Bağlanma təhlükəsi olan bank varmı? Fond rəsmisi açıqladı
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bunu Ölkə.az-a müsahibəsində Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini Bəhruz Qayıbov deyib.
O bildirib ki, hazırda bank sisteminin institusional və maliyyə vəziyyəti əvvəlki dövrün analoji göstəriciləri ilə müqayisədə daha yüksək səviyyədədir:
"Bu müsbət dinamikada tənzimləyici və nəzarət edən orqan qismində Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq edilən qaydalar müstəsna rol oynayır. Məlumdur ki, tənzimləmə çərçivəsinin sərtləşdirilməsi ayrı-ayrı bank subyektlərinin qısamüddətli kommersiya maraqları üçün əlverişli görünməyə bilər. Lakin prudensial tələblərin gücləndirilməsi ilkin adaptasiya mərhələsindən sonra bankların orta və uzunmüddətli dövrdə maliyyə sağlamlığına və kapital adekvatlığına mühüm müsbət töhfə verir".
Sədr müavini düşünür ki, daha effektiv nəzarət mexanizmləri və ciddi prudensial standartlar bankları risklərin idarə olunmasında daha təmkinli və sağlam fəaliyyət modelinə sövq edir: "Bu baxımdan, mövcud mərhələdə bank sistemində sistem əhəmiyyətli risk və ya kritik maliyyə qeyri-sabitliyi daşıyan bank subyekti müşahidə olunmur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 07 Oktyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















