Icma.az
close
up
RU
“Bağırovun tikdirdiyi və müstəqillik illərində dağıdılmış zavod və fabriklərin heç biri bərpa edilməyib...”

“Bağırovun tikdirdiyi və müstəqillik illərində dağıdılmış zavod və fabriklərin heç biri bərpa edilməyib...”

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“NKVD”-nin Azərbaycandakı arxivlərindən Mir Cəfər Bağırovla bağlı müsbət, respublikanın inkişafı ilə bağlı materiallar götürülüb, onun düşmən obrazını yaratmaq üçün arxiv materiallarını Moskvanın maraqlarına uyğun dəyişdiriblər...”

Yerli və beynəlxalq hadisə və proseslərə çoxlarından fərqli yanaşan və Moderator.az-da mütəmadi olaraq müxtəlif mövzularda yazı və açıqlamaları təqdim olunan siyasi analitik Tahir Cəfərli Azərbaycanın tarixi ilə bağlı əksəriyyət üçün ziddiyyətli hesab ediləcək “Sovetlərdən qalma arxivlərə inanmayın” adlı növbəti yazısını təqdim edib. Yazıda Azərbaycanda azad, demokratik düşüncəli əksər vətəndaşların Moskvaya, SSRİ-Rusiya imperiyasına xidmət edərək ötən əsrin 20-50-ci illərində xalqımıza qarşı dəhşətli repressiyaların başında durmuş keçmiş Azərbaycan SSR rəhbəri Mir Cəfər Bağırovun əslində vətənimiz qarşısında müsbət xidmətlər göstərdiyi iddia edilir. Müəllif hələlik bu iddianı təsdiq edən heç bir konkret arxiv sənədi göstərməsə də, həmin məlumatları 1989-1991-ci illərdə əsasən Moskvada Kremlin yaxınlığındakı “Rusiyanın tarixi” muzeyinin və SSRİ Xalq Daxili İşlər Komissarlığının(“NKVD”) arxivlərindən əldə etdiyini bildirir. Fəal oxucular yaxşı bilir ki, Moderator.az-da M.C. Bağırovun xalqımıza qarşı repressiyanın bilavasitə rəhbərlərindən və iştirakçılarından biri olması haqdakı əksər yazılar səhifələrinədək göstərilən arxiv sənədlərinə əsaslanıb.

Bütün hallarda sözügedən materialı oxucuların, xüsusən də tarixçi, siyasətşünas və müxtəlif yerli və dünya arxivlərində məşğul olan araşdırmaçıların müzakirəsinə buraxırıq:

(Əvvəli burada:)

“Bir əsr-bir nəsil”  epopeyasının 3-4 cü kitablarını işləyərkən tarixi sənədləri və faktları hərtərəfli öyrənib, obyektiv nəticəyə gəldikdən sonra onları yaratdığım obrazlar vasitəsi ilə xalqa çatdırmaq istəyirdim. Əlbəttə ki, Bakının arxivlərindəki materiallar başqa ölkələrin arxivlərində olan materiallardan fərqlənirdi. Bakı arxivlərində faktların dəyişdirildiyi o saat gözə dəyirdi. İlk gözə çarpan nədir?.. 

Sən demə, həmin arxivlərdə bizə dost kimi göstərilən düşməndir, düşmən görünən isə dostdur. Kiminsə gizli əli,  bizə dost olanları düşmən edib, düşmənləri  göylərə qaldırıbdır. Özü də bunu yerli arxivlər səviyyəsində formalaşdırıblar.

Məsələn, Rusiya arxivləri Port-Arturu  yaponlara verən məşhur hərbçi generalı satqın və səriştəsiz adlandırıblar, biz isə onu dünya şöhrətli hərbçi adlandırırıq. Həqiqət isə başqadır: həmin generalın başçılığıyla bir qrup Rusiyanın 11-ci ordusunun Azərbaycana girməsi üçün 26 minlik qoşunu düşmənin qarşısında əfəl bir orduya çevirib sonra da darmadağın etdiriblər. 

Eyni hallar M.Bağırovla bağlı arxivlərdə də baş verib. “NKVD”-nin Azərbaycandakı arxivlərindən Mir Cəfər Bağırovla bağlı müsbət, respublikanın inkişafı ilə bağlı materiallar götürülüb, onun düşmən obrazını yaratmaq üçün arxiv materiallarını Moskvanın maraqlarına uyğun dəyişdiriblər...

Azərbaycanın əsas arxivlərində özlərinə əməkdaş kimi yer etmiş ermənilər Bağırovla bağlı  əsas materialları yox ediblər. Nəzərə alsaq ki, onun ermənilərin “böyük Ermənistan” oyunlarına son qoyması səbəbindən ermənilər Bağırovu Ermənistanı düşməni sayırdılar, əlbəttə ki, o, həbs ediləndən sonra  Bağırovla bağlı gerçək arxivlərin məhv edilməsi və onun xalqın  gözündə “vətən xaini” obrazında çatdırılmasının səbəblərini anlamaq olar. Bizə elə gəlir ki belə materiallar  arxivlərdə az qalıb, məsələn, Bağırovun Azərbaycan üçün etdiklərini bizə unutdurublar. 

Mir Cəfər Bağırovun  Azərbaycan üçün gördüyü işlərin, yaratdığı qurumların, tikdirdiyi bina və müəssisələrin, qoydurduğu heykəllərin qısa siyahısına baxanda onun şəxsiyyətinə qibtə etməmək mümkünsüzdür:

1. Neft fondu, 

2. Hərbi-Dəniz və Təyyarəçilər məktəbi. 

3. Ələt – Culfa dəmir yolu.

4. Teatr İnstitutu. 

5. Daşkəsən şəhərinin əsasının qoyulması.

6. Mingəçevir SES.1947.

7. AMEA – nın yaranması.1946. 

8. Bakı Metropoliteni.1949. 

9. Sumqayıtın əsası qoyulub.1949. 

10. Politexnik İnstitutu.1950. 

11. Naxçıvan duz mədəni.1951.

12. Qaradağ sement zavodu.1951. 

13. Mingəçevir su anbarı. 

14. Nizaminin heykəli.

15. Neft Daşları. 

16. Samur – Abşeron kanalı. 

17. Hökumət Evi.

18. Bağırov Körpüsü.

19. Kəlbəcərdə İstisu kurortu.

20. Şollar suyuna paralel ikinci Xaçmaz – Bakı su xətti.

21. Bakı qənnadı fabriki. 

22. Bakı toxuculuq kombinatı. 

23. Şəki ipək kombinatı

24. Şirvan kanalı.

25. Qarabağ kanalı. 

26. Bakı Dövlət Universitetinə ikinci həyatın verilməsi, kadrların milliləşdirilməsi və daha çox fakültələrin açılması və s... 

27. Azərbaycan Politexnik İnstitutu. 

28. 402, 369, 223 və 416 – cı milli diviziyaları. 1942-ci il. Sonra 77 və 271-ci dviziyalar.

29. Müdafiə Fondu. 

30. Bakının müdafiəsi üçün 101, 102 və 103 – cü xalq qoşunu diviziyaları. 21 min 259 döyüşçü Bakını möhkəmləndirilmiş şəhərə çevirmişdi.

31. Naxçıvanda şosse yolları tikintisi. 

32. Qubada İkiillik Müəllimlər İnstitutu

33. Xaçmaz Konserv Zavodu. 

34. Quba Konserv Zavodu. 

35. Şəhriyar adına Mədəniyyət Sarayı. 

36. Respublika Stadionu. 

37. Daxili İşlər Nazirliyinin binası. 

38. Axundov Kitabxanası- indiki Milli Kitabxana

39. Akademik Dövlət Dram Teatrı. 

40. Nizami adına Azərbaycan Ədəbiyyat Muzeyi. 

41. AMEA – nın binasının tikintisi. 

42. Neft – Kimya zavodları və Neft – Kimya arxivi. 

43. L. Şmidt (İndiki Səttarxan) zavodunun yeni korpusları

44. Bakıda tikiş fabriki. 

45. Sumqayıtda Marten peçi. 

46. Bakı Neftayırma zavodu

47. Qubada 12 nömrəli kolxozda zavod və xəstəxana. 

48. Qubada yeni növlərin yetişdirilməsi təcrübə məntəqəsi, sonra institute. 

49. Sumqayıtda Boru prokatı zavodu

50. Bakıda Neft Avadanlıqları Zavodu. 

51. Bakı Elektrik Maşınqayırma zavodu

52. Bakı Soyuducu Kombinatı. 

53. Gəncə Toxuculuq Kombinatı. 

54. Gəncə Yağ – Piy zavodu. 

55. Bakı Biskvit fabriki. 

56. Sumqayıt İstilik Elektrik stansiyası. 

57. Sintetik Kauçuk zavodu. 

58. Lökbatan Neft Yatağı. 

59. Zığ Neft Yatağı.

60. Nazirlər Kabinetinin binası. 

61. Nizami kinoteatrı. 

62. Süni suvarma kanalları… 

Bunlar Mir Cəfər Bağırovun şəxsən arxiv sənədlərində də təsdiqini tapdığı gördüyü işlərdir. 

Onun qoyub getdikləri bu saat Azərbaycanı dolandırır. Bağırovun tikdirdyi zavod və fabriklər,  kolxoz və sovxozlarda qurulmuş təsərrüfatlar işləsəydi, Azərbaycan 18 oktyabr 1991-ci ildən sonra dünyanın ən qüdrətli və varlı dövləti olardı... Halbuki, Azərbaycan müstəqillik əldə etdiyi son 34 ildə  bu siyahıdakı dağıdılmış zavod və fabriklərin heç biri bərpa edilməyib…

O ki, qaldı, M.Bağırovun Azərbaycanın şair, yazçı, alimlərini və s. tutdurmasına və yaxud onların güllələtməsinə, həmin işdə bu şəxsiyyətin heç bir rolu olmayıb. Onları “NKVD”-yə satanlar elə öz həmkarları olublar.  İllər keçəcək, Azərbaycan tarixində bu şəxsiyyətin  Azərbaycanın xilaskarı  simasında qədirbilən Azərbaycan xalqı onun heykəlini qoyacaq, çünki onu yaddaşlarda yaşadan xalqdır, xalqın yaddaşı isə heç vaxt itmir...

(Ardı var )

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Oktyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see246

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see174

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see144

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see143

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see141

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see121

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri