May 2026 17:32see165

Yaxınlarınıza nəsə olsa, bilin ki, bizim bəddualarımızın nəticəsidir

16 May 2026 18:48see164

Bu əsasda daha çox gəminin keçidinə icazə veririk SEPAH

16 May 2026 01:50see163

Ağcaqanadlar niyə məhz sizi dişləyir? Səbəbi maqnit təsiri ola bilər

16 May 2026 07:08see162

BMT dən İsrailə sərt ittiham: Sülhməramlılara maneələr törədir

15 May 2026 23:38see158

Ən enerjili bürclər açıqlanıb

16 May 2026 10:24see154

Nərimanovun sabiq icra başçısı vəfat etdi

16 May 2026 00:51see152

Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib Natiq Cəfərli

16 May 2026 20:14see151

Bazarda ARTIM Neft kəskin bahalaşdı

16 May 2026 09:42see148

Həkimlər bu vəzini kəsib tullayırdı Xərçəngdən qoruyurmuş

16 May 2026 05:00see147

Buxarada keçirilən beynəlxalq konfransa Azərbaycan nümayəndələri də qatılıb

16 May 2026 23:17see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri