Icma.az
close
up
RU
İranda rejim dəyişikliyi ehtimalı yaxın perspektivdə azdır

İranda rejim dəyişikliyi ehtimalı yaxın perspektivdə azdır

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“Son günlər İranda baş qaldıran etirazlar ölkədəki sosial-iqtisadi gərginliyi daha da artırıb. Etirazların başlanğıcında əsas səbəb iqtisadi çətinliklər, işsizlik və inflyasiya olsa da, zamanla nümayişlər siyasi tələblərə, xüsusilə molla rejiminin sərt siyasətinə qarşı çıxışa çevrilib”.
Bu fikirləri Newscenter.az-a politoloq Əfsanə İbrahimova İranda baş verən etirazları şərh edərkən səsləndirib. O deyib ki, ötən illərdəki etirazlar da geniş yayılıb, amma təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi və repressiya nəticəsində nəticəsiz qalmışdı:
“Bu dəfə isə nümayişlər şəhərlərdə və regionlarda daha koordinasiyalı şəkildə davam edir, sosial mediada yayılan çağırışlar isə daha çox insanı birləşdirir. Görünür ki, etirazlar artıq yalnız iqtisadi narazılıq deyil, siyasi tələbata da çevrilib.
Rejim təhlükəsizlik qüvvələrinin nümayişlərə müdaxiləsi, media və internet üzərində nəzarət, etiraz liderlərinin saxlanılması kimi ənənəvi strategiyasını davam etdirir. Bu qısa müddətdə etirazları yatırsa da, uzunmüddətli perspektivdə xalqın narazılığını tam yatırmaq mümkün deyil. Etirazların dəstəyi müxtəlif sosial təbəqələr arasında genişlənməkdədir ki, bu da rejimin dayanıqlılığına təsir göstərir”.
Əfsanə İbrahimovanın sözlərinə görə, hazırkı vəziyyət göstərir ki, birbaşa rejim dəyişikliyi ehtimalı yaxın perspektivdə azdır:
“Ən real ssenari, etirazların müəyyən müddət ərzində yatırılması, amma sosial narazılığın və etimadın zəifləməsinin davam etməsidir. Eyni zamanda, beynəlxalq təzyiqlər və iqtisadi sanksiyalar da etirazların davam etməsinə şərait yarada və rejimi bəzi kompromislərə məcbur edə bilər.
Beləliklə, etirazlar əvvəlkilərdən fərqli olaraq daha geniş siyasi tələblərlə müşayiət olunur, amma mövcud güc strukturları və repressiya mexanizmləri səbəbindən dərhal rejim dəyişikliyi real görünmür. İranda vəziyyət həm etirazlar, həm də rejimin müqaviməti səbəbindən hələ uzun müddət qeyri-sabit olaraq qalacaq”.

Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Yanvar 2026 08:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri