Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Bağlanan iş yerlərinin sayı artır səbəb

Bağlanan iş yerlərinin sayı artır səbəb

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Ekspert: “Orta və xırda müəssisələrin böyük əksəriyyəti vergi yükünü çəkə bilmir”

2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 77.7 min yeni iş yeri yaradılıb. Rəsmi statistikaya görə, bu iş yerlərinin 91.4 faizi qeyri-dövlət sektorunun payına düşüb. Yeni açılan iş yerlərinin 75.9 faizi Bakı şəhərində, 0.8 faizi Naxçıvan Muxtar Respublikasında, 23.3 faizi isə regionlarda formalaşıb.

Regionlar üzrə bölgüdə 7.2 faiz Abşeron-Xızı, 2.7 faiz Quba-Xaçmaz, 2.7 faiz Şəki-Zaqatala, 2.4 faiz Qarabağ, 1.9 faiz Gəncə-Daşkəsən, 1.5 faiz Şirvan-Salyan, 1.2 faiz Lənkəran-Astara, 0.9 faiz Şərqi Zəngəzur, 0.9 faiz Mərkəzi Aran, 0.8 faiz Qazax-Tovuz, 0.6 faiz Mil-Muğan və 0.5 faiz Dağlıq Şirvan iqtisadi rayonlarına məxsusdur.

Yeni yaradılmış iş yerlərinin 9.1 faizi yeni müəssisə və təşkilatlarda, 89.8 faizi mövcud müəssisələrdə, 0.4 faizi fəaliyyəti bərpa olunan müəssisələrdə formalaşıb, 0.7 faiz iş yeri isə müxtəlif layihələr və abadlıq işləri nəticəsində açılıb.

Hüquqi şəxslər tərəfindən açılan iş yerlərinin 25.1 faizi tikinti, 16.2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 12.1 faizi emal sənayesi, 7.9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 7.5 faizi peşə, elmi və texniki fəaliyyət, 4.6 faizi təhsil, 3.7 faizi inzibati və yardımçı xidmətlər, 3.6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.6 faizi səhiyyə və sosial xidmətlər, 3.3 faizi kənd təsərrüfatı və balıqçılıq, 2.6 faizi informasiya və rabitə, 2.1 faizi isə maliyyə və sığorta sektorlarında qeydə alınıb.

Hesabat dövründə 8.2 min iş yeri bağlanıb. Bağlanmış iş yerlərinin 47.4 faizi qeyri-dövlət sektorunda, 27.3 faizi müəssisə və təşkilatların fəaliyyətinin dayandırılması, 72.7 faizi isə mövcud müəssisələrdə aparılan ixtisarlarla əlaqədar olub. 

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 12-də yeni icra başçıları ilə görüşündə bölgələrdə iş yerləri ilə bağlı da danışıb.  “Bölgələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meylləri mövcuddur”, - deyə dövlət başçısı bildirib.  

Dövlət başçısı onu da deyib ki, Bakıya axının müxtəlif səbəbləri var: “Bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir. Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Ona görə yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, iş yerlərinin bağlanmasının özəl səbəbləri ilə yanaşı, ümumi səbəbləri də var. Onun sözlərinə görə, bu səbəblərdən biri ölkəmizdə sahibkarlardan tələb olunan vergilərin çox olmasıdır: “Orta və xırda müəssisələrin böyük əksəriyyəti vergi yükünü çəkə bilmir. Yeni il başlayanda vergi yükünün bir qədər də ağırlaşması gözlənilir. Hesab edirəm ki, buna görə də gələn il bağlanan iş yerlərinin sayı bir az da artacaq. Buna görə də Azərbaycanda vergi yığma sistemi sadələşdirilməlidir və ciddi güzəştlər tətbiq olunmalıdır ki, kiçik və mikrosahibkarlıq inkişaf etsin. 2024-cü ilin əvvəlində qərar verildi ki, hansısa müəssisənin 3 nəfərdən az işçisi varsa, onun vergisi 20 faizə qaldırılsın. Bundan çox işçisi olanların vergi yükü isə 5 faizə endirildi. Bu, çox anlaşılmaz qərardır. Daha zəif müəssisəyə ağır yük qoyulur, bir az güclü müəssisəyə isə yüngülləşdirilmiş vergi tətbiq edilir. Bu, sahəyə səpilən toxumun məhv edilməsi kimi bir şeydir. Azərbaycanın vergi sisteminin bu cür mürəkkəbləşməsi, ağırlaşması özəl sektorun belini sındıran yeganə amildir”.  

İqtisadçının sözlərinə görə, ölkəmizdə iş yerlərinin sayını artırmaq üçün mikro və kiçik sahibkarların vergi yükünü minimuma endirmək lazımdır: “Sadələşdirilmiş 4-5 faizli vergi sistemini bərpa etmək lazımdır. Bu sistem əvvəllər var idi, güzəştlər ləğv olunandan sonra sahibkarlıq mühiti gərginləşdi. Müəyyən təkliflər vermək lazımdır. Vergini azaltmalıyıq ki, vergi subyektlərinin sayı çoxalsın. Subyektlərin çoxalması tendensiyasını almaq üçün müəyyən vergi güzəştləri edilə bilər. Müxtəlif variantlar var. Məsələn, elə kiçik sahibkarlar var ki, işə başlayanda ona deyirlər ki, sən mütləq kassa aparatı almalısan. Bu aparat 500 manatdır. Digər xərcləri də üstünə gələndə bu məbləğ 1000 manatı keçir.  Yəni mikrosahibkar işə başlamaq üçün ən azı vergiyə 1000 manat xərc çəkməlidir. Götürək elə dərziliyə, bərbərliyə başlayan adamı. Bu şəxslər sadaladığımız səbəblərə görə vergi məmurları onları yaxalayana kimi qeyri-qanuni işləyirlər. Yaxalanandan sonra isə elə cərimə yazılır ki, altından çıxa bilmirlər”. 

Deputat Fazil Mustafa hesab edir ki, iqtisadi aktivliyin artması üçün real sahibkarlıq mühiti formalaşdırılmalıdır: “Əlverişli faizlə kredit götürmək, məhkəmə sisteminin sahibkarı qoruması, qeyri-rəsmi yoxlamaların qarşısının alınması əsas şərtlərdir. Mülkiyyətə toxunulmazlıq təmin edilməlidir ki, sahibkar sərmayəsini risk etmədən yatırmağa cəsarət etsin. Dövlət sahibkar qədər istehsalın inkişafını təmin edə bilməz. İnhisarçılıq meylləri azaldılmalı, bazar hər kəs üçün açıq olmalıdır. Əgər bu mexanizmlər işləsə, azərbaycanlı sahibkar çox qısa müddətdə iqtisadi fəallığı bərpa edə bilər”.

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı deyib ki,  yerlərinin bağlanmasının bir çox səbəbləri ola bilər: “Məsələn, sahibkarın gözlədiyi satış həcmi əldə edilməyə bilər, yaxud da qiymət rəqabəti məhsulu istədiyi qiymətə satmağa mane olar. Yaxud da işlərin avtomatlaşdırılması kadra tələbatı azaldar. Sahibkar biznesini kiçildə və başqa biznesə keçə bilər. Dövləti maraqlandıran odur ki, dövr ərzində yaradılmış iş yerlərinin sayı bağlanan iş yerlərinin sayından çox olsun. Yeni yaradılmış işlər əmək bazarına uyğun olmalıdır. Orta aylıq əməkhaqqına əsasən bu iş yerlərinin əlverişliliyi təhlil olunur. İş yeri açılanda və işçi uğrunda mübarizə olanda onun əməkhaqqı da qalxır. Həmişə tələbat olan resursun qiyməti qalxır. 

Vacib məsələ bazar balansının qorunmasıdır. Bağlanan iş yerləri açılanlardan çoxdursa, problem qaçılmaz olur. Digər tərəfdən, yeni açılan iş yerlərində maaşlar çox zaman aşağı olur, bu isə sosial vəziyyəti yaxşılaşdırmır. Qeyri-neft sektoru hələ də yetərincə inkişaf etməyib. Adambaşına düşən ÜDM göstəricisi aşağıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Noyabr 2025 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri