Icma.az
close
up
RU
Menu

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

Temu adı ilə dələduzluq

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Yuxuda boşqab görmək nə deməkdir?

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

ONU TORPAQ ÇAĞIRIRDI

ONU TORPAQ ÇAĞIRIRDI

Icma.az, Adelet.az saytına istinadən bildirir.

İki yurdun oğlu, bir xalqın ziyalısı Elxan Ağayevin işıqlı ömür yolu

İnsanlar var ki, yaşadıqları illərin sayı ilə deyil, yaşatdıqları dəyərlərlə ölçülür. Elə insanlar da var ki, torpağa tapşırılsalar da, xatirələri ilə yenidən dirilirlər. Elxan Ağayev məhz bu cür ömür sahiblərindən idi- aqrar elmin işığında böyüyən, torpağın nəfəsini duyan, insan sevgisini peşəsinə çevirən bir ziyalı ömrü yaşadı.

Elxan Təzəxan oğlu Ağayev 1957-ci il oktyabrın 17-də Biləsuvar rayonunda dünyaya göz açmışdı. İlk ibtidai təhsilini 1965-ci ildə Biləsuvar rayonunun (keçmiş Puşkin) 8 nömrəli məktəbində alıb. Burada  Kiçikxan baba və Gülnaz nənənin doğma ocağında boy atıb və ömrü boyu baba ocağına bağlı nəvə olub. Sonra tale yolları onu ata-baba yurdu Cəlilabada gətirib. Məhz burada- münbit torpağın, zəhmətkeş insanların, əkin-biçinin içində formalaşıb, böyüyüb, həddi-buluğa çatıb. 1975-ci ildə Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbi bitirən Elxan, elə həmin il Gəncə Aqrar Universitetinə qəbul olunub.

Orta məktəb illərindən kənd təsərrüfatına dərin maraq göstərən gənc Elxan tələbəlik dövründə sanki qoynunda böyüyüb boya-başa çatdığı Biləsuvarın və Cəlilabadın təbiətindən ilham alırdı. Bitkiçiliyi sadəcə ixtisas yox, həyat fəlsəfəsi kimi qəbul edirdi. Bu yanaşma onu universitet müəllimlərinin-  professor və dosentlərin sevimlisinə çevirmişdi. Elxan Ağayev təkcə biliyi ilə deyil, məsuliyyətli davranışı, ictimai fəallığı ilə də seçilirdi. Universitet tədbirlərində fəal iştirak edir, ona etibar olunan vəzifələri layiqincə yerinə yetirirdi.

1980-ci ildə ali təhsilini başa vurduqda rektorluq onun universitetdə qalıb müəllim kimi fəaliyyət göstərməsini istədi. Bu, yenicə diplom almış məzun üçün qürurverici təklif idi. Amma Elxan Ağayev bu təklifdən imtina etdi. Çünki onu torpaq çağırırdı.Cəlilabadın əkin sahələri, zəhmətkeş kəndliləri yolunu gözləyirdilər. O, kənd təsərrüfatına elmi kürsüdən deyil, qızmar günəş altında- torpaqla həsb-halda  xidmət etməyi seçdi. Burada istər-istəməz böyük türk şairi Aşıq Veysəlin məşhur  misraları yada düşür:

Qarnın yardım qazmağınan, belinən,

Üzün yırtdım dırnağınan, əlinən.

Yenə məni qarşıladı gülünən,

Mənim sadiq yarım qara torpaqdı.

Əmək fəaliyyətinə Cəlilabad rayonundakı R.Axundov adına sovxozda aqronom kimi başlayan gənc mütəxəssis qısa zamanda bilik və bacarığı ilə fərqləndi. Onun gərgin fəaliyyəti nəticəsində sovxozun istehsal göstəriciləri ilbəil artdı, raykom iclaslarında təsərrüfatın adı qabaqcıllar sırasında çəkildi. O, həm rəhbərliyin, həm də sadə əmək adamlarının dərin hörmətini qazandı. Elxan müəllim üçün aqronomluq kabinet işi deyildi- o, sahədə idi, torpağın içində idi, kəndlinin qayğılarını dərindən anlayırdı.

Kolxoz–sovxoz sisteminin ləğvindən sonra fərdi təsərrüfatların formalaşdığı çətin illərdə Elxan Ağayev bölgədə çoxlarının pənah yerinə, məsləhət ünvanına çevrildi. Onun zəngin təcrübəsi onlarla gəncin aqrar sahəyə inamla addımlamasında mayak rolunu oynadı.

Cəmiyyətə xidmət Elxan Ağayevin həyat prinsipinə çevrilmişdi. Bu xidmət onu bələdiyyə fəaliyyətinə də gətirdi. Cəlilabad şəhər seçicilərinin yekdil səsi ilə bələdiyyə üzvü seçilən Elxan Ağayev 2000-ci ildən sonra şəhər bələdiyyəsinin aparatında məsul vəzifə daşıdı və bu işi də ləyaqətlə yerinə yetirdi.

2015-ci ildən isə o, yenidən canı qədər sevdiyi torpağa, kənd təsərrüfatına qayıtdı. Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) böyük hörmət və ehtiramla işə qəbul olundu. Bitkiçilik sektorunda böyük məsləhətçi kimi fəaliyyəti illərlə bölgə fermerlərinin dayaq nöqtəsinə çevrildi. DAİM-in direktoru Rahib Kərimov Elxan Ağayev haqqında danışarkən deyirdi: “Elxan müəllim bizim üçün təkcə  mütəxəssis deyildi. O, sahənin vicdanı idi. Onun məsləhətləri elmi olduğu qədər də səmimi idi. Torpağa canı qədər bağlı, onun dilin bilən, peşəsini dərindən sevən insan kimi, ziyalı kimi tanıdım Elxan müəllimi bu illər ərzində. Onun əziz xatirəsi kollektivimizdə hər zaman böyük hörmət və ehtiramla anılacaq”.

Təəssüf ki, amansız xəstəlik bu möhkəm iradəli, iti zəkalı insanın ömrünü yarıda qoydu. Dostları onun xəstəliyinə inanmaq istəmirdi- Elxan xəstəliyə bac verən adam deyildi. Amma tale öz hökmünü verdi. 2025-ci il dekabrın 28-də Elxan Ağayev bu dünyaya əbədi gözlərini yumdu. O, ruhlar dünyasının sakininə çevrildi, amma xatirələri ilə yenidən aramızdadır.

Elxan Ağayev iki doğma yurdun oğlu idi- Biləsuvarda doğulmuş, Cəlilabadda formalaşmışdı. Onun şəxsiyyətinin kökündə isə bir böyük ziyalı missiyası dayanırdı- Dadaş Ağayev məktəbi. Ağayevlər nəslinin ilk ali təhsilli ziyalısı olan Dadaş əmi bu ailə üçün yaşıl işıq, istiqamət, yol olmuşdu. 60-cı illərin çətin sosial şəraitində Gəncədə rus dilli baytarlıq fakültəsində təhsil alması, hər bir qardaşı oğlunun savadı üçün göstərdiyi fədakarlıq bu nəslin taleyini dəyişmişdi. Xalidə Ağayeva, Ağabəy, Balabəy, Qalabəy, Şəmsi, Cəbrayıl Ağayevlər və onlarla başqası kimi, Elxan Ağayev də məhz bu ziyalı nurundan qidalanmışdı. O, sağlığında da bunu hər zaman fəxrlə dilə gətirirdi.

Bu gün Elxanı sözlə ifadə etmək, onun haqqında keçmişdə danışmaq çox çətindir amma xatirələr bunu deməyə, danışmağa məcbur edir məni də. Mən bölgə müxbiri kimi Cəlilabada aqrar sahə ilə bağlı çəkilişlərə tez-tez gedirdim. Bu zaman DAİM əməkdaşı olaraq, təbii ki, ümumi məlumatı verəcək bir mütəxəssis lazım olurdu. Hər dəfə ürəyimdən Elxan müəllimi danışdırmaq keçirdi. Çünki o, doğrudan da savadlı mütəxəssis idi- onun hər kəlməsi, cavabı o qədər dəqiq cilovlanmış idi ki, sanki bunu mənə solğunluğu yaxud təravəti ilə  “dili-ağzı olmayan” bitki özü nəql edirdi.  Amma Elxan müəllim elə təvazökar insan idi ki, hər dəfə səmimi şəkildə imtina edirdi: “Məni çəkmə, Samir, minnətdaram. Efir mənlik deyil.”

Bütün fəaliyyətim ərzində onu cəmi iki dəfə efirdə danışdıra bildim. O iki müsahibə isə bu gün də aqrar jurnalistikanın təmiz nümunəsi kimi yaddaşımdadır.

Son günlərində böyük qardaşım İman və Sabir dayı ilə ziyarətinə getmişdik. Hiss etdim ki, bu, əvvəlki Elxan müəllim deyil. Xəstəlik onu sürətlə geriyə aparırdı. Mən qeyri-ixtiyari kövrəldim. Amma o, yenə zarafatından qalmadı. Gülümsəyərək dedi: “Ay Samir, axır ki, məni qova-qova iki dəfə müsahibə aldın.” Yenə güldük, şən söhbət etdik. Ayrılarkən dedim dekabrın 31-də yeni il təbrikinə gələcəyik. O isə zəifləmiş vücudu ilə özünü yenə möhkəm tutaraq qalxıb bizi yola saldı. Evinin darvazasından biz uzaqlaşanadək boylanıb əl edirdi.  Bu səhnə hələ də gözlərimin önündədir. Ömür vəfa etmədi. Dekabrın 31-dən üç gün əvvəl- 28-də onun vəfatı xəbərini aldıq.

Elxan Ağayev ailə başçısı kimi də örnək idi. Ömür-gün yoldaşı Sürəyya xanımla əl-ələ, nəfəs-nəfəsə 4 övlad böyüdüblər. Bir oğlu- Orxan, bank sektorunda çalışan, ali təhsilli bir gəncdir. Üç qızı da ali təhsilli, ailəli, cəmiyyətə faydalı övladlardır. Bu da Elxan müəllimin həyatının ən böyük uğurlarından biridir.

Müdriklər deyir ki, dünya onu sevənlər üçün işıqlıdır. Bizim dünya da Elxan Ağayev kimi ziyalıların nuru ilə işıqlanır. O, torpağa tapşırılsa da, əməli ilə yaşayır. Onun əllərinin izi torpaqda, sözlərinin əksi insanların yaddaşındadır.

Adı Elxan idi, soyadı Ağa,

El, xan, ağa - hörmət sınağı oldu.

Könlünü vermişdi ana torpağa,

Axırda torpağın qonağı oldu.

Qaldı xatirəsi əzbərimizdə,

Yurd saldı ən kövrək hisslərimizdə.

Ağladıq, sel axdı gözlərimizdən,

Mənim bu yazdığım son ağı oldu.

Ruhu şad olsun, torpağın qoynuna köçən torpaq adamı!

Samir QURBANOV,

 “Region-Press” qəzetinin redaktoru, AJB-nin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 Yanvar 2026 08:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see342

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see296

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see233

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see215

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see192

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see167

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see165

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see157

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see154

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see152

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see152

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see151

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see150

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see150

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see149

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see149

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see147

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see142

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

20 May 2026 11:40see141

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri